“Yaxşı Cazibə” Vətəndə
TÜRKİYƏDƏN
GƏLƏN EKİB
Yetənəkli,
uğurlu, zövqlü, gülməli bir dizinin ekibi Bakıya
gəldi. Dizinin süjetinə görə baş qəhrəman
azərbaycanlı qızı Cazibə türkiyəli eşi
Kamaldan ayrılıb vətəninə geri dönür.
Neçə
vaxtdı izləyirik. Bu cür koloritli iş ortaya qoyan bir
komandanı yaxından tanımağı gəlir adamın. Və
düşünürsən ki, azərbaycanlı
qızını canlandıran bir dizinin niyə burda çəkilişləri
olmur. Sonunda 3 günlük Bakıya gəldilər. Bizim
gülərüzlü, sevimli Məlahət Abbasovamız da
onlarla gəldi. Məlahət xanım bu serialın
danışmanıdır ( məsləhətçisi).
Bizi onlarla görüşdürən də Məlahət
xanım oldu. İllər və uğurlar sənətçinin
nə üzünün, nə də qəlbinin rəngini dəyişməyib.
Təşəkkürlər sizə, xanım əfəndi.
Seriala gəlincə, izləməyənlərə bildiriş
verək. Deməli belə...
“Yaxşı
Cazibə” Türkiyədə komediya janrında çəkilən
serialdı. Baş qəhrəman azərbaycanlı
qızı Cazibədir. Valideynlərini itirəndən sonra
çarəsiz qalan Cazibə Bakıdan İstanbula iş
axtarmağa gedir. Orda yaşaması üçün ona vətəndaşlıq
lazımdır. Buna görə də bir agentliyin
yardımıyla tanımadığı bir adamla
anlaşıb saxta evlilik edir. Anlaşmaya görə Cazibə
vətəndaşlıq alandan sonra boşanma olmalıdır.
Ancaq obrazlar bir-birinə vurulur. Və hər şey dəyişir.
Cazibənin saxta əri Kamalın Simgə adlı sevgilisi var.
Kamal heç cür ona ilişgilərini bitirmək istədiyini
deyə bilmir. Və Kamalın doğrudan da ondan ayrılmaq istəyib-istəməməsi
aydın deyil. Çünki hər vəchlə Cazibənin
onun evində çalışan bir xidmətçi yox,
nikahlı həyat yoldaşı olduğunu gizlədir. Nəhayət
durum o yerə çatır ki, Cazibə şələ-küləsini
yığıb geri dönür.
Simgə
isə (Hande Katipoğlu) ərköyün , sadəlövh,
çılğın bir qızdır. Kamalı
dəli kimi sevən Simgənin gözləri elə
örtülüb ki, Cazibənin Kamalı, hətta Kamalın
da Cazibəni sevdiyini görmür. Əslində içində
hardasa hiss elədiyi ara-sıra gözə çarpır,
ancaq Simgə bunu heç özünə də etiraf etmir deyə
tamaşaçı dəqiq heç nə bilmir. Simgə
inanılmaz qıvraqlığı, cəldliyi,
doğallığı, zarafatlarıyla
tamaşaçıları heyrətə salır. Hər an
gözlənilməz bir addım ata bilər. Hər an
üzünə gülməli ifadə verə bilər. Qətiyyən
ev işlərini bacarmaz və o qədər mətbəxdən
uzaq bir qızdı ki, nəsə bişirmək istəyəndə
aləmi bir-birinə vurar. Məsələn, Kamala xoş gəlmək
üçün fədakarlıq edən Simgə yeməyi
çaydanda hazırlamağa cəhd edir. Salata ürünləri
bütöv-bütöv bişirmədən qatır. Xərçəng
şorbası adıyla xərçəngi diri-diri masaya gətirir.
Bu obrazı canlandıran Hande Katipoğlu inanılmaz
istedadıyla seyrcini ələ alır. Handenin
yaratdığı obrazın tam əksi olduğunu elə bir
detalla anladıq. Ekib günorta yeməyini yeyəndən sonra
masanın üstündə qalan bir qucaq nəmli salfeti
qızlar arasında paylaşdırdı. “Çantanıza
qoyun, çox lazım olur”. Hande çəkilişə getdi.
O işini bitirənə qədər digər oyunçularla
danışıb vaxtdan faydalandıq. Yerinə Cazibə – Aslıhan
Gürbüz gəldi. Dizidə həmişə qapalı,
özü dediyi kimi “köylü kızı” kimi geyinən
Aslıhan qısa bir şortda və çox sadə bir maykada
idi. Ayağında dabansız rahat ayaqqabısı,
önündən asdığı parça çantası,
başında kepka, gözündə eynək, üzündə
bir az narazılıq olan Aslıhan istənilən mövzuya
açıqdı.
Aslıhan
– Sizin qızlar çox gözəl geyinirlər, ancaq bilmirəm
Cazibəni bizimkilər niyə belə sadə geyindirirlər.
–
Yəqin xarakteri gücləndirmək üçün.
Aslıhan
– Ola bilər.
–
İşinizi çox sakit görürsüz. Ama elə bil
bir az dağınıqlıq var. Hərə bir tərəfdədi.
Aslıhan
– Bu ekibdən daha böyükdü ekibimiz. Kamera arxasında da çox adam
çalışır. Biz küçə çəkilişləri
çox az edirik. Burdasa
çəkilişlər demək olar hamısı
dışarıdadı. O üzdən
dağınıqlıq var. Bizi orda bir görsəz. Çox əylənirik setdə. Bir ailə kimi olmuşuq artıq. Gözəl işdi. 3 gün
çalışırıq, 4 gün boş oluruq. Digər
dizilərdə iş rejimi daha ağırdı. 4 saat ancaq yatarsan. Bir də
qapalı məkandı. Qışda
üşümürsən, payızda yağmur yağmır təpənə,
yayda tərləmirsən. Mutluyuq yəni.
– Hiss olunur
ki, bir-birini duyan bir komandanız var. Ona görə işiniz
effektlidir. Oyunçuların özlərinin
doğaclamaları – improvizeleri olur?
Aslıhan –
Olur. Hamısı doğaclama yapır. Mən edə bilmirəm. Çünki
zatən zordur mənə azəricə danışmaq. Bir yanlış kəlmə deyərəm, ya bir
qüsur olar deyə qorxuram.
– Azərbaycan
türkcənizdə qüsurlar olur.
Aslıhan
– Bu dizidən öncə azəri öyrətmənlərindən
dərs almışam. Ancaq bir ortaq nöqtəni seçmək lazım idi
ki, həm sizləri qırmayaq, həm də bizim seyrici nə
danışdığımı anlasın. Bir az zordur təbii ki.
– Peker bəy
niyə ayrıldı dizidən?
Aslıhan
– Onu bizə söyləmədilər. Biz qarışa bilmirik belə
işlərə. Çox xəbərimiz
olmaz bu işlərdən. Ya kanalla sorun ola
bilər, ya yönətmənlə, ya öz sorunu ola bilər.
Bizim qarışmağımız heç
doğru da deyil.
Bu dəm
yanımızda oturan yaraşıqlı qrup rəhbəri
Akın Topuza üzümüzü çevirdik. O da bizə qatıldı. Sualı
doğru dəyərləndirmək istədi hər halda.
Akın
bəy – Peker bəyin özəl işləri vardı. Özəl sorunları da
vardı. Dizidən öncə yoxdu, ama
sonra yarandı və ayırdıq yolumuzu.
– Serhan
Arslan da Erdo xarakterini yaxşı canlandırır. Heyif ki, sizinlə gəlməyib.
Aslıhan
– O həm də teatrda çalışır. Ona görə bizimlə səfərlərə
gedə bilmir.
– Onun da əməyi
var. Hər kəsin əməyi var bu dizidə. Hər
kəs uyur bir-birinə, inanın. O köpək – Badem
belə bizə uyur. (Dizidə Simgenin Paris adlı köpəyi
var. Handenin öz köpəyidi Badem)
– Bu sizin ilk
böyük işinizdi?
Aslıhan
– Yox bundan öncə də vardı. Ama o dramdı. Komediya ilkdir.
– Elə bil
bitməsini heç istəmirsiz. Elə məmnun
görünürsüz ki, hamınız.
Aslıhan –
Yox, niyə bitsin ki? Əylənirsən, 3
gün çalışırsan dediyim kimi, qalan günləri
dincəlirsən. Üstünə bir də
para verirlər. Mənim həyatımda çox
sıxıntılı bir dönəmdə başladı bu
iş. Çox acı çəkirdim, setdə
komediya yapırdım. Zor idi. Ama indi düşünürəm yaxşı ki, belə
bir dönəmə dəng gəldi. Qaldıra
bilməzdim yəni. Burdakı xalq izləyirmi?
– Hamı izləyir
demək olmaz. Sizin dizi bir az zövq məsələsidir.
Hər kəs o yumoru özünə doğma
bilmir. Toplumsal deyil diziniz. Ama izləyənlər çoxdu. Çox gülürük, əylənirik. Gülə-gülə ötürdüyünüz
mesajları da tuturuq.
Aslıhan
– Nə gözəl. Nəsə deyə biliriksə nə mutlu bizə.
Özümüz də çox
gülürük. Bəzən kameramanlar
gülür kameralar tərpənir, o dərəcədə yəni.
Mən
çox güləyənəm. Atamın cənazəsindən
çıxırdım, dilənçi ağzını əyə-əyə
dilənirdi. 5 dəqiqə güldüm
ona. Hər kəs təəccüb etdi.
– Hakanla
(Kamalla) çoxdan tanışsız?
Aslıhan
– Biz Hakanla əvvəlcə bir sinemada oynamışdıq. Ordan tanıyırıq
bir-birimizi.
– Hande də
öz roluna çox yaraşır.
Aslıhan
– Ama normalda elə qız deyil. Cazibə kimidir. Yemək bişirər, çox
sayğılıdır, çox sakitdir. Tam
obrazının əksidir.
– Bu obrazı
bu qədər uğurlu oynamasına səbəb nədir sizcə?
Yetənək, yoxsa içində bir Simgə
var?
Aslıhan –
Yetənək. Hande çox yetənəkli bir
oyunçudur. Zatən insan hər yerdə
insandır. Doğuda da olsa, Batı da olsa
(şərqdə də, qərbdə də). Qız da olsa, oğlan da. Bəlli
durumlarda verilən təpgilər eynidir. Hisslər,
yaşantılar bənzərdir. Mən
heç Azərbaycana gəlmədim, ama bir azərbaycanlı
qızının nələrə qırıla biləcəyini,
nədən küsə biləcəyini anlayıram. Çox normaldı.” Mən
olsaydım nə edərdim” düşünürsən.
Və onu oynayırsan.
–
İnsanları izləyirsiz həm də.
Aslıhan
– Baxmaq zorundasan. Öyrənmək, tanımaq zorundasan. Özünü onun yerinə qoyursan. Bəzən Kamal elə bir şey söyləyir ki,
mənim bir qadın olaraq zoruma gəlir. İstər-istəməz
kövrəlirəm, ağlayıram.
– Problemlər
qoyulur, bəzən hansısa bir məsələyə
toxunursuz. Məsələn, bir dəfə Cazibənin
yalançı ərini yaratmışdız. Guya Bakıdan gəlib ki, Cazibəyə evlənmək
təklif edən Hulusi bəyi yerində oturtsun. Hulusi bəyin
dilindən belə bir fikir deyildi ki, adam qarısını para
qazanmaq üçün başqa məmləkətə göndərib , indi gəlib qısqanclıq səhnəsi
düzəldir. Bu səhnə hardan yarandı?
Aslıhan –
Qani abinin( ssenaristin) yanında
çalışan bir azərbaycanlı
yardımçısı olub illər öncə. Onun həyatında olanlardandı. Belə şeylər Türkiyədə də var.
Erkək çalışmaz, ama qadını işə gedərkən
güdər. Qısqanclıq səhnəsi
düzəldər. Boşanarlar, ama
qadını rahat buraxmazlar. İslamiyyətdən sonra
türk erkəyi bir az sanki qadınlara
qarşı kobudlaşdı. Öncələr
hatun çox önəmliydi. Hakan (kişi)
qadınına sormadan heç bir şey etməzdi. Bir şəkildə maləsəf dəyişmiş.
– Sizin dizidən
din bir az uzaq tutulur. Bu kimi
mövzulara da toxunmursuz.
Aslıhan
– Türkiyə bu konuda çox həssas bir dönəmdən
keçir. Din əslində
çox həssas bir mövzudu. Din qavramı siyasətin
içinə də qarışmış ola
bilər. Dadında vermək gərəkdir.
Din üzərinə savaşlar çıxar. Din üzərinə
ailə qızını bir erkəyə verməz, o başqa
dinə mənsubdur deyə. İdeoloji düşüncən,
dinin nə olursa olsun, sənin kimi düşünməyən
insanlar da var. Kimsəni qırmamaq ,incitməmək
lazımdı. Hamımız insanıq.
– Müsəlman
ölkələrində sorunlar çoxdur.
Aslıhan
– Maləsəf elədir. Əslində bizdə bu
mesajlar var. Kamal saxta evlilik edib, ama Cazibəni qısqanır.
Cazibəni qısqanır, ama Simgədən
ayrılmır. Cazibə Kamalın sevgilisi
olduğunu əvvəldən bilərək onunla saxta evliliyə
razılaşır, sonra onu Simgədən ayırmağa
çalışır. O da əslində artniyyətlidir.
Ən saf obraz Simgədir. Ağlına
belə gəlmir ki, Cazibə Kamalın köməkçisi
yox, arvadıdır. Bu
şişirdilmiş formada da olsa, əslinə baxsaz, bizim cəmiyyətlərin
problemləridir.
– Dizidə ən
saf obraz Simgədir gerçəkdən.
Aslıhan
– Həyatda da belədir. Ən güclü gördüyümüz insanlar əslində
ən zəifləridir. Zəifdir ona
görə yüksək səslə danışır. Zərər görməmək üçün
özünü qoruyur. O üzdən yox deyər bir
şeyə, dinləmədən. Yara almaq istəməz
əslində.
Bu yerdə
dizinin senaristi Qani Müjdə gəlib çıxdı. Türkiyəyə geri
dönürdü. Hər kəslə
sağollaşmağa gəldi (Hande hələ çəkilişdədi).
– Deyirlər,balıq yemisiz xoşunuza gəlməyib.
Qani Müjdə
– Hə, dünən yediyimi bəyənmədim. Dedilər başqa yer var, orda dadlı balıq verirlər.
Gələn səfərə qaldı.
–
Bakımız necədir?
Qani Müjdə
– İstanbul kimi kötü Bakı var, bir də iyi Bakı
var. Memarlığını bəyəndim. Gözlədiyimdən
daha moderndi. Bəzi yerləri Dubay kimi, bəzi
yerlərini Portuqaliyaya – Lissabona bənzətdim. Bu qədər içəridə və bu qədər
Akdeniz kimi (Aralıq dənizi kimi) bir yer ağlıma gəlməzdi
yəni. Çox dəyişik gəldi.
– Bəyənmədiyiniz
nə oldu?
Qani Müjdə
– ...düşünürəm. Demək ki, bəyənmədiyim
bir şey tapmamışam. Ama özəlliklə yemə-içmə,
kafe, xidmət sektorunun bir az daha yol
alması lazımdı. Yəni çox az
qalıb. Ama düşündüyümüzdən
çox-çox yaxşı gördük Bakını.
Hakan
Yılmaz (Cazibənin əri Kamal) səkidə oturub bizi dinləyirdi. Bir azdan onun çəkim
növbəsiydi. Oturub gözləyirdi.
Qani abini hamılıqla yola saldıq. Və səkidə oturan Hakanı yeni proqramıyla təbrik
etdik (Hande hələ çəkilişdə).
Hakan bəy
– Təşəkkür edirəm. İzləyirsizmi?
–
İzləyirik. Aparıcılıq çətindi, yoxsa aktyorluq?
Hakan bəy –
Hər ikisinin ayrı zorluqları var. Burda bir az
rahatdı. Dizidə. Yazan adam
var. Hər şey hazırdı. Ama orda –
proqramda mən özüm hazırlayıram hər şeyi.
Və üstəlik özüm də
apardığım üçün daha zordu. Canlı yayım daha sterslidir. Mən
zatən illər öncə də aparıcılıq eləmişəm.
Sevirəm bu işi.
Sahilə
tərəf yön aldıq hamımız. İçərişəhərin
dolanbac yollarında, balaca evlərdən birinin pillələrində
3 qızcığaz sakitcə palçıqdan yemək
bişirirdi. Uzaqdan bizi seyr edən
qızcığazlar dilsiz-ağızsız
qadınlığı oynayırdılar. Səssizcə...
Gözləri hərdən bizə
tuşlanırdı, ama əllərini saxlamırdılar.
Əlləri palçıqdan olan yeməyi
qarışdırırdı. Aslıhanla
Hakan onlara yaxınlaşdılar. Aslıhan
əyilib gülümsədi. Hakan şəkillərini
çəkdi (Hande hələ çəkilişdə).
Hakan bəy
– Sənin adın nədir?
– Mədinə
Hakan bəy
– Bəs sənin?
– Nərmin.
– Hakan bəy
– Sənin?
– Sevda.
– Nə
şirin qızlarsız siz. Üçünüzün
də adı gözəldi. Biz sahilə
gedirik. Sağ olun.
Addımlayırdıq
sahilə doğru (Hande hələ çəkilişdə).
Hakan – Sizin
sahili çox bəyəndim. Dünən
axşam çıxdıq. Hər kəs
ailəsiylə gəzişir. Sakitlikdi.
Heç kim mane olmur. Bizdə
sahildə manqal qoyurlar, kabab bişirirlər. Olacaq şeymi? Rahat dolaşa
bilmirsən.
Hakanın
telefonuna zəng gəldi. Çağırdılar
çəkiliş meydançasına. O bizdən əvvəl
qaçaraq bulvar tərəfə getdi. Aslıhan
yol boyu şəhəri izləyirdi. Tarixi
yer tapan kimi şəkil çəkdirirdi (Hande hələ
çəkilişdə).
Çəkiliş
meydanına gəldik. Bulvarın kənarında idi. Adamlar
toplaşmışdı.
Barbe
kimi geyinən çəhrayı əlibisəli, bol
makiyajlı Simgə Kamalla Xəzərin sahilində gəzişirdi. Onların Bakını bərabər
gəzdikləri səhnə çəkilirdi. Simgə Kamalı basıb öpür, həmişəki
kimi dəlilik edirdi. Yönətmən Bora
Onur da dinməz-söyləməz başını monitora
soxub üstünü parçayla örtərək gizlənib
işini görürdü. Belə işləmək
adətidir. Çəkdiklərini
detallı görmək istəyir hər halda. Çəkiliş vaxtı ətrafdan tamamən
ayrılıb monitora tuşlanır. Hava
günəşliydi, işıqlıydı, istiydi.
Heç kim narazı deyildi. Hamı
gülümsəyirdi. Bora bəyin ancaq bədəni
görünürdü. Təmkinli, sakit,
üzüyola və hay-küysüz bir adamdı. Bağırıb meydanda “mən yönətmənəm-rejissoram”
göstərisi yapmaqdan çox uzaqdı. Xəzər
də lal-dinməz filmə çəkilirdi. Akdenizə,
Qara dənizə salam göndərirdi. Arada fasilə olurdu. Bora bəylə
ordan-burdan danışırdıq.
– Bir
iradımız var. Öz dilinizə türkcə, bizimkinə
azəricə deyirsiz. İkisi də türkcədir
.
Bora Onur
– (gülümsəyir) Eləmi? Düzəldərik o zaman.
Bizim izləyiciyə aydın olsun deyə elə
söyləyirik.
– Azəri
türkcəsi deyin siz də
Bora Onur
– Tamam. Qırılmayın. Doğru
söyləyirsiz. Əslində eyni dildi.
Ancaq sizin dilinizdə elə sözlər var ki,
biz anlaya bilmirik. Heç
tanımadığımız kəlmələr var.
Kamal bəy
söhbətə qatılır – Bizim bölgələr var
ki, kullandığı sözləri anlamırıq. Hər bölgənin
özünün ayrıca kəlmələri var. Əslində
türkcə çox zəngin bir dildi.
Hamımız
bu sonucla razılaşdıq. Və çox mutlu olduq.
Bir az sərinlənmək
üçün restoranın ekibə ayırdığı
kondinsionerli otağa keçdim. Dalımca
qapı tarappıltıyla açıldı və Hande
içəri girdi. Tələsik əynini
dəyişməyə, makiyajını silməyə
girişdi.
Hande –
Off rahatlandım valla. Heç sevmirəm makiyajı. Bu
təhər əlbisələrdə də ürəyim
sıxılır. Mənimki rahat geyimdi.
İstidə də lap adamın nəfəsini kəsir.
Off, çox yorğunam. Oturum bir az ayaqlarımı sallayım. Bir
dənə kətil də mənim qabağıma qoydu ki, sən
də ayağını salla. “Mən niyə?”
– ürəyimdə fikirləşdim. Mən çəkimdən gəlmirəm ki. Heç nə demədim. Yan-yana oturub ciddi-cəhdlə
dincimizi aldıq...
Aysel ƏLİZADƏ
525-ci qəzet.- 2011.- 10
sentyabr.- S.16-17.