Avropada Suriya boyda miqrant koloniyası formalaşıb

 

Müsahibimiz Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadır

 

Sivilizasiyalararası inteqrasiya bir tərəfdən mədəni müxtəliflik amilinə yüksələn diqqətlə müşayiət olunan mədəni intibah, inteqrasiya dialoq proseslərinin intensivləşməsi, digər tərəfdən problemin yalnız nəzəri-elmi deyil, həm praktiki həlli mexanizmlərinin müəyyən edilməsini gündəmə gətirib. Bu istiqamətdə müxtəlif qarşılıqlı təsir strategiyalarının irəli sürülməsinə baxmayaraq bu gün Qərb elmində inteqrasiya probleminin ümumi konsepsiyası, ziddiyyətsiz həlli mexanizmləri hələlik formalaşmayıb. Söhbət mədəniyyətlərin qarşılıqlı bəhrələnməsi davamlı inkişafı probleminin aktuallaşmasından gedir. Çünki bəşər mədəniyyətini sivilizasiyaların çoxçalarlığı təmin edir. Qloballaşan dünyada mədəniyyətlərin inteqrasiyası dialoqu probleminə dair araşdırmaları ümumiləşdirsək üç istiqamət yaxud ssenarinin mövcudluğunu qeyd etmək olar. Bunlar: qarşıdurma (toqquşma), dialoq lokal mədəniyyətlərin qlobal hakim mədəniyyətə əriyib qarışması kimi səciyyələndirilən istiqamətlərdir...

Bir məsələ var ki, mədəniyyətlərin   toqquşması 20-ci əsrin sonlarından ən çox əks-səda doğuran ssenarilərdən idi...

 – 11 sentyabr tarixində baş vermiş faciəvi hadisələr, bu ssenarilərin həyatın sınağından çıxmasını   dövlətlərarası səviyyədə, beynəlxalq məkan müstəvisində görməyə imkan verdi. Sivilizasiyalar həm milli, həm ümumbəşəri xüsusiyyətlərin əsas daşıyıcısı ifadəçisidir. Bu xüsusiyyətlərin   ikili-dual mahiyyəti müvafiq olaraq qloballaşma fonunda bir-birinə əks olan iki meyli doğurur. Bir tərəfdən milli-mədəni intibah dirçəliş mədəniyyətlərin differensiasiyasını şərtləndirir, özünəməxsus cizgilərin inkişafını önə çəkir, sabit mədəni dəyərlərə kənar, yad təsirlərə qarşı müqaviməti gücləndirir. Digər tərəfdən mədəni inteqrasiya, dialoq əlaqələrin intensivləşməsi prosesi gedir, “inteqralbəşər mədəniyyəti təşəkkül tapır. Bütün səviyyələrdə məkanı zamanı sıxlaşdıran qloballaşma, müxtəlif mədəniyyətləri bir-birininqoynunaitələyir, onları üz-üzə qoyur. Mədəniyyətlərarası qarşılıqlı təsir probleminə dair araşdırmalarda pozitiv neqativ nəticəli qarşılıqlı təsir növləri mövcuddur. Yəni yabəhrələnmə–zənginləşmə”, ya da durğunluq–kasadlaşma–tənəzzülkimi gedən meyllər aşkar edilir. Buna misal kimi Avropanın hər dəfə qarşılaşdığı mədəniyyətlərdən bəhrələnməsi, istər yeni ölkələrin kəşfi, istərsə sonralar Şərqin mənəvi-mədəni sisteminin nailiyyətlərini mənimsəməsi göstərilir. Bu proseslər nəticəsində Qərb mədəniyyəti öz məzmun çoxçalarlığını müxtəlifliyini daha da artırıb. Mədəniyyətlərarası əməkdaşlıq mexanizminin yaradılması reallaşdırılması tarixən uzunmüddətli mürəkkəb bir proses olub, nəinki, bütün 21-ci əsr boyu, hətta əsrlərlə davam edəcək. Bununla belə bu sahədə zərrə-zərrə toplanmış təcrübənin dəyəri barədə tərəddüdə yol verilməsi qeyri-məqbuldur...

Tədqiqatçıların fikrincə, hazırda lokal sivilizasiyaların yenidördüncü nəslinin formalaşması meyli müşahidə olunur...

Doğrudur. Qloballaşmanın unifikasiya çağırışına qarşı lokal mədəniyyətlər özlərinin fərqli olduqlarını var gücü ilə diqqətə çatdırmaq istəyirlər. Toynbinin təsvir etdiyi üçüncü nəslə aid olan beşcanlısivilizasiya əvəzinə dördüncü nəslə aid   yeni sivilizasiyalar   formalaşmaqdadır. Qloballaşma beynəlxalq miqrasiya axınları   ən müxtəlif irq, mədəniyyət, etnik qrup dinlərin nümayəndələri bir-biri ilə daha tez-tez üzləşir. İnsanlar indi daha çox başa düşürlər ki, onların yaşam tərzi bir çox mədəniyyətlərin təsiri altında baş verir; eyni zamanda həm özünün, həm başqasının mədəniyyətinə həssaslıq göstərmək zərurətə məlumat mənbəyinə çevrilir. Hər kəs öz inamı, keçmişi mədəniyyəti ilə fəxr edə bilər, lakin mütləq başqasına nifrət bəsləməyə bilər. Mədəniyyətlərarası dialoqun əbədi humanist idealı, böyük siyasi praktiki potensialı, qlobal gələcək üçün əhəmiyyəti dəyəri məhz buna dayanır...

 Yeri gəlmişkən, mədəniyyətlərin qarşılıqlı təsiri proseslərinin təhlilində inkarçı, pessimist proqnozlar vaxtaşırı özünü büruzə verməkdədir. Məsələn, son dövrdə Avropa dövlətlərinin yüksək rəsmi dairələrinin təmsilçiləri bir-birinin ardınca multikulturalizmin böhranı iflasına dair bəyanatlarla belə mövqeləri yenidən gündəmə gətirirlər...

Bilirsiniz, bu vəziyyət ictimai idrak üçün məqbul, başadüşülən hal sayıla bilərsə , elmi idrak, ən vacibi siyasətçilər qərar qəbul edənlər üçün qeyri-məqbul sayılmalı, burada ciddi təhlil   üstünlük təşkil etməlidir. Narahatlıq gərginliyi daha da artıran ssenarilərin irəli sürülməsi , bizə elə gəlir ki, mədəniyyətlərin qarşılıqlı təsirinin tarixən mövcud olan formaları ilə yaxından bələd olmamağın nəticəsi idi. Belə ki, mədəniyyətlər onların qarşılıqlı təsirinin min illər yaşı vardır. Tarix boyu sivilizasiya mədəniyyətlər ancaqtoqquşmailə məhdudlaşsa idi öz-özünü məhv edər, bugünkü bəşər mədəniyyəti heç mövcud ola bilməzdi.Əslində bütün problemlər mədəni fərq müxtəlifliklərin insanları birləşdirə bilən deyil, yalnız insanları ayıran səbəblər kimi qəbul edilməsindən başlayır. Multikulturalizm, müasir dövrün cəmiyyətlərində mədəni demoqrafik çoxçalarlığını təsvir etmək üçün tətbiq edilən anlayışdır. Unikal, çeşidli fərqliliklərə rəğbət hörməti nəzərdə tutmaqla yanaşı, universallıq axtarışlarından da imtina etmir. Belə demək olar ki, multikulturalizm nöqteyi-nəzərindən mədəniyyətlərin qarşılıqlı əlaqəsi subordinasiya vasitəsi ilə deyil, koordinasiya vasitəsi ilə baş tutur. Ən ümumi şəkildə multikulturalizm mədəni plüralizmin dəyər kimi qəbul edilməsini buna görə , etnik, dini mədəni azlıqlara dövlətin bərabər sosial status təmin etməsini nəzərdə tutan nöqteyi-nəzərdir.

 

 

VAHAB

 

525-ci qəzet.- 2011.- 26 oktyabr.- S.4.