Əbülfəs
Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüşüb
Mədəniyyət
və turizm naziri Əbulfəs Qarayev Bakıda keçirilən
Beynəlxalq Humanitar Forum çərçivəsində
Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev və
TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə
görüş keçirib. Nazirliyin Beynəlxalq əlaqələr
və mədəniyyət proqramları şöbəsindən
verilən məlumata görə, nazir Ə. Qarayevin
rusiyalı həmkarı ilə görüşü zamanı
mədəniyyətin ikitərəfli əlaqələrdə
xüsusi çəkiyə malik olduğu vurğulanıb və
Rusiya ilə Azərbaycan arasında mədəni təmasların
yüksələn xətlə inkişaf etməsinin cəmiyyətlər
arasında möhkəm bağlar yaratdığı qeyd
olunub.
TÜRKSOY-un
baş katibi D. Kaseinovla görüş zamanı türk mədəniyyətinin
təşviq olunmasında görülən işlər, təşkilatın
hazırkı mövqeyi və gələcək inkişaf
perspektivləri barədə fikir mübadiləsi
aparılıb.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 14 oktyabr.- S.7.