Azərbaycan Dövlət Rəqs Ansamblı Moskvada konsert verib

 

Azərbaycan Dövlət Rəqs Ansamblı sentyabrın 29-da Rusiya paytaxtında konsert proqramı ilə çıxış edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Çaykovski adına sarayda keçirilən konsert Azərbaycan Mədəniyyət Turizm Nazirliyi Rusiya Federasiyası Mədəniyyət Nazirliyi tərəfindən “2011-ci il Rusiyada Müasir Azərbaycan Mədəniyyəti Mövsümüçərçivəsində təşkil olunub.

İki böyük hissədən ibarət olan konsert proqramında İ.StravinskininMüqəddəs Bahar”, bəstəkar Eldar MansurovunAzərbaycan”, “Qılıncla rəqs”, “Odlar Yurdu”, Aygün SəmədzadəninLirik rəqs”, milli rəqslər – “Uzundərə”, “Nəlbəki”, “Vağzalı digər rəqslər ifa olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Hazırda ansamblının bədii rəhbəri xalq artisti, “Şöhrətordenli Afaq Məlikovadır.

 

 

525-ci qəzet.- 2011.- 30 sentyabr.- S.7.