Xəcalət” “Teatr. Çexov. Yalta” IV Beynəlxalq Teatr Festivalında laureat olub

 

Xəbər verdiyimiz kimi, Akademik Milli Dram TeatrıTeatr. Çexov. Yalta” IV Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, “Teatr. Çexov. Yalta” IV Beynəlxalq Teatr Festivalında dünyanın ən nüfuzlu tanınmış teatrlarıİngiltərə, İspaniya, Fransa, İsrail, Estoniya, Qazaxıstan, Rusiya Ukraynanın müxtəlif teatrları iştirak ediblər.

Festivalda H.MirələmovunXəcaləttamaşası ilə çıxış edən Akademik Milli Dram Teatrının yaradıcı heyəti Qarabağ müharibəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması niyyətini gerçəkləşdirməyə nail olub.

Festivalda ölkəmizi təmsil edən Azərbaycan Akademik Milli Dram Teatrının yaradıcı kollektivi laureat adını qazanıb. Milli teatrımız bir sıra hədiyyə mükafatlara, o cümlədən Ukrayna Teatr Xadimləri İttifaqının diplomuna, Krım şəhəri başçısının təşəkkür diplomuna, ayrıca Nika mükafatına layiq görülüb. Teatrın direktoru İsrafil İsrafilov da Ukrayna Teatr Xadimləri İttifaqının xüsusi diplomu ilə təltif edilib.

Akademik Milli Dram Teatrının yaradıcı kollektivinin çıxışı böyük əks-səda doğurub. Yaradıcı heyət festival iştirakçılarına yazıçı-dramaturq Hüseynbala Mirələmovun Qarabağ hadisələrinin əks olunduğuXəcalətpyesi əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.

Beynəlxalq teatr festivalının rəsmi saytındamüasir dünyanın reallıqları ilə səsləşənəsər kimi qiymətləndirilənXəcaləttamaşası haqqında geniş şərhlər verilib,

Bəhram Osmanovun quruluşunda göstərilən tamaşada baş rollarda xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov Xədicə Novruzlu çıxış ediblər.

Qeyd edək ki, 11-18 sentyabr tarixlərində gerçəkləşən festival çərçivəsində Rusiya Teatr Məktəbinin (Estoniya, Tallin) “Smrax”, “TribyonTeatrının (İspaniya, Madrid) “Albalı bağı”, “Göy NitsaLirika Teatrının (Fransa, Nitsa) “Buduarda melodrama”, AşdodKontekstTeatrnın (İsrail, Aşdod) “Stullar”, Kiyev Akademik Gənc Tamaşaçılar Teatrının (Ukrayna, Kiyev) “Meşə nəğməsi”, A.S.Puşkin adına Rusiya Dövlət Akademik Dram Teatrının (Rusiya, Yakutsk) “Veroçka”, Krivoroj Musiqili-Plastik Sənətlər Teatrı – “Hərəkət Akademiyası”nın (Ukrayna, Krivoy Roq) “Əlvida, silah”, A.Seyfullin adına Karaqandin Vilayət Qazax Dram Teatrının (Qazaxıstan, Karaqandin) “Kiotoya yol”, Donetsk Vilayət Gənc Tamaşaçılar Teatrının (Ukrayna, Makeev) “Bal dadı”, V.S.Zaqoruyko adına Anqajement Gənclər Teatrının (Rusiya, Tümen) “Nosferatu Azərbaycan Dövlət Akademik Milli Dram TeatrınınXəcaləttamaşaları nümayiş olunub, müzakirələr, mətbuat konfransları, müxtəlif görüşlər keçirilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 22 sentyabr.- S.7.