İşğal nəticəsində dəymiş ziyanın həcmi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır

 

Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğalı bütün sahələrlə yanaşı, regionun turizm iqtisadiyyatına ciddi ziyan vurmuşdur. Maddi ziyanın həcmini müəyyən etmək məqsədilə bir sıra dövlət təşkilatları ötən müddət ərzində araşdırma apararaq müxtəlif nəticələr əldə etmişlər. Lakin bu sahə ilə məşğul olan mütəxəssislərin fikrincə ictimaiyyətə açıqlanan rəqəmlərin dürüstləşdirilməsinə ciddi şəkildə ehtiyac vardır. Müəyyən edilən qiymətlər beynəlxalq standartlara cavab vermir və müəyyən pərakəndəlik vardır.

Yeri gəlmişkən qeyd edək ki, Söz Azadlığını Müdafiə Fondu (SAMF) turizm ili çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin qalibi olaraqŞuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinə yekun vurmuşdur. Yuxarıda deyilən fikirlərdə məhz layihə çərçivəsində apardığımız təhlillərdən sonra qənaətə gəlinib. Layihə çərçivəsində SAMF-ın əməkdaşları tərəfindən işğal altında qalan turizm obyektlərinin rəhbəri olmuş şəxslərlə görüşlər keçirilmişturizm obyektlərinin siyahısı dəqiqləşdirilmiş, habelə turizmin bölgəyə verdiyi illik gəlirlər haqqında məlumatlar toplanaraq regionun turizm imkanlarını araşdırılmışlar.

Məlumdur ki, Azərbaycanın Musiqi Konservatoriyası olan Qarabağ həm də gözəl təbiətə malik olan bir diyardır. Hələ sovet dövründən fəaliyyətdə olan kurort və istirahət mərkəzləri həm yerli, həm də keçmiş SSRİ məkanında yaşayan şəxslərin marağını cəlb etməklə, müalicəvi xarakterinə görə də məşhurlaşmışdı. Regionun əsas turizm potensialı Şuşa və Kəlbəcərdə cəmləşsə də, bu sırada Ağdamın da öz payı var idi. Amma ümumiyyətlə Qarabağın hər qarışı turizm üçün yaralı hesab edilə bilər.

Bu istiqamətdə apardığımız təhlillərdən məlum olur ki, ötən əsrin 30-cu illərindən başlayaraq Şuşada, 80-ci illərindən isə Ağdamda turizm potensialı geniş şəkildə inkişaf etdirilmişdi. Şuşa şəhərində ilk istirahət evi 1936-cı ildə, ilk Uşaq Müalicə Sanatoriyasının 1939-cu ildən istifadəyə verildiyi deyilir. 70-80-ci illərdə şəhərdə 1316 yerlik Şuşa Sanatoriya-Kurort Birliyi (540 yerlik anauşaq sanatoriyası, 460 yerlik böyüklər üçün sanatoriya, 316 yerlik istirahət evi ), 130 yerlik “Şəfa” Turist Bazası fəaliyyət göstərirdi. 80-ci illərin “yenidənqurma” illərindən isə, yəni 1985-ci ildən sonra fəaliyyətdə olan ilk özəl sahə kimi “Zamanpəyə” (Soyuqbulaq) turist bazası turistlərin istifadəsinə verildi.

Təhlillərdən belə qənaətə gələ bilərik ki, Şuşada 17 məktəbli istirahət düşərgəsində azərbaycanlılarla yanaşı, həm də onlarca millətin nümayəndələri, o cümlədən erməni millətindən olan uşaqlar istirahət edirdilər.

Kurort” Səhmdar Cəmiyyətinin strukturuna aid Şuşa Sanatoriya-Kurort Birliyinin balansına 2,3 v 5 mərtəbəli 18 bina daxil idi. Şuşa Sanatoriya-Kurort Birliyində bilavasitə işçilər üçün nəzərdə tutulmuş 28 mənzillik, “Şəfa” turist bazasında isə 20 mənzillik yaşayış kompleksi də istifadədə idi.

Bu binaların böyük hissəsi tarixi əhəmiyyətli binalar olmuşdur. Onların qiymətləri hesablanarkən söz yox ki, məhz bu qədimlilik amili də nəzərə alınmalıdır.

Əlavə edək ki, həmin dövrdə Şuşa şəhəri və Şuşa rayonunun Xəlfəli və Turşsu kəndləri sakinlərinin bir qismi ev turizminə maraq göstərirdi. Fond əməkdaşlarının təxmini hesablamalarına görə, 2 min ailədən çox rayon sakini mənzillərini kirayəyə verməklə məşğul olurdu. Qeyd edilməlidir ki, bu istiqamətdə formalaşan xidmət sahəsi də inkişaf yolundaydı. Bundan başqa, turizm sahəsində inkişafın rayon mədəniyyət müəssisələrinin gəlirlərinə müsbət təsir göstərdiyini də yaddan çıxarmaq olmaz. Kinoteatrlar, muzeylər, rəsm qalereyaları, klublar, mədəniyyət evlərinin bir qismi turistlərə pullu xidmət göstərməklə büdcələrinə əlavə vəsait cəlb edə bilirdilər.

Şuşa rayonunun turizm potensialının inkişafı milli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdə, onun tövsiyəsi ilə qəbul edilən “Şuşanın kurort-sanatoriya sisteminin əsaslı inkişafına” həsr olunmuş qərarın çərçivəsində Şuşada mehmanxana və mədəniyyət ocaqlarının inşası daha geniş vüsət aldı.

Beləliklə, işğal nəticəsində Şuşanın turizm potensialına dəymiş ziyanın həcmi nə qədər ola bilər?

Bilavasitə mütəxəssislərin iştirakı ilə aparılan hesablamalar göstərir ki,

*Şuşa Sanatoriya Kurort Birliyi üzrə: 275 milyon manat

* Şəfa turist bazası 8 milyon manat

* Məktəbli düşərgələri üzrə 20 milyon manat

* Uşaq müalicə sanatoriyası üzrə 12 milyon manat

* Zamanpəyə turist bazası 1.5 milyon manat İctimai iaşə sektoru 12 milyon manat

* Ev turizmi 100 milyon manat

* 200 nəfərlik tikintisi yarımçıq qalmış sanatoriya 10 milyon manat

* Mədəniyyət müəssisələri üzrə 27.5 milyon manat

* Bu müəssisələrin bir illik orta gəliri 68.720.500 manat

* 20 ərzində 1.374.410.000 manat

* 476 milyon manat obyektlərə dəymiş ziyan

* Beləliklə cəmi 20 il üzrə 1.850.410.000 manat

Xatırladaq ki, bütün qiymətlər, həm iqtisadçıların, həm layihələndiricilərin, həm müəssisə rəhbərlərinin iştirakı ilə hesablanmışdır. Bu qiymətlər istənilən halda orta qiymət kimi götürülə bilər. Ancaq onun üzərində dəqiqləşdirmə aparılmasına söz yox ki ehtiyac vardır.

Yuxarıda qeyd etdiyimiz kimi, Ağdamın turizm potensialı xeyli gənc idi. Belə 80-ci illərdə Abdal-Gülablı kəndində 100 yerlik sanatoriya inşa edilərək, 1983-cü ilin fevral ayında istifadəyə verildi. Bundan əvvəl isə ərazidə 14 kottec 4 qırğız çadırı quraşdırılmışdı. İlboyu işləməsi nəzərdə tutulan sanatoriyada müalicə korpusu da fəaliyyət göstərirdi. Sanatoriyanın nəzdində yardımçı təsərrüfatın yaradılması həm istirahətə gələnlərin yüksək keyfiyyətli ərzaq məhsullarıyla təmin edilməsinə, həm əlavə gəlir götürməyə şərait yaratmışdı. Müəssisəyə təqdim edilmiş 5 Qarabağ atı vasitəsi ilə turistlərın gəzintiyə aparılması da maraq doğuran faktlardandır. Yeri gəlmişkən qeyd edək ki, turistlərə atla gəzintiŞahbulaqTurist Bazasında təklif olunurdu. 40 nəfər turist üçün nəzərdə tutulmuşŞahbulaqTurist Bazası isə 1988-ci ildən istifadədə idi.

Abdal Gülablı sanatoriyasının ikinci əsas korpusunun layihə-smeta sənədləri 1985-ci ildə memar İbrahim İbrahimov tərəfindən hazırlanmış, tikinti işlərinə isə 1986-cı ildə start verilmişdir. 1989-cu ildə sanatoriya tikintisinin müəyyən hissəsi başa çatdırılsa da, erməni silahlı dəstələrinin hücumları prosesi birdəfəlik yarımçıq qoydu. Sanatoriya Azərbaycan Kollektiv Təsərrüfatlararası İstirahət Sağlamlıq Mərkəzləri Birliyinin balansında olmuşdur.

İndi isə işğal nəticəsində Ağdamın turizm potensialına dəymiş ziyanı həcmi barədə:

* Abdal-Gülablı sanatoriyası (100 yerlik) 1.5 milyon manat

* Şelli sanatoriyası üzrə (50 yerlik ) 800.000 manat

* Şahbulaq turist bazası (40 nəfərlik ) 500 min manat

* Abdal-Gülablı sanatoriyasının yeni binası 9.5 milyon manat

* Məktəbli düşərgələri 250 min manat

* Müəssisələrin bir illik gəliri 1.601.500 manat

* Obyektlərə dəymiş maddi ziyan 12.300.000

* Cəmi 20 il üzrə 44.330.000

Beləliklə, hər iki rayonun turizm potensialına üst-üstə 2 milyard manata yaxın maddi ziyan dəyib. Bu arada qeyd edək ki, dəymiş mənəvi ziyanın həcmini heç bir əmsalla ölçmək mümkün deyildir.

Əlavə edək ki, ötən əsrin 80-ci illərində Şuşa şəhərində 200 nəfərlik, Ağdam rayonunun Gülablı kəndində 255 nəfərlik sanatoriya binası münaqişə başlanması səbəbilə istifadəyə verilməmiş qalmışdı.

Maraq doğuran məqamlardan biri odur ki, bu gün Ağdam rayonunun işğaldan kənar ərazilərində müalicəvi əhəmiyyətli sular bu gün istifadəsiz qalmışdır. Quzanlı qəsəbəsi ərazisində olan Çullu duzlu suyunu buna misal göstərə bilərik. 1952-ci ildə içməli su adına qazılmış quyudan müalicə əhəmiyyətli gur su indi hədər yerə axır.

Deyilənlərdən belə nəticəyə gəlmək olar:

1. İşğal nəticəsində Şuşa Ağdamın turizm potensialına dəymiş ziyanın həcminin müəyyən edilməsi, ziyanın qiymətləndirilməsinin beynəlxalq standartlara uyğun şəkildə aparılması müvafiq icra strukturlarının ekspertlərin iştirakı ilə müəyyən komissiyanın yaradılması (işçi qrupun) zəruri hesab edilməlidir. Ümumiyyətlə, dəyən ziyanın həcmini daha dəqiq şəkildə qiymətləndirmək üçün müəyyən bir konsepsiyanın müvafiq qurumlar tərəfindən hazırlanması məqsədəuyğun sayılmalıdır.

2. “Böyük Qayıdış Proqramıçərçivəsində mövcud potensialın inkişaf konsepsiyasının müvafiq dövlət strukturları tərəfindən hazırlanmasına start verilməli inkişafla bağlı sənəddə bütün istiqamətlər nəzərdə tutulmalıdır.

3. Turizm potensialına dəymiş maddi mənəvi ziyanın miqyasının beynəlxalq səviyyəyə çıxarılmasına nail olmaq zəruri addımlardan sayılmalıdır.

 

 

Vüqar Tofiqli

Söz Azadlığını Müdafiə

Fondunun icraçı direktoru

 

525-ci qəzet.- 2011.- 25 oktyabr.- S.2.