“Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq səhnə musiqisi” monoqrafiyası çapdan çıxıb

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Bayramovanın “Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq səhnə musiqisi” monoqrafiyası işıq üzü görüb. APA-nın məlumatına görə, monoqrafiyada uşaq mövzusunda yazılmış səhnə musiqisinin Azərbaycan professional bəstəkar yaradıcılığında meydana gəlməsi və inkişaf mərhələləri tədqiq edilib. Bu sahənin Avropa musiqi mədəniyyətində keçdiyi təkamül yolu da işıqlandırılıb. Azərbaycan bəstəkarları – Soltan Hacıbəyov, Əşrəf Abbasov, İbrahim Məmmədov, Nazim Əliverdibəyov, Zakir Bağırov, Sevda İbrahimova, Rəşid Şəfəq, Oqtay Zülfüqarov, Leonid Vaynşteyn, Oqtay Rəcəbov, Sərdar Fərəcov, Azər Dadaşov və Cəlal Abbasovun yaratdıqları uşaq opera və baletləri ətraflı şəkildə təhlil edilib. Bu əsərlərdə musiqinin xalq yaradıcılığından – mahnı, rəqs, aşıq musiqisimuğamlardan bəhrələnməsi açıqlanıb, bəstəkarların yenilikçi addımları araşdırılıb. Z. Bayramovanın “Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq səhnə musiqisi” monoqrafiyası bu sahədə aparılmış ilk geniş tədqiqat işi hesab olunur.

 

 

525-ci qəzet.- 2011.- 18 oktyabr.- S.7.