Azərbaycanda internet radioları: “bum”un ilk siqnalları eşidilir

 

Azərbaycanda medianın yeni sahəsi – internet televiziya internet radiolar yaranmaqdadır.

Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 10 internet televiziya radio fəaliyyət göstərir. İnternet televiziya radioların fəaliyyətə başlaması üçün heç bir maneə olmadığından yaxın illərdə bu sahədə Azərbaycanda 1998-ci ildə yaşananqəzet bumu”nun təkrar olunacağı istisna edilmir.

Bəs, görəsən, hazırkı internet radioların durumu yerdədir? Reytinqləri necədir? İnternet radiolarla FM radioları arasında hansı fərqlər var?

Bu suallarla ilk olaraq Day.az radiosunun rəhbəri Zaur Darabzadəylə söhbətdə cavab tapmağa çalışdıq.

Qeyd edək ki, Day.az radiosu Azərbaycanda yaranan ilk internet radiodur. Zaur Darabzadə radionun 2007-ci il mart ayının 1-dən etibarən yayıma başladığını deyir: “ Day.az-la Azərbaycanda ilk internet radio yarandı. Bu radionun əsas məqsədi isə o oldu ki, 24 saat Azərbaycan musiqisini bütün dünya ölkələrinə çatdıraq. Adətən, fm radioları Azərbaycanda dinlənilir. Başqa yerlərdə dinləmək olmur. Ancaq bizim radionu dünyanın istənilən yerində dinləmək mümkündür. Məsələn olub ki, İtaliyada, Almaniyada yaşayan hansısa bir tələbə yaxud orda işləyən həmvətənlərimiz Azərbaycanda yaşayan qohumlarına, yaxınlarına, eləcə digər xarici ölkələrdə yaşayan dostlarına bizim radio vasitəsilə musiqi ərməğan ediblər. Bundan əlavə hər gün Azərbaycanın tanınmış simaları, ictimai-siyasi xadimləri, millət vəkilləri, şou-biznesin nümayəndələri, idmançılarımız bizim radioya gələrək aparıcılarımızın suallarını cavablandırırlar. Radiomuzda Firdovsi Atakişiyevin, tanınmış teleaparıcı bəstəkar Murad Arifin verilişləri var. Day.az radiosu yarandığı ildən etibarən 2 il yeganə internet radiosu kimi fəaliyyət göstərdikdən sonra digər internet radioları yaranmağa başladı. biz istəyirik ki, Azərbaycanda internet radiolarının sayı çoxalsın. Çünki qonşu ölkələrdə internet radiolarının sayı 50-dən çoxdur. Azərbaycanda isə bu rəqəmi 15 göstərir”.

Zaur Darabzadə deyir ki, hazırda çoxları internet radioya yuxarıdan aşağı baxır: “Deyirlər ki, “kimdir, internet radiosu dinləyən”. Ancaq o bu fikirlə razılaşmıram. Əslində internet radiosunun dinləyiciləri FM radiolarına nisbətən daha çoxdur. Çünki FM radioları yalnız Azərbaycanda dinlənilir. Ancaq bizim radio dünyanın istənilən yerində yayımlanır. Avstraliyadan, Afrikadan hətta, ermənilər belə siyasi mövzularda bizi dinləyirlər. İnternet hər gün inkişaf edir, sürəti isə kifayət qədərdir. Buna görə də heç bir texniki problem yaşamamışıq. Sürətli internet bizim işimizin müsbət nəticə göstərməsində çox böyük rol oynayır. İnternet radiolarının artması çox yaxşı haldır. Hətta bizim radio xaricdə olan radiolar birliyinə üzvdür. Bu isə o deməkdir ki, bizim radionu iPhone və BlackBerry telefonları vasitəsilə də 24 saat dinləmək olar”.

Növbəti müraciət etdiyimiz radio isə Azərbaycanda ilk universitet internet radiosu olanXəzər”dir. Radionun rəhbəri Alik Əlioğlu bildirir ki, başqa universitetlər daxilində fəaliyyət göstərən radiolar olub, amma internet səviyyəsində yayımlanan ilk universitet radiosuXəzərradiosudur: “Bizim radio artıq 1 il yarımdır ki, yayımlanır. Radiomuzun özəlliyi isə ondadır ki, verilişlər, musiqi tərtibatı sırf tələbələrin zövqünə uyğundur. Verilişlərimizi sırf tələbələr hazırlayırlar. Amma bu o demək deyil ki, verilişlərimiz və digər proqramlarımız məhz tələbələr üçün nəzərdə tutulur. Xeyr. Bizim verilişlərimiz bütün yaş təbəqəsinin zövqünə uyğun olaraq hazırlanır. Biz radionu yeni yaradanda heç bilməzdik ki, bu qədər dinləyici toplaya bilərik. Universitet radiosu olduğu üçün düşünürdük ki, bizim dinləyicilərimiz məhz Xəzər Universitetinin tələbələri olacaq. Ancaq elə olmadı. Əksinə deyərdim ki, kənar dinləyicilər daha çoxdur, nəinki öz tələbələrimiz”.

Alik Əliğluda İnternet radionun FM radiosundan daha üstün olduğunu deyir: “Ümumiyyətlə, internet radioların FM radiolarından əsas və başlıca fərqi ondadır ki, internet radiolarında FM tezliyi yoxdur, yalnız internet vasitəsilə dinləmək olur. Bunun isə həm yaxşı, həm də pis cəhətləri var. Yaxşı tərəfləri ondadır ki, istənilən vaxt, istənilən yerdən internetə çıxış varsa, dünyanın istənilən ölkəsindən daxil olub dinləmək mümkündür. Bildiyimiz kimi FM radiolarının müəyyən əhatə dairəsi var. Tutaq ki, bir ölkədən və yaxud bir şəhərdən kənarda həmin radionu dinləmək olmur. Amma bizim internet radiolarının da bir özəlliyi var ki, özü avtomatik olaraq dinləyicinin hansı ölkədə, hətta şəhərinə, küçəsinə qədər dəqiq ünvanı göstərir. Radiolarla bağlı statistika var. 1-ci yeri dinlənmə sayına görə Azərbaycan, 2-ci yerdə Rusiya, 3-cü yerdə Türkiyə, 4-cü yerdə Ukrayna, 5-ci yerdə isə İrandır. Statistik nəticələr göstərir ki, əslində internet radioya maraq daha çoxdur. Qürbətdə yaşayan həmyerlilərimiz bizi məhz internet radiolardan dinləyirlər. Dinləyicilərdən isə çoxsaylı mahnı istəkləri gəlir. Radiomuzla bağlı bizə təşəkkür məktubları belə yollayırlar. Radiomuzda müxtəlif formatlara uyğun verilişlər yer alır.Ordan-burdan”, “Günka ilə 1 saat”, “Tanınmışlar Xəzərdə”, “Muğam saatı”, “Tələbə saatı”.... Sonuncu veriliş ancaq tələbələrə ayrılır. Digər verilişlərimiz var ki, onların da aparıcıları Xəzər Universitetinin tələbələridir”.

Məlumat üçün bildirək ki, sözügedən radio universitetin öz hesabına yayımlanır: “Radiomuz universitetin hesabına yayımlandığı üçün reklam yerləşdirə bilmirik. Ancaq reklam verən olsa, praktik cəhətdən mümkündür. Çünki Avropanın internet radioları demək olar ki, reklam hesabına yaşayırlar. Reklamın internet radiolarına effekti çoxdur. Səbəb isə dinləyici çoxluğudur. Ancaq mən elə hesab edirəm ki, dinləyici sayını nəzərə alsaq, Azərbaycanda bu praktika keçərli deyil”.

Növbəti maraqlandığımız radio isə 2009-cu ildən yayımlanan və 24 saat ərzində həm Azərbaycana, həm də bütün dünyaya muğam musiqisini və muğam haqqında məlumatları çatdıran “Muğam” internet radio oldu. Radionun rəhbəri Elnur Baimov “Muğam” radionu Azərbaycan mədəniyyətinin bir incisi olduğunu söyləyir: “Muğam musiqimizin ən zəngin tarixidir. Bizim bu radionu yaratmaqda əsas məqsədimiz o oldu ki, muğamı bütün dünyada tanıdaq və yaşadaq. Və ən əsası ermənilər muğama əl uzatmasınlar, deyə çalışaq. Bizim gün ərzində minlərlə dinləyicimiz olur. Onlar canlı olaraq muğam dinləyir, eyni anda həmdə öz fikirlərini çatdırırlar. Bunu isə özümüz üçün ən böyük uğur hesab edirik”.

Elnur Baimov deyir ki, “Muğam” radiosu FM radiolarından çox fərqlənir. Onun dediyinə görə, bizim FM radiolarının muğamdan qətiyyən xəbərləri yoxdur: “Onlar mədəniyyəti unudub ancaq ucuz şou verilişləri və bayağı mahnılar yaymaqla məşğuldurlar. Həm də FM radioları yalnız Azərbaycanda yayımlanır. Ancaq “Muğam” radiosu nəinki Azərbaycanda, dünyanın istənilən yerində yayımlanır. Hətta bu dəqiqə belə Argentinadan istənilən bir dinləyici muğam radiosunu dinləyə bilər. Onu da deyim ki, radiomuzda reklam yerləşdirilmir. İnsanlar mədəniyyəti dəstəkləmirlər. Əgər şou-biznes mövzusunda verilişlər etsəydik, reklam üçün növbəyə dayanardılar. Amma muğama çatanda heç kim reklam vermək istəmir. Bütün bunlara baxmayaraq, muğam radiosunun fəaliyyəti və inkişafı bizim ən böyük uğurumuzdur”.

 

 

AYSEL

 

525-ci qəzet.- 2011.- 14 sentyabr.- S. 6.