Mediada dil faktorumövzusunda dəyirmi masa keçirildi

 

ƏFLATUN AMAŞOV: “İNDİNİN ÖZÜNDƏ DƏ JURNALİSTLƏRİN ƏDƏBİ DİL VƏ ONUN XÜSUSİYYƏTLƏRİ, İŞLƏDİLMƏSİ QAYDALARI İLƏ BAĞLI ÇƏTİNLİKLƏRİ YAŞANMAQDADIR”

 

Dünən Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığıMedianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimilayihəsi çərçivəsindəMediada dil faktorumövzusunda II “dəyirmi masakeçirilib. Tədbiri Şura sədri Əflatun Amaşov açaraq layihənin məqsəd vəzifələri barədə məlumat verib. Bildirib ki, kütləvi informasiya vasitələrinin dil xüsusiyyətləri müxtəlif səviyyəli müzakirələrin mövzusuna çevrilməsi baxımından diqqət çəkib: “Məsələyə hər zaman həssas yanaşılması əsasən bu sahədəki problemlərlə bağlı olub. Ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq indinin özündə jurnalistlərin ədəbi dil onun xüsusiyyətləri, işlədilməsi qaydaları ilə bağlı çətinlikləri yaşanmaqdadır. Layihə may ayından başlayıb. Bu müddət ərzində həyata keçirilən başlıca fəaliyyət ölkənin 40 aparıcı qəzetinin monitorinqi olub. Monitorinqdə leksik qrammatik pozuntuların müəyyənləşdirilməsinə diqqət yetirilib. Leksik pozuntularda alınma, dialekt şivə sözlərin, terminlərin, neologizmlərin işlədilməsi ilə bağlı pozuntular aşkara çıxarılıb. Qrammatik pozuntular üç qrupa bölünüb. Morfoloji sintaktik qaydalara əməl olunmaması, habelə üslub pozuntuları. Bunların hər biri üzrə ayrıca dəyərləndirmələr aparılıb. Monitorinq nəticəsində ötən dörd ayda 21786 pozuntu faktı müəyyənləşdirilib. Bunlardan 305-i leksik, 21481-i qrammatik pozuntudur”.

Mətbuat Şurasının layihə üzrə monitorinq qrupunun rəhbəri, “Xalq qəzeti”nin şöbə müdiri İlham Abbasov 4 aylıq layihə çərçivəsində aparılan işin gəldiyi ümumi nəticələr barədə məlumat verib. O bildirib ki, mətbuatda həm leksik, həm qrammatik pozuntulara rast gəlinir: “Leksik pozuntulara daha çox yol verilsə , onların tez aradan qaldırılması mümkündür. Bu mənada qrammatik pozuntular daha ciddi təsir bağışlamaqdadır. Ötən 20 ildə əldə etdiyimiz ən böyük dəyər ana dilimizdir. Ana dilimiz statusa malikdir. Təbii ki, sovet dövründə status var idi. Amma nominal səciyyə daşıyırdı. Bütün yazışmalarda rus dilində istifadə olunurdu. Bu gün ana dili haqqında qanunumuz var. Bu qanun dil pozuntusunu qanun pozuntusu kimi dəyərləndirmək imkanı verir. Bir məqamı da qeyd etmək yerinə düşər ki, mətbuatda mövcud sahədəki vəziyyət telekanallardan daha qənaətbəxşdir”.

Azərbaycan dilindən istifadə sahəsindəki pozuntuların səbəblərindən bəhs edən İ.Abbasov ilk növbədə peşəkarlıq amili üzərində dayanıb. O bildirib ki, peşəkarlıq səviyyəsinin aşağılığını təsdiqləyən cəhətlər qəzetdə gedən materiallardan aydın görünür: “Hansısa nəşrin müxbiri eyni sözü düzgün, digər əməkdaşı isə yanlış yazır. Ümumən ölkədə üzdə olan 50-60 qəzetdə elə bir jurnalist yoxdur ki, onun yazısını ciddi redaktə etmədən səhifəyə çıxarmaq mümkün olsun. İkinci məqam isə redaktorluq korrektorluq işinə məsuliyyətlə yanaşılmamasıdır ki, bu da həmin yanlışlığın meydana çıxmasına gətirən səbəblərindəndir. Bundan başqa vaxtilə qəzetlərdə korrektor ştatı mövcud idi. Həmin ştatdakı təcrübəli işçilər belə halların qarşısını vaxtında alırdı. Amma hazırda qəzetlərdə korrektor ştatının təcrübəli korrektorların olmaması mənfi hal kimi qiymətləndiril. Mətbuatda alınma sözlərin işlədilməsi ilə bağlı pozuntular da diqqət çəkir. Bəzən özümüz özümüzə məxsus sözlərdən yeni sözlər düzəldirik. Məsələn, “rahatsözünü göstərək. Bu söz nitq hissəsi kimi sifətdir. Mətbuatda tez-tezrahatsızsözü işlədilir. Təbii ki, bu yanlış, yanaşmadır. Çünki sifətə şəkilçi əlavə etməklə ədəbi dilin qanunlarını pozmuş oluruq. Belə hallardan qurtulmaq üçün yeni orfoqrafiya lüğətinin nəşri vacibdir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli monitorinqin nəticələri açıqlanarkən ümumilikdən xüsusiliyə keçməyin zəruriliyini qeyd edib. O, konkret olaraq dil xətalarına yol verən qəzetlərin adının açıqlanmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu yolla ictimai qınaq formalaşdırılmalıdır.

Ə.Amaşov deyilənlərə münasibət bildirərkən layihə çərçivəsində hazırlanacaq kitabda monitorinqi aparılan nəşrlərin dil nöqsanlarına yol vermə baxımından göstəricilərinə dair cədvəlin yer alacağını diqqətə çatdırıb: “Məsələyə ümumi yanaşmada isə başlıca amil ondadır ki, dil xətaları özlüyündə ictimai səciyyə daşıyır. Bu xətalar azacıq fərqlərlə hər bir aparıcı nəşrdə var”.

Layihə üzrə monitorinq qrupunun üzvü Müştəba Əliyev mətbuatımızda tarixən dildən istifadə ilə bağlı normalara toxunaraq bildirib ki, 1879-cu ildə işıq üzü görənZiyaqəzetinin bir sayında hazırda işlətmədiyimiz 105 söz yer alıb: “Bu sözlərə Cənubi Azərbaycan türkcəsində rast gəlinir. Bu cəhət dilin daim inkişaf etdiyini, dəyişdiyini göstərir. Onda olan dəyişikliklərin müəyyənləşdirilməsi cəmiyyətə çatdırılması vacibdir”.

İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid mətbuatda digər kütləvi informasiya vasitələrində ana dilimizin qorunmasının zəruriliyini vurğulayaraq mövcud sahədəki neqativ halların meydana çıxmasına təsir göstərən amillərdən biri kimi qloballaşmanın üzərində dayanıb. O bildirib ki, bu proses dilimizə yeni sözlərin axınını yaradır. Baş redaktorun fikrincə, ziyalılarımız məsələyə reaksiya bildirməlidirlər: “Digər cəhət odur ki, orfoqrafiya lüğəti dilimizin hazırkı inkişaf tempindən xeyli geri qalır. Hesab edirəm ki, bu monitorinqin müəyyənləşdirdiyi ümumi tendensiyalar geniş ictimaiyyətə çatdırılmalıdır”.

İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, “Azərbaycanqəzetinin baş redaktoru Bəxtiyar Sadıqov dəyirmi masada aparılan müzakirənin məsələyə dilçilərin diqqətini cəlb etmək baxımından əhəmiyyətli olduğunu deyib. Bildirib ki, Mətbuat Şurasının çoxşaxəli fəaliyyətində Azərbaycan dilinin normalarının pozulması halları ilə mübarizə mühüm istiqaməti təşkil edir. Telekanallarda dildən istifadə sahəsində daha böyük nöqsanların mövcudluğunu vurğulayan baş redaktor məsələyə ümummedia müstəvisində yanaşılmasının zəruriliyini önə çəkib.

sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu monitorinqin nəticələrini kifayət qədər düşündürücü olduğunu bildirərək, KİV-lərdə dildən istifadə sahəsindəki vəziyyətin əsaslı tənzimlənməyə ehtiyac duyduğunu deyib.

Xalq cəbhəsiqəzetinin baş redaktoru Elçin Mirzəbəyli Mətbuat Şurasının həyata keçirdiyi layihəni son illərdə media sahəsində reallaşmış təşəbbüslərdən ən mühümü adlandırıb. Ölkə qanunvericiliyində dildən istifadə ilə bağlı normaların əks olunduğuna diqqət çəkən baş redaktor həmin normaların pozulmasına görə inzibati məsuliyyətin nəzərdə tutulmamasını boşluq kimi dəyərləndirib: “Buna nəzarət edən qurum da yoxdur. Halbuki dünya təcrübəsində dildən istifadə qaydalarının pozulmasına qarşı mexanizmlər işləyir. Bu mexanizmlər cəzaverici yox, daha çox xəbərdaredici rol oynayır”.

Dilimizə yeni sözlərin yol açmasını pozuntuya səbəb başlıca amil kimi dəyərləndirənTuranİnformasiya Agentliyinin əməkdaşı Tofiq Türkel mövcud sahədəki tənzimləmənin inzibati qaydada aparılmasının yolverilməz olduğunu qeyd edib.

Tədbirdəİdarə Heyətinin üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Xocalı soyqırımını tanıtmaİctimai Birliyinin rəhbəri Şamil Sabiroğlu başqaları da çıxış edərək mətbuatımızda ana dilindən istifadədəki problemlərdən, onların müxtəlif təzahür formalarından danışıblar.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 23 sentyabr.- S.3.