Xalq rəssamı Kamil Əliyevin 90 illiyi təntənə ilə qeyd olunub

 

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Azərbaycanın görkəmli xalçaçı rəssamı Kamil Əliyevin 90 illik yubileyi münasibətilə sənətkarın əsərlərindən ibarət yubiley sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərginin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkili Nizami Cəfərov, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov, mədəniyyət və turizm nazirinin müavinləri, tanınmış incəsənət xadimləri iştirak ediblər.

Nazirqonaqlar Kamil Əliyevin yubiley sərgisi ilə tanış olublar. Daha sonra tədbir Muzey Mərkəzində Kamil Əliyevin yaradıcılığına həsr olunmuş təntənəli yubiley mərasimi ilə davam edib. Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev deyib ki, milli köklərə söykənən xalça sənəti yarandığı gündən hər zaman xalqın xidmətində olub, onun mədəni irsi kimi bir çox sənətkarın ilham mənbəyinə çevrilib:Bu sənətin qorunmasında və inkişafında mühüm xidmətlər göstərmiş sənət fədailərindən birixalq rəssamı Kamil Əliyevdir. Azərbaycanın xalçaçı rəssamı olaraq tarixə iz salmış Kamil Əliyev çoxşaxəli və orijinal üslubu ilə milli mədəniyyətimizə töhfələrini verib. Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyevbaşqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş edilib və tamaşaçıların rəğbətini qazanıb”.

Tədbirin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblının ifasında musiqilər səslənib. Vokalçı Ramil Qasımov Kamil Əliyevin portreti qarşısında “Kimlər gəldi, kimlər getdi” kompozisiyasını ifa edib.

 

 

525-ci qəzet.- 2011.- 26 oktyabr.- S.7.