Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib

 

Dünən Qafqaz Universitetində AİCT 2011 5-ci Beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic bildirib ki, 2003 ildə Qafqaz Universiteti tərəfindən başladılmış olan AICT “İnformasiya kommunikasiya texnologiyalarının tətbiqiadlı beynəlxalq konfranslar silsiləsinin növbətisi bu gün keçirilir 14-dək davam edəcək. Onun sözlərinə görə, bu Konfrans, Rabitə İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, UNESCO Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, TIKA Türkiyə İktisadi Kalkınma Ajansı IEEE (Elektrik Elektronika Mühəndisləri İnstitutu) nin texniki dəstəyi ilə təşkil olunmaqdadır. A.Sanic qeyd edib ki, bu beynəlxalq tədbir gələn il Özbəkistanda, sonrakı il isə Gürcüstanda keçiriləcək.

Rabitə informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə bildirib ki, konfransa Azercell Accord şirkətlər qrubu partner sponsor, Ericsson qızıl sponsor, Microsoft, Nurgün Motors, Sinam ve DNS computer isə sponsor olaraq dəstək verməkdədirlər. Konfransin gündəliyinə aşağıdakı mövzular daxildir: İnformasiya elmləri tətbiqi; Kommunikasiya, şəbəkə avadanlıq; İKT-nin humanitar ictimai elmlərdə tətbiqi; İKT-nin elm, təhsil tədqiqatlarda tətbiqi; İKT-nin tibb səhiyyədə tətbiqi; İKT-nin dövlət idarəçilikdə tətbiqi; İKT-nin biznes, idarəetmə iqtisadiyyatda tətbiqi. O,bildirib ki, konfransa Azərbaycanın dünyanın 31 ölkəsindən 250 dən çox məqaləylə elm adamlarının müraciəti daxil olub. Eyni zamanda konfrans müddətində müxtəlif mövzuları əhatə edən 12 ədəd planer iclas keçiriləcək. Konfransın fəxri sədrəri Azərbaycan Respublikası Rabitə İnformasiya Texnologiyaları Naziri Akademik Əli Abbasov, Azərbaycan Respublikası Təhsil Naziri Professor Misir Mərdanovdur. Konfransın həmsədrləri Bakı Dövlət Universitetinin Rektoru Akademik Abel Məhərrəmov, Qafqaz Universiteti Rektoru Professor Ahmet Sanıç, İnformasiya Texnologiyaları İnstitutu Direktoru Professor Rasim Əliquliyev, Daşkənd İnformasiya Texnologiyaları Universitetinin rektoru, professor Hakim Muhitdinovdur. Konfransın sədr müavinləri Qafqaz Universitetinin Elmi işlər üzrə Prorektoru Professor Niftali Gocayev, Bakı Dövlət Universitetinin Elmi işlər üzrə Prorektoru Professor Aydın Kazımzadədir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov vurğulayıb ki, konfrans işini 3 gün müddətində davam edəcəkdir. Konfransın 1 ci günü Qafqaz universitetində açılış mərasimi planer iclaslar olacaq. İkinci gün Bakı Dövlət Universiteti İnformasiya Texnologiyaları İnstitutunda, üçüncü günü isə Qafqaz Universitetində seksiyalar üzrə konfrans davam edəcəkdir. Rektorun sözlərinə görə, bu cür tədbirlərin Azərbaycanda təşkil olunması onun dünyada tanınmasına da xidmət edir.

İnformasiya Texnologiyaları İnstitutu Direktoru Professor Rasim Əliquliyev qeyd edib ki, Azərbaycanda İKT sektorunun inkişafına, regionlarda bu sahədə xidmətlərin göstərilməsinə xüsusi diqqət ayrılır. Bununla əlaqədar bu sahə respublika iqtisadiyyatının yeni mühüm sahələrindən birinə çevrilib.

Konfransın gedişində sponsorlara təşkilatçılar tərəfindən Fəxri plaketlər təqdim olunub.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2011.- 13 oktyabr.- S.2.