Abbas Zamanovun 100 illiyi Naxçıvan Dövlət Universitetində qeyd olunub

 

Naxçıvan Dövlət Universitetində əməkdar elm xadimi, professor Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuşBöyük vətəndaş görkəmli elm xadimimövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq “Professor Abbas Zamanov: zəmanəsi, iradəsi səsimövzusunda geniş məruzə edib. Qeyd olunub ki, professor Abbas Zamanov görkəmli ədəbiyyatşünas alim, ustad pedaqoq olmaqla yanaşı, əsl azərbaycanlı, azərbaycanşünas alim kimi xatirələrdə yaşayacaq. Akademik İsa Həbibbəyli alimin mollanəsrəddinçi şair-publisistlərin yaradıcılıqları ilə bağlı apardıqları çoxşaxəli tədqiqatlardan, sabirşünaslığın təməlini qoymasından danışıb. Professor Abbas Zamanovun 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərdən söz açılıb.

UniversitetinAzərbaycan ədəbiyyatıkafedrasının professoru, filologiya elmləri doktoru Yavuz Axundlu “Professor Abbas Zamanov: alim şəxsiyyətinin məsuliyyəti ucalığımövzusunda məruzə edərək professor Abbas Zamanovun Azərbaycan ədəbiyyatşünaslığındakı özünəməxsus yerindən, vətəndaşlıq mövqeyindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüb.

AMEA-nın İctimai Humanitar Elmlər Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Bakı Dövlət UniversitetininAzərbaycan dili ədəbiyyatının tədrisi metodikasıkafedrasının müdiri, filologiya elmləri doktoru, professor Yusif Seyidov, Türkiyənin Ərzurum Atatürk Universitetinin Ədəbiyyat fakültəsinin Çağdaş Türk ləhcələri ədəbiyyatları şöbəsinin müdiri Sedat Adıgözəl, NDU-nun tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru Hüseyn Həşimli, Azərbaycan Dillər UniversitetininAzərbaycan dilçiliyikafedrasının müdiri, filologiya elmləri doktoru, professor Adil Babayev, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fərqanə Kazımova, professor Abbas Zamanovun nəvəsi, filologiya üzrə fəlsəfə doktoru Gülgün Rzayeva konfransda çıxış ediblər.

Tədbirin sonunda universitetin müəllimi, Naxçıvan MR əməkdar rəssamı Cavid İsmayılovun işlədiyi Abbas Zamanovun portreti professorun vaxtilə hədiyyə etdiyi kitablardan ibarət zəngin kitabxanaya malik Ərzurum Atatürk Universitetinə hədiyyə olunub.

Konfransda professor Abbas Zamanovun həyatı yaradıcılığına aid slayd kitab sərgisi nümayiş etdirilib.

 

 

525-ci qəzet.- 2011.- 29 sentyabr.- S.7.