İqtisad Universitetinin 80 illik yubileyi qeyd olunub

 

Dünən İqtisad Universitetində sözügedən ali təhsil müəssisəsinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə universitetin 3 əməkdaşıŞöhrətordeni, 33 nəfərTərəqqimedalı, 19 nəfər isəƏməkdar müəllimfəxri adına layiq görülüb. Bundan əlavə, bir qrup əməkdaş Təhsil NazirliyininQabaqcıl təhsil işçisidöş nişanı fəxri fərmanlarla təltif olunub. M.Mərdanov İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi yubiley ərəfəsində universitetin bir qrup əməkdaşının təltif olunmasını prezidentin təhsilə, təhsil işçilərinə diqqət qayğısının daha bir bariz nümunəsi kimi dəyərləndirib.

 İqtisad Universitetinin 80 illik yubileyinin Azərbaycanın təhsil tarixində əlamətdar hadisələrdən biri olduğunu söyləyən nazir mərasimə qatılan bütün qonaqlara, əksəriyyəti universitetin məzunları olan dövlət orqanlarının təmsilçilərinə millət vəkillərinə dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirib. Təhsil naziri yubiley mərasimində dünyanın bir çox tanınmış alimlərinin, xüsusən iqtisadiyyat üzrə üç Nobel mükafatçısının, habelə Nobelin nəticəsinin iştirak etməsinin sevindirici hal olduğunu bildirib, bunu Azərbaycanda həyata keçirilən hərtərəfli islahatlara göstərilən diqqətin təzahürü kimi səciyyələndirib. Nazir onu da diqqətə çatdırıb ki, İqtisad Universitetinin yerləşdiyi bu tarixi bina son bir ildə prezident İlham Əliyevin tapşırığı ilə əsaslı şəkildə təmir olunaraq yenidən qurulub burada tələbələr üçün yüksək şərait yaradılıb. Prezidentin diqqət qayğısı nəticəsində ali təhsil müəssisələrinin, demək olar ki, hamısının maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulub. Təhsil naziri qeyd edib ki, bu gün Azərbaycanın ali məktəblərində 7 mindən çox xarici ölkə vətəndaşı təhsil alır. Bunu Azərbaycan təhsilinə dünyada olan hörmətin göstəricisi kimi qiymətləndirən nazir, eyni zamanda 10 mindən çox Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsillərini davam etdirdiyini nəzərə çatdırıb. İqtisad Universitetinin rektoru, Milli Məclisin elm təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev isə bildirib ki, 1930–cu ildə əsası qoyulmuş təhsil ocağının sənaye, kənd təsərrüfatı, ticarət, statistika, maliyyə, vergi sistemi sair sahələrin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm rolu olub. Universiteti indiyədək 120 mindən çox müxtəlif profilli iqtisadçı hazırlanıb. Ölkə iqtisadiyyatı üçün ali təhsilli kadrlar hazırlayan İqtisad Universitetinin 80 illik tarixinin ən yaddaqalan illəri bilavasitə ümummilli lider Heydər Əliyevin adı fəaliyyəti ilə bağlıdır. Ulu öndərin 13 iyun 2000-ci il tarixli fərmanı ilə İqtisad İnstitutu Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb-Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb. Beləliklə, 1930-cu ildə əsası qoyulan universitet kiçik bir fakültədən bu gün Azərbaycanın aparıcı təhsil müəssisələrindən Qafqazın ən böyük ali iqtisad təhsili ocaqlarından birinə çevrilib. Universitet ölkədə sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəz hesab olunur: “Son illər universitetin maddi-texniki bazası xeyli möhkəmlənib, ölkənin Avropa təhsil məkanına qoşulması ilə əlaqədar tədris planları proqramları müasir tələblərə uyğunlaşdırılıb. İqtisad Universitetində informasiya–kommunikasiya texnologiyaları geniş tətbiq olunur. Ölkədə ilk dəfə buradaMagistr hazırlığı mərkəzi”, elmi-tədqiqat institutu yaradılıb”. Ş.Hacıyev vurğulayıb ki, Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biri sayılan İqtisad Universitetində hazırda 11 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 16 mindən çox, o cümlədən dünyanın 14 ölkəsindən 850-dən çox tələbə magistrant təhsil alır, 120 professor, 600 dosent çalışır. Təkcə bu il İqtisad Universitetinə 2 min 986 tələbə qəbul olunub. Onlardan 102 nəfəri 600-dən çox bal toplamış, üç nəfər isə Prezident təqaüdünə layiq görülüb.

Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Yeni Azərbaycan Partiyası sədrinin icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, iqtisadiyyat üzrə Nobel mükafatı laureatları Erik Maskin, Finn Kidland, Kristofer Pissarides başqaları çıxış edərək ölkədə həyata keçirilən təhsil islahatlarının əhəmiyyətindən bəhs ediblər. Onlar universitetin tarixi, fəaliyyəti keçdiyi şərəfli yoldan söz açmış, yeni iqtisadçılar nəslinin yetişməsində İqtisad Universitetinin xüsusi rolunu vurğulayıblar.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 29 sentyabr.- S.2.