İstanbulda azərbaycanlı
rəssamın fərdi
sərgisi açılıb
İstanbulun
Levent səmtindəki “Alta” Sənət Qalereyasında azərbaycanlı
rəssam Əbülfəz Fərəcoğlunun fərdi rəsm
sərgisi açılıb. APA-nın Türkiyə
bürosunun xəbərinə görə, sərgidə rəssamın
son illərdə yaratdığı yağlı boya
tabloları nümayiş etdirilir. Sərgiyə
Türkiyə mediası və sənətsevərlər
böyük maraq göstərir. Əbülfəz Fərəcoğlu
APA-ya bildirib ki, bu, Türkiyədə açılan iyirminci fərdi
sərgisidir: “Türkiyədəki 14 illik
yaradıcılığımın hər dönəminə
aid tabloları burada nümayiş etdirirəm. Türkiyə
bazarında mövqe əldə edə bilməyin bir sıra
çətinlikləri var. Burda bəzən kənardan gələn
rəssamlara qarşı süni əngəllər
yaradırlar. Ancaq buna baxmayaraq, mən həm
yaradıcılığıma, həm də pedaqoji fəaliyyətimə
davam edirəm”. 1956-cı ildə Naxçıvanda anadan
olan Əbülfəz Fərəcoğlu Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini
bitirib. Yaradıcılığını 1997-ci
ildən bəri Türkiyədə davam etdirir. 2005-ci ildə İstanbulun Yeşilköy səmtində
“Ekim” Sənət Məktəbini yaradan Ə.Fərəcoğlu
orada 70 müdavimə dərs deyir. O, həftədə
bir dəfə Türkiyə Mətbuat Muzeyinin Sənət
Qalereyasında da 30 tələbəyə rəsm sənətinin
sirlərini öyrədir. Ə.Fərəcoğlu
indiyə qədər tələbələri ilə 50 qrup sərgisi
açıb. Türkiyədə onun 3
kataloqu çap edilib.
525-ci qəzet.-
2011.- 11 yanvar.- S.7.