Görkəmli alim, müəllim ictimai xadim

 

KƏRİM KƏRİMOVUN 90 İLLİYİNƏ HƏSR OLUNUR

 

Görkəmli alim, AMEA-nın müxbir üzvü, professor, istedadlı müəllim ictimai xadim Kərim Kərimovun 90 illiyi tamam olur. Bu cür tarixləri qeyd etmək çox vacibdir, önəmlidir. Yalnız alimin yaxınları, əzizləri üçün deyil, həm bütün ictimaiyyət üçün, onun tələbələri, davamçıları, sonrakı nəsil üçün vacibdir, onun yaratdığı ənənələrin davamı inkişafının labüdlüyü üçün çox önəmlidir.

EA-nın Memarlıq İncəsənət İnstitutu Akademiyada yeganə çoxprofilli, çoxsahəli institutdur ki, illər boyu burada memarlar, musiqişünaslar, teatrşünaslar, kinoşünaslar, dizayn estetika, tətbiqi dekorativ sənətlər üzrə mütəxəssislər çiyin-çiyinə yanaşı çalışıb tədqiqatlar aparmışlar. Bu üzdən, bilavasitə bu təmas nəticəsində institutun əməkdaşları, mütəxəssisləri bir-birini yaxşı tanıyır, bir-birinin tədqiqatlarına yaxından bələd olurlar.

Xalq arasında belə misal var, birindən soruşanda ki, filankəs necə insandır, deyir, yol yoldaşı olmamışam. Mən Kərim müəllimlə çox illər həm bir İnstitutda işləmişəm, həm yol yoldaşı olmuşam. İlk dəfə 1990-cı ildə Türkiyənin Kayseri şəhərində keçirilən birinci Millətlərarası Böyük Azərbaycan konqresində, daha sonra İranın Urmiyə şəhərində təşkil olunmuş konfransda məruzələrlə çıxış etmişik. Hər iki halda mən Kərim müəllimin böyük ləyaqətlə Azərbaycanı, onun təsviri sənətini təmsil etdiyinin şahidi olmuşam. Onun təqdim etdiyi slaydlar da iştirakçıların böyük marağına səbəb olmuşdur.

Kərim Kərimov Azərbaycanda orta əsr miniatür sənətinin, xüsusilə Təbriz miniatür sənəti tədqiqinin əsasını qoymuşdur, onun banilərindəndir. Özü isə çox təvazökar, sadə, mənəm-mənəmdən uzaq, demokratik bir insan idi.

Kərim müəlliminSoltan Məhəmməd onun məktəbiadlı monoqrafiyası çapdan çıxanda böyük əks-sədaya səbəb olmuşdu, bu barədə müxtəlif tədbirlər, görüşlər keçirilirdi. Kərim müəllim İnstitutda etiraf edərək təəccüblə deyirdi, mən belə şey eşitməmişdim ki, mərkəzi komitənin katibi (o zaman ideologiya üzrə katib H.Həsənov idi) sənin evinə zəng eləsin, səni təbrik etsin hansısa məsələlərini həll etsin.

1980-ci il idi. Elmlər Akademiyasının müxbir üzvlüyünə seçilən günü mən Kərim müəllimə rast gəldim. O, seçkilərdən qayıdırdı. Mən soruşdum ki, seçkilər necə keçdi, seçildimi? O, başını tərpədərək, cavabını verdi. Mən bilirdim ki, bu yerə görkəmli bəstəkarımız Fikrət Əmirov da öz namizədliyini vermişdi. Dedim, bəs o necə oldu? Dedi, ona əlavə yer verəcəklər. Belə oldu. Dedim, təbrik edirəm, Kərim müəllim, bəs niyə qanınız qaradır, heç sevinmirsiz? Yalnız o zaman o, bir balaca gülümsündü, yəni o hisslərini büruzə verməyən, onları cilovlaya bilən insan idi.

Kərim müəllim keşməkeşli həyat sürmüşdü, çətin həyatın olduğunu bilirdi, İkinci Dünya müharibəsində iştirak etmişdi. Kərim müəllimin illər boyu Bakının, Moskvanın Lenin kitabxanasının, Leninqradın Saltıkov-Şedrin kitabxanasının arxivlərində işlədiyi üzə çıxartdığı materiallar, məlumatlar, faktlar onun dəyərli monoqrafiyaları, kitabları, məqalələri üçün əsas mənbə olmuş, “Azərbaycan incəsənəti”, “NizamiXəmsə”sinin miniatür sənətinin inkişafında rolu”, “Soltan Məhəmməd onun məktəbi s. əsərlərinin yaranmasına təkan vermişdi.

Kərim müəllim gənclərin yetişməsinə inkişafına çox diqqət yetirirdi. Vaxtlı-vaxtında dissertasiya müdafiə etməyi məsləhət görürdü, deyirdi ki, elə yaşda müdafiə etmək lazımdır ki, onun ləzzəti xeyrini görəsiz. O, çox vaxt qızlara belə sözlərlə müraciət edərdi: “Xanım-qız, 60 yaşında nənəm müdafiə edər”. Xanım-qızmüraciətini mən yalnız Kərim müəllimdən eşitmişdim.

Yadımdadır, mənim namizədlik işimin müzakirəsində başqa çıxış edənlərdən fərqli olaraq yalnız Kərim müəllim milli operamızın yaranmasında mənim gətirdiyim əsas amillərdən olanŞəbihtamaşalarının rolu haqqında danışmış, onların önəmini vurğulamışdı, əsəri bəyənmişdi.

1983-cü ildə Səmərqənd şəhərində keçirilən ikinci Beynəlxalq musiqişünaslıq simpoziumunda mən “Mir Möhsün Nəvvab onunVüzuhül-ərqamrisaləsimövzusunda məruzə ilə çıxış etmişdim. Tarzən Bəhram Mənsurov da tarda risalədə verilən muğam hissələrini çalıb mənim çıxışımı müşayiət edirdi. Məruzə uğurlu oldu. Qəzetlər yazdı, xaricilər risalə ilə maraqlandılar. O zaman Akademiyada keçirilən böyük iclasda Kərim müəllim bu hadisə haqqında iştirakçılara məlumat verərək dedi: “Nəvvab onun risaləsi haqqında heç kəs bir şey bilmirdi. Zemfira xanım bu barədə beynəlxalq simpoziumda danışaraq Nəvvabı hamıya tanıtdırdı. Sağ olsun”. (Bunlar onun öz sözləridir).

XIII əsrin böyük musiqi aləmi Səfiyyədin UrməvininKitabül-ədvarrisaləsinin ərəb dilindən dilimizə tərcümə edilməsinə tərcüməçilər böyük məbləğ tələb edirdilər. Bu barədə Kərim müəllim Vahab Salamzadəyə şikayət edərək gileyləndi. Vahab müəllim isə dedi ki, “Kərim, bu elmdir, qədər lazımdırsa, verməliyik”. Sonra elə oldu ki, mən Vahab müəllim Şərqşünaslıq İnstitutunun direktoru Ziya Bünyadovun yanına getdik, o, gözəl ərəbşünas Tariyel Həsənovu çağırdı, risalənin əlyazmasını ona göstərdi, o da tərcümə etməyə razılıq verdi, özü çox aşağı məbləğə. Ziya müəllim üzünü mənə tutaraq dedi: “Kitab çapdan çıxanda ilk nüsxəsini mənə bağışlayarsız”. Mən elə etdim.

Üzeyir bəyinKoroğlu”su çap olunanda isə Kərim müəllim onun məbləğinin fakturasının nəşriyyatdan gətirilməsini məndən xahiş etdi. Mən məbləği Kərim müəllimə göstərəndə o dedi, bu ki bizim İnstitutun illik büdcəsindən artıqdır. Onu da deyim ki, Kərim müəllim haqq-hesabı, maliyyə işlərini gözəl bilən direktor idi. Biz o vaxt birlikdə prezidentin yanına da getdik. LakinKoroğluyalnız çox illərdən sonra çap olundu.

Kərim müəllim ömrünün son 7 ilindən 5-ni direktor müavini, 2 ilini isə direktor vəzifəsində çalışmışdı. Təsviri sənətşöbəsinin müdiri vəzifəsində isə uzun illər işləmişdi. O, 1995-ci ildə dünyasını dəyişdi. Kərim müəllimin qəbri Fəxri Xiyabanda mənim bacımın qəbri ilə üzbəüzdür. Hər dəfə ora gedəndə mən Kərim müəllimin qəbrinin qarşısında dayanaraq baş əyirəm.

Allah rəhmət eləsin, qəbri nurla dolsun, deyirəm.

Şübhəsiz ki, Kərim müəllimin yazdığı əsərlərbugünkü gələcək nəsillər üçün Azərbaycan incəsənəti haqqında dəyərli tədqiqatlar olaraq qalacaq daima yaşayacaq.

 

 

Zemfira SƏFƏROVA,

professor,

AMEA-nın müxbir üzvü

 

525-ci qəzet.- 2011.- 30 sentyabr.- S.7.