Moskvada Müslüm Maqomayev
yad edilib
Dünən Rusiyanın paytaxtında Müslüm Maqomayevin anım mərasimi keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məşhur sənətkarın
vəfatının ildönümü
ilə əlaqədar
keçirilən anım
tədbiri Müslüm
Maqomayevin abidəsinin
önündə təşkil
olunub. Tədbirdə
M. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya,
onun yaxın dostları Araz və Emin Ağalarovlar,
Azərbaycanın xalq
rəssamı Tahir Salahov, Ümumrusiya Azərbaycanlıları Konqresinin
prezidenti Məmməd
Hüseynov, tibb elmləri doktoru Leonid Roşal, opera müğənnisi
Yelena Obraztsova və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak
ediblər.
“Bu gün Müslümü
yad etməyə çoxlu insan gəlib. Bu onu göstərir
ki, Müslüm insanların ürəyində
yaşayır və yaşayacaq”. Bunu jurnalistlərə
açıqlamasında Tamara Sinyavskaya deyib. O, bu gün Bakıda
keçirilən anım
mərasiminə qatıla
bilmədiyini söyləyib:
“Hər il bu günü Bakıda keçirirdim. Təəssüflər olsun
ki, Bakıdakı tədbirə bu gün qatıla bilmirəm. Nə yaxşı ki, artıq Moskvada Müslümün abidəsi
var.”
Qeyd edək ki, Müslüm
Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında
Moskvada vəfat edib. Görkəmli sənətkarın cənazəsi
vətəni Azərbaycana
gətirilib və Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin yanında dəfn olunub.
525-ci qəzet.-
2011.- 26 oktyabr.- S.7.