Əbülfəs
Qarayev MDB-nin Mədəni
əməkdaşlıq üzrə Şurasının
növbəti iclasına qatılıb
Ukraynanın
Kiyev şəhərində MDB iştirakçısı
dövlətlərinin Mədəni əməkdaşlıq
üzrə Şurasının XXVI iclası keçirilir.
İclasda Azərbaycanın mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə
heyəti iştirak edir. İclasda MDB-nin 20 illiyi ilə əlaqədar
qurumun üzvü olan ölkələrin Mədəniyyət
nazirlikləri tərəfindən keçirilmiş və
keçiriləcək tədbirlər, “Birliyin Mədəniyyət
Paytaxtları” dövlətlərarası proqramı, MDB
iştirakçısı ölkələrinin
Ümumdünya mədəni irsinin qorunması mərkəzinin
yaradılması, MDB ölkələri ərazisində mədəniyyət
abidələri və mədəni irs nümunələrinin
reyestrinin və tarixi-mədəni irs sahəsində MDB
dövlətlərinin qanunvericiliyinin vahid məlumat bazasının
yaradılması və digər məsələlərin
müzakirəsi nəzərdə tutulur.İclasa MDB
iştirakçısı olan ölkələrin Mədəni
əməkdaşlıq üzrə Şurasının sədri
– Rusiya Federasiyasının mədəniyyət naziri A.Avdeyev sədrlik
edir.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 21 oktyabr.- S.7.