Jalə Əliyeva: “Mədəniyyət
haqqında” qanuna geniş
dəyişiklikləri nəzərdə tutan
layihə hazır vəziyyətdədir”
Müsahibimiz
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü
Jalə Əliyevadır
–Jalə xanım, parlamentin
qarşıdan gələn növbəti payız sessiyası
üçün üzvü olduğunuz Mədəniyyət
komitəsi hansı qanun layihələrini müzakirəyə
çıxarmağı və plenar iclasa tövsiyə etməyi
nəzərdə tutur?
–Bilirsiniz, elə dəyərli
oxucularımıza da, cəmiyyətimizə
də bəllidir ki,parlament komitəsi olaraq uzun müddətdən
bəridir “Mədəniyyət haqqında” qanuna
dəyişiklikləri nəzərdə tutan
qanun layihəsini yenidən işləməyi
təklif etmişdik. Çünki
hələ xeyli illər bundan
əvvəl – Azərbaycanın müstəqilliyinin ilk dövrlərində qəbul edilən “Mədəniyyət
haqqında” mövcud qanun
həm vaxt, həm zaman,
həm də dövrümüzün
reallıqları baxımından bir çox aşınmalara məruz
qalmışdı və onun yenilənməsinə
böyük bir ehtiyac,zərurət
yaranmışdı.Eyni zamanda, son 10-15 ildə Azərbaycan mədəniyyəti
üçün çox
əhəmiyyətli ola biləcək
yeniliklər var və bu
yeniliklər, bu inkişaf
da təbii olaraq, çox zaman müsbət
istiqamətə meyllənmiş olur.
Amma yeniliklərin içərisində təbii
ki, müxtəlif, belə demək
mümkünsə,arzu etmədiyimiz yönümlər də,
amillər də mövcuddur. Hansı ki, buna
bir hüquqi nəzarət
mexanizmi olmazsa, qanunla bütün bu məqamlar tənzimlənməzsə,
artıq o zaman gələcək
nəsillərə Azərbaycan mədəniyyətini bəlkə
də tarixdən gəldiyi, öz köklərinə
bağlı bir şəkildə
çatdırmaqda çətinlik çəkə bilərdik
.
Yeri gəlmişkən, burada bir haşiyəyə də çıxaraq demək
istəyirəm ki,əgər Azərbaycan mədəniyyətinin
gələcək nəsillərə olduğu
kimi çatdırılmasından söhbət
gedirsə,təbii ki, o
keşməkeşli dövrdə – bir quruluşdan başqa bir quruluşa
keçilməsi ilə bağlı olaraq,
ümumiyyətlə, köhnələrin dağılıb və
yenilərin qurulması ərəfəsində Azərbaycan mədəniyyətinin
bir çox sahələri
unudulmağa başladığı kimi, bizim üçün
çox dəyərli olan,
Azərbaycan deyəndə yada düşən
muğam sənəti də
–hamımız qəbul edərik ki, haradasa unudulmaq üzrəydi.
Artıq canlı korifeylərimizdən, yəni,
həyatda ikən ölümsüzlük
qazanan sənət cəfakeşlərimizdən
cəmi bir necə insanımız
qalmışdı ki, – şükürlər
olsun ki, bu günədək də qalıblar – onlar da sanki
diqqətdən uzaq
düşmüşdülər. Onların
böyük,gərgin zəhmətlər hesabına bizlər
daşıyıb gətirdikləri muğam
sənəti sanki inkişaf,
davam etdirilmirdi və onun yerini yüngül
, ancaq iki-üç
günlüyə kiminsə zövqünü
oxşaya biləcək, anında da unudulub gedəcək
musiqilər, mahnılar almağa
başlamışdı. Ona görə
bunların vaxtında qarşısının alınması və
Azərbaycan muğamına yeni can, yeni nəfəs verilməsi
gərəkirdi. Bu işdə də təbii
ki, Heydər Əliyev Fondunun
və onun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz
xidmətləri var. Düşünürəm
ki, hər bir azərbaycanlı
da böyük bir məmnuniyyətlə,
şükranlıqla bu xidmətləri dəfələrlə,
dönə-dönə qeyd etməli,
vurğulamalıdır. Təbii ki, “Mədəniyyət
haqqında” danışarkən bunu qeyd etməyə bilməzdim. Bir
daha qeyd edirəm ki, muğam özü bizim mədəniyyətimizin böyük
bir parçasıdır və məhz bu baxımdan da bu məqamı mütləq qeyd
etməliydim.
Yenidən qanun layihəsi ilə bağlı fikirlərimə
qayıdaraq bildirmək istəyirəm ki,
ona böyük bir ehtiyac, sosial
sifariş var idi. Onu da bilirsiniz ki, hələ ötən 3-cü
çağırış parlament
dövründə bununla bağlı məsələ
gündəmə gətirilmişdi və qeyd
edim ki, artıq Mədəniyyət
və Turizm Nazirliyi, əlaqədar
təşkilatlar, o cümlədən, Milli Məclisin birlikdə
hazırladıqları qanun layihəsinin son variantı da tam hazır vəziyyətdədir.
Son dövrlərdə də biz bir neçə dəfə
bunu müzakirə etmişik.
Həmçinin ötən sessiyada da bunun ilkin
variantı komitəmizin geniş
müzakirəsindən keçirmişdik.
Odur ki, qarşıdan
gələn payız sessiyasında bu sənəd
plenar iclasın geniş
müzakirələrə tövsiyə olunacaq...
–Səhv etmiriksə,
komitənizin payız sessiyasına təqdim etməyi nəzərdə
tutduğu növbəti qanun
layihəsi bayaq yuxarıda haqqında bəhs
edilən muğam sənəti ilə
bağlı ayrıca qanunvericilik
aktıdır...
–Doğrudur.
Bildiyiniz
kimi, ötən sessiya
zamanı komitəmizin sədr müavini, professor Rafael Hüseynov tərəfindən hazırlanan “Muğam sənəti haqqında” qanun layihəsini də ilkin
variantda müzakirədən keçirmişdik. Çünki
belə bir qanun layihəsinin
də müzakirələrə çıxarılması və
qəbul edilməsinə böyük
bir ehtiyac var. Xüsusilə də “Mədəniyyət
haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər belə bir qanunun
hazırlanması, qəbul edilməsi zərurətini ortaya qoyur. Eyni zamanda,
mədəniyyətimizin böyük bir qolu olan
Azərbaycan muğamının hüquqi
cəhətdən qorunmasını təmin etmək , bunun məhz Azərbaycana-xalqımıza məxsus
olmasını bir daha
dünyaya nümayiş
etdirmək üçün belə bir qanun layihəsinin
hazırlanması və sonda qəbul
edilməsi olduqca vacibdir,
əhəmiyyətlidir. Onu da nəzərə alaq ki, nəinki torpaqlarımızda, sərvətlərimizdə,
həmçinin, mədəniyyətimizdə,incəsənətimizdə,
mədəniyyət nümunələrimizdə gözü olan məkrli qonşumuz var. Onlar hər zaman bizim mədəniyyət nümunələrimizi,
abidələrimizi öz adlarına
çıxmaqdan çəkinməyiblər və təəssüflər
olsun ki, bu gün də mənfur
niyyətlərindən əl çəkmirlər.
Qonşularımız utanmasalar, hətta,
muğamın da onlara
məxsus olduğunu iddia
edər, – necə ki, müəyyən məqamlarda
bu cür cəhdlər
olub – öz adlarına
çıxarlar. Ancaq bütün
dünya da bilir və birmənalı olaraq
qəbul edir ki, muğam məhz bizə məxsusdur, bizə aiddir. Muğam adi sənət deyil, o bizim milli
varlığımız, ruhumuzdur. Odur ki, bu sənətin də hüquqi cəhətdən qorunması, tənzimlənməsi
ilə bağlı qanuna ehtiyacımız
var və çox güman ki, bu yöndə qanun layihəsi
də bir daha geniş müzakirələrdən
keçirilərək payız sessiyasının plenar iclasına tövsiyə olunacaq.
Bununla yanaşı, sizə də məlum olduğu
kimi, komitəmizin ayrı-ayrı üzvlərinin
özlərinin mədəniyyətimizlə,
milli adət-ənənələrimizlə
bağlı maraqlı təklifləri olub,
var və düşünürəm ki, zamanı, məqamı yetişəndə onlarla da bağlı qanun layihələri hazırlanaraq müzakirələrə – ən azı komitəmiz
səviyyəsində – çıxarıla bilər...
VAHAB
525-ci qəzet.- 2011.- 21 sentyabr.- S.5.