Bir addımfilmi Özbəkistandakı festivalda

 

Azərbaycanı təmsil edirİmper QrupProdüser Mərkəzinin istehsal etdiyiBir addımqısametrajlı bədii filmi Özbəkistanın Daşkənd şəhərində keçirilən “Tashkent International Film Forum “Golden Guepardkinofestivalına aparılıb. Filmin rejissoru Fariz Əhmədovun APA-ya verdiyi məlumata görə, oktyabrın 19-dan 25-dək davam edəcək festivalda Azərbaycanla yanaşı ABŞ, Almaniya, Rusiya, Çin, İran Estoniya digər ölkələrin audiovizual məhsulları nümayiş olunacaq. Bir addımqısametrajlı bədii filmi 20-dən artıq ölkədə keçirilən beynəlxalq festivalın müsabiqə bölməsində Azərbaycanı uğurla təmsil edib müxtəlif mükafat diplomlara layiq görülüb. Qeyd edək ki, film 2009-cu ildəİmper QrupProdüser Mərkəzində Mədəniyyət Turizm Nazirliyinin keçirdiyi “Bu meydan bu ekran-2008” müsabiqəsinin qalib kinolayihəsi kimi istehsal olunub. Filmin rejissorları Fariz Əhmədov Nərgiz Bağırzadə, ssenari müəllifləri Alina Abdullayeva Nərgiz Bağırzadə, quruluşçu operatoru Tarıverdi Tarıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyevdir. Filmdə baş rollarda Gülzar Qurbanova, Pərviz Məmmədrzayev Nərminə Kərimova çəkilib.

 

 

525-ci qəzet.- 2011.- 21 oktyabr.- S.7.