Teatrların sayt problemi

 

“BU BİZİM YARALI YERİMİZDİR”

 

XXI əsr texnologiya dövründə Azərbaycan teatrlarının internet saytlarının olmaması çox təəssüfləndirici məqamdır. Dünyanın istənilən ölkəsində dövlət teatrlarının bu məsələyə önəm verməsi internet portal vasitəsi ilə dünyaya inteqrasiya etməsinin sanki Azərbaycan teatrına aidiyyəti yoxdur. Bu hal Azərbaycanda istər paytaxt, istərsə region teatrları üçün keçərlidir. APA teatrlarımızın internet saytlarının olmamasının səbəblərini araşdırmağa çalışıb bu məsələ ilə bağlı əsas dövlət teatrlarına müraciət edib.

Akademik Milli Dram Teatrı yeni internet portalının hazırlanmasına 5000 manatdan çox vəsait xərcləyib.

Məlum olub ki, 139 yaşını qeyd edən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının heç bir internet saytı fəaliyyət göstərmir. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov mövzu ilə bağlı APA-ya bildirib ki, artıq teatrın veb-saytı hazırdır yaxın vaxtlarda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur: “Bu yaxınlarda Akademik Milli Dram Teatrının saytı istifadəyə veriləcək. Əvvəllər bizim teatrın saytı var idi, amma bu sayt o qədər qənaətbəxş deyildi. Sonra İsrafil İsrafilovla birgə adam tapdıq yeni saytın hazırlanmasına başlanıldı. Yeni saytımıza xeyli vəsait xərclənib”. E. Cəfərov deyib ki, artıq yeni saytın hər şeyi hazırdır, sadəcə təqdimat mərasimindən sonra istifadəyə veriləcək: “Düşündük ki, bu sayta ucuz təqdimat etməyək. Təqdimatı oktyabr üçün nəzərdə tuturuq. Saytımız Azərbaycan, rus ingilis dillərində hazırlanıb. Yeni saytın hazırlanması üçün təxminən 5000 manatdan artıq pul xərclənib. Çox mükəmməl bir saytdır ümid edirik ki, ictimaiyyətin xoşuna gələcək. Bu saytın hazırlanmasını teatrımızın vəsaiti hesabına başa gəlib. Əslində saytın olması teatrların işini asanlaşdırır”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının internet portalının hazırlanmasında isə ciddi problemlərin olduğu ortaya çıxıb. Teatrın direktoru Mübariz Həmidov APA-ya bildirib ki, teatrlarda informasiya nöqteyi-nəzərindən internet saytların olması çox vacib bir məsələdir: “Bu bizim teatrın ən yaralı yeridir. Çünki hələ iki il bundan əvvəltəmirdən sonra teatr binasına köçmək ərəfəsində saytımızın materialları üç dildə hazır idi. Elə indi bu materiallar əlimizdə qalıb. Saytın hazırlanması üçün bir şirkətlə danışdım, onlara sifariş verdik, saytı işləyib hazır elədilər. Sözün düzü, görülən məni bu işlə məşğul olan insanları qane eləmədi. Çox bəsit formada hazırlandığından o saytı açmaqdan imtina etdik. İkinci addımda başqa bir şirkətlə əlaqə saxladıq, təxminən 7-8 ay bundan əvvəl həmin şirkətə lazımi vəsaiti ödədik, materialları təqdim etdik istəyimizi, arzumuzu söylədik. Sayt hazırladılar, amma sayt o vaxt elə vəziyyətdə idi ki mən heç üzə çıxarmadım. İkinci sayt pis deyil, amma o da üzə çıxmır. Saytın test variantı var açmaq olur. Amma tam sona kimi işlənilməyib”. M. Həmidov vurğulayıb ki, sözügedən saytda teatrın cari həftəlik repertuarı, tarixi, videolar, fotoalbom, tərəfdaşları öz əksini tapıb. Öyrəndik ki, teatr rəhbərliyi heç istifadəyə verilməyən bəsit hazırlanmış ilk sayta 800 manat, hələ üzə çıxmayan ikinci sayta isə 1000 manat ödəyib: “800 manat ödəmişdim o pul da batdı. İkincisini isə 1000 manata danışmışıq artıq pulun yarısını ödəmişəm, amma bu səkkiz aydır tilsimə düşüb. Müqaviləmiz var mən məhkəməyə müraciət edə bilərəm. Sadəcə düşünürəm ki, gənc oğlandır yəqin gəlib öhdəsinə düşəni edəcək. İlin sonuna qədər işini görməsə, artıq məhkəməyə verəcəyəm. Bu gün kompüter bizə hava su kimi lazımdır. Teatrlara mütləq şəkildə sayt lazımdır, çünki xariclə danışıqları da elə sayt vasitəsi ilə aparmaq olar. Mən bu halı özümüzə həqiqətən eyib bilirəm”.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da digər dövlət teatrlarından bu baxımdan geri qalmır hazırda saytı fəaliyyət göstərmir. Suallarımızı cavablandıran teatrın direktor müavini Elxan Ocaqov, teatrın saytı üzərində hazırda yenidən getdiyini açıqlayıb: “Teatrımızın saytı aktiv idi, köhnəldiyi üçün yeniləmək qərarına gəldik. Yeniləşmə haradasa iki-üç ay müddətində bitəcək. Bizim teatrın üç dildə saytı aktiv idi, sadəcə teatrımızın beynəlxalq əlaqələri, eləcə vəfat edənlərin, mükafat alanların siyahısı hazırlanmalı idi deyə saytı dayandırdıq. Axı saytın köhnə repertuarla fəaliyyəti göstərməsi yaxşı deyil. Saytda videolar yerləşdiriləcək, hər bir aktyorun yaradıcılığı ilə bağlı məlumatlar yer alacaq”. E. Ocaqov köhnə saytın bu günün tələblərinə uyğun olmadığını deyib: “Biz saytın fəaliyyəti dövründə bir neçə festivalda iştirak etmişik. Teatrımızın Beynəlxalq Teatr Assosiasiyasına üzvlüyü saytın hesabına olub”.

Digər teatrlarla müqayisədə virtual məkanda daha fəal işləyən Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev APA-ya bildirib ki, teatrın saytı (www.rusdrama-az.com) 2008-ci ildən istifadəyə verilib saytın olması çox şeylərdə onlara yardımçı olur: “Düşünürəm ki, bu gün teatrların saytının olması vacib məsələdir. Saytın olması həm teatrımızın beynəlxalq arenada tanıdılmasına kömək edir. Amma təəssüf edirəm ki, bir çox teatrların saytları yoxdur. Əgər bugünkü gündə buna imkan yaradılıbsa, bundan istifadə etməliyik. İnternet sərhəd tanımır hər yerdən saytlara girmək mümkündür”. Ə. Hacıyev onu da əlavə edib ki, Rus Dram Teatrının bu zamana kimi bir çox beynəlxalq festivallarda iştirakı da məhz internet sayt vasitəsi ilə olub: “Saytda Rus Dram Teatrının fəaliyyəti repertuarı ilə tanış olduqdan sonra festivallarla dəvət edirlər. Saytımız rus, Azərbaycan ingilis dilindədir. Saytımızın vaxtaşırı yenilənir. İstənilən bir ölkə teatrı Azərbaycana gələndə ya bizim teatr kollektivini dəvət edəndə ilk soruşduqları şey saytdır. O səbəbdən saytın olması mütləqdir”.

Dövlət Yuğ Teatrının saytına gəlincə bildirək ki, www.yugteatr.org ünvanında fəaliyyət göstərən sayt yalnız ingilis dilindədir. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov APA-ya bildirib ki, bu teatrın saytını direktor Tərlan Rəsulov özü hazırlayıb: “Eyni zamanda bu teatrın saytına əlavə vəsait ayrılmayıb. Artıq saytı yeniləmək haqqında düşünürük bununla bağlı danışıqlarımız olub. Hazırda saytımız ancaq ingilis dilindədir, amma yeni variantda üç dildə nəzərdə tuturuq”.

Azərbaycan Dövlət Opera Balet Teatrının mətbuat xidmətindən bildirilib ki, teatrın üç dildə internet saytı ötən il istifadəyə verilib www.tob.az ünvanında fəaliyyət göstərir. Bu sayta nəzarəti isə teatrın özü aparır.

Sözsüz ki, paytaxt teatrlarının internet saytlarının mövcud vəziyyəti o qədər qənaətbəxş deyil. Öyrəndik ki, bu vəziyyət daha pis formada bölgə teatrlarına da aiddir. Bu hal eyni ilə Sumqayıt Dövlət Dram Teatrı üçün keçərlidir. Bu sıraya eyni zamanda Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Dram Teatrı da daxildir. Ən təəssüfləndirici hal ondadır ki, bəzi teatrların müvafiq internet ünvanları olsa da, bu saytların fəaliyyətsizliyindən teatr rəhbərliyi belə xəbərsizdir. Həmin internet saytlarına daxil olduqda saytın qədər fəaliyyətsiz olduğu məlum olur. Bunun əsas səbəbi kimi isə saytların hazırlanmasına dövlət dəstəyinin olmamasını, eləcə teatrların buna maraq göstərməməsini göstərmək doğru olardı.

 

 

525-ci qəzet.- 2011.- 21 sentyabr.- S.7.