Kaman ifaçısı
Fəxrəddin Dadaşovun
60 yaşı qeyd olunub
Tanınmış
kamançaçı, Milli Konservatoriyanın professoru, xalq
artisti Fəxrəddin Dadaşovun 60 illik yubileyi münasibətilə
3 nömrəli uşaq incəsənət məktəbində
tədbir gerçəkləşib. Yubiley mərasimində
çıxış edənlər yubilyarın mənalı
ömür yolundan, zəngin yaradıcılığından
geniş söz açıblar, onun milli musiqimizin
inkişafı üçün gördüyü işləri
yüksək qiymətləndiriblər: “Görkəmli
kamança ustası Fəxrəddin Dadaşov Avstriya, Fransa,
İsveçrə, Almaniya, Polşa, Rusiya, Ukrayna, Mərakeş,
Belçika, Hollandiya kimi yerlərdə solo və
müşayiət çıxışları ölkəmizin
xarici ölkələrdə tanınması və təbliği
istiqamətində əhəmiyyətli rol oynayıb. O, hər
bir ifasında milli çalarları, koloriti saxlamağa
çalışıb. Fəxrəddin Dadaşovun pedaqoq kimi
Azərbaycan musiqi mədəniyyətindəki xidmətləri
də təqdirəlayiqdir və o, 2010-cu ildə Milli Musiqi
Konservatoriyasının professoru adına
layiq görülüb”. Rəsmi hissədən
sonra məktəbin şagirdləri konsert proqramı ilə
çıxış ediblər.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 11 yanvar.- S.7.