Təhsil Nazirliyinin Monitorinq-qiymətləndirmə
və İqtisadiyyat şöbələrinin illik hesabatı təqdim
olunub
Dünən Təhsil
Nazirliyində Monitorinq və qiymətləndirmə
şöbəsi ilə İqtisadiyyat şöbəsinin
2010-cu il ərzində görülən işlərə dair
hesabat iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov,
nazir müavinləri və Təhsil Nazirliyinin mərkəzi
aparatının struktur bölmələrinin müdir və əməkdaşları
iştirak ediblər.
İclasda
çıxış edən Monitorinq və qiymətləndirmə
şöbəsinin müdiri Təranə Hacıyeva bildirib ki,
rəhbəri olduğu şöbə Dünya Bankının
tövsiyəsi ilə təhsil nazirinin 25 fevral 2004-cü il
tarixli əmri ilə yaradılıb. Şöbənin
yaradılmasında əsas məqsəd təhsilin keyfiyyətinin
yüksəldilməsində təhsil alanların qiymətləndirilməsindən
istifadədir. Şöbənin əsas vəzifələri
yeni qiymətləndirmə sistemini həyata keçirmək
üçün normativ hüquqi sənədləri, qiymətləndirmənin
icra mexanizmini, monitorinqin icra mexanizmini və yeni qiymətləndirmə
sisteminin işləyib hazırlamaqdır. Ölkədə
şagird nailiyyətlərinin beynəlxalq təcrübəyə
uyğun qiymətləndirilməsini təmin etmək,
şagirdin təlim nəticələri haqqında məlumatların
toplanması, təhlil edilməsi, bunların əsasında fənn
kurikulumlarında və dərsliklərdə dəyişikliklər
etmək üçün səmərəli təkliflər
hazırlamaq, qiymətləndirmə, təhsil siyasətində
müasir yanaşmaların tətbiq, inkişaf etdirmək,
qiymətləndirmə tədqiqatlarını həyata
keçirməkdir. Şöbə əsasən 3 istiqamət
üzrə fəaliyyət göstərir. bunlar beynəlxalq
qiymətləndirmə, milli qiymətləndirmə, məktəbdaxili
qiymətləndirmə və onları tamamlayan monitorinq. Monitorinqin
isə 3 mərhələsi var: məlumatın toplanması, təhlili
və istiqamətlərin müəyyənləşdirilməsi.
T.Hacıyeva qeyd edib ki, beynəlxalq qiymətləndirmənin əsas
məqsədi şagird nailiyyətlərinin qiymətləndirilməsi
nəticəsində beynəlxalq səviyyəli müqayisələrin
aparılmasıdır. Milli qiymətləndirmənin əsas
məqsədi ölkədə təhsil siyasətini müəyyənləşdirmək
üçün təhsilin vəziyyəti haqqında
müvafiq məlumat toplamaq, öyrənilməsi, müzakirəsi
tələb olunan problemləri və təhsilin
inkişafının prioritet istiqamətlərini təyin etmək,
perspektivləri müəyyənləşdirməkdir. Azərbaycan
milli qiymətləndirmənin 3 layihəsini həyata
keçirir. Milli qiymətləndirmədə iştirak edən
məktəb və şagirdlər seçmə yolu ilə
müəyyənləşdirilir: Nəticələrdən
ümumi orta və tam orta təhsil səviyyəsi
üçün fənn kurikulumlarının
hazırlanması prosesində istifadə edilməli, biliyin
bacarığa çevrilməsini təmin etmək məqsədilə
dərsliklərdə verilən oxu, anlama
bacarıqlarını inkişaf etdirən mətnlərin və
bu yönümlü qiymətləndirmə vasitələrinin
sayı artırılmalıdır: “Milli qiymətləndirmə
nəticəsində Ana dili fənni üzrə dərsliklərdə
oxu bacarıqlarının inkişafına kömək edən,
riyaziyyat fənni üzrə dərsliklərdə məntiqi təfəkkür
tələb edən tapşırıqlara geniş yer verilməsi,
həndəsə fənninin tədrisi vəziyyəti
yaxşılaşdırılması, təcrübəli
müəllimlərin şagirdlərinin tədqiqatda daha
yaxşı nəticələr göstərdiyini nəzərə
alaraq, 5 ilə qədər pedaqoji iş stajına malik olan
müəllimlərin ixtisasartırma kurslarına cəlb edilməsinə
xüsusi diqqət yetirilməsi, yeni qiymətləndirmə
qaydaları ilə işləmək bacarıqlarını
inkişaf etdirmək üçün fənn müəllimləri
təlim kurslarına cəlb edilməsi, ailədə
uşaqların təhsilinə mane olan amilləri aradan
qaldırmaq məqsədilə məktəb-valideyn əlaqələri
gücləndirilməli, RTŞ-lər tərəfindən bu
məsələdə kənd məktəblərinə
xüsusi diqqət yetirilməli, məktəb
direktorlarının müəllimlərə metodiki kömək
göstərmək sahəsində və şagirdlərin fəallığının
artırılmasına yönəlmiş fəaliyyəti
gücləndirilməsi kimi məsələlər
aktuallaşıb. Məktəbdaxili qiymətləndirməyə
ibtidai təhsilin 1-3 siniflərində, yoxlama,
buraxılış imtahanları və attestasiya daxildir. Diaqnostik
qiymətləndirmə isə şagirdin bilik və
bacarıqlarının ilkin səviyyəsinin müəyyənəşdirilməsinə,
bunun əsasında hər bir şagirdin potensial imkanlarını
nəzərə alan təlim strategiyalarının seçilməsinə
xidmət edir. Formativ qiymətləndirmə şagirdin qəbul
edilmiş standartların reallaşmasına yönələn
irəliləmələrini, geriləmələrini izləmək,
bu zaman qarşıya çıxan problemləri aradan
qaldırmaq, təhsilalanı istiqamətləndirmək məqsədilə
aparılır. Summativ qiymətləndirmə təlim prosesində
müəyyən mərhələlərə yekun vurmaqla,
müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə
standartları əsasında hazırlanmış vasitələrlə
şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə
aparılır. Kiçik summativ qiymətləndirmə bəhs
və ya bölmələrin sonunda fənn müəllimi tərəfindən,
böyük summativ qiymətləndirmə –yarımillərin
sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin
və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti
ilə fənni tədris edən müəllim tərəfindən
aparılır. Yekun qiymətləndirmə –ümumi təhsil
müəssisələrinin buraxılış siniflərində,
peşə liseylərinin sonuncu kursunda aparılır”. Şöbə
müdirinin dediyinə görə, 2010-11-ci tədris ilində
yoxlama və buraxılış imtahanlarının 7 bölgə
üzrə keçirilməsi, fənlər üzrə imtahan
suallarının sayında dəyişikliklər aparmaq,
şagirdlər üçün imtahana buraxılış vərəqələrinin
hazırlanması nəzərdə tutulub:
“Buraxılış imtahanlarının keçirilmə
mexanizminin təhlili, informatika mütəxəssisləri və
müəllimləri ilə görüşlərin
keçirilir, “Təhsildə monitorinq və qiymətləndirmə”
magistratura ixtisası üçün proqramın
hazırlanması Pedaqoji Universitetdə müzakirə edilir. Görülməsi
nəzərdə tutulan işlərdən biri də
ölçmə (SPSS)- obyektin vəziyyətini uyğun
işarələrlə ifadə etmək üçün
alqoritmik əməliyyatın həyata keçirilməsidir”. Bu
il görülməsi nəzərdə tutulan işlər
haqda danışan T.Hacıyeva deyib ki, bu il şöbə tərəfindən
ibtidai təhsil səviyyəsində müşahidə və
treyninqlərin davam etdirilməsi, qiymətləndirmə
standartları hazırlayan işçi qrupları
üçün beynəlxalq ekspertlər tərəfindən
treninqlərin keçirilməsi, TIMSS və PIRLS beynəlxalq
qiymətləndirmə proqramının əsas mərhələsinə
hazırlıq, baza məlumatının hazırlanması nəzərdə
tutulub. Bununla yanaşı qiymətləndirmənin aparılması
üçün müvafiq treninqlərin keçirilməsi, nəticələrin
emalı və konsorsiuma göndərilməsi, oxu, riyaziyyat,
İKT üzrə sualların hazırlanması, sorğu
anketlərinin tərtibi, məktəb, şagirdlərin
seçimi, toplanan məlumatların
kodlaşdırılması, xüsusi proqrama daxil edilməsi,
nəticələrin təhlili, ümumiləşdirilməsi
və hesabatların hazırlanması
planlaşdırılır.
İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev isə qeyd edib ki, rəhbəri olduğu şöbə fəaliyyətini əsasən “Təhsil haqqında”, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” qanun, Vahid Büdcə Təsnifatı, Əmək Məcəlləsi, Vergi Məcəlləsi və digər iqtisadi normativ-hüquqi sənədlər əsasında qurur. Şöbənin əsas fəaliyyət istiqamətləri Təhsil Nazirliyinin mərkəzi aparatının, birbaşa tabelikdə olan, mərkəzləşmiş xərclərdən maliyyələşən təhsil müəssisələrinin maliyyələşdirilməsi, onların saxlanılması xərclərinin proqnozlaşdırılması, xərclər smetalarının, nazirliyin birbaşa tabeliyində olan, mərkəzləşmiş xərclərdən maliyyələşən təhsil müəssisələrinin büdcədənkənar vəsaitlərinin proqnozlaşdırılması, gəlir və xərclər smetalarının hazırlanması, nazirlik tərəfindən həyata keçirilən dövlət proqramlarının, xüsusi əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi, xərclər smetalarının hazırlanması, bu proqram, tədbirlər üzrə vəsaitlərin Nazirliyin aidiyyəti struktur bölmələri ilə razılaşdırılmaqla proqnozlaşdırılmasıdır. Həmçinin təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri ilə bağlı mövcud tələbatın öyrənmək, ümumiləşdirmək, təhsil müəssisələrinin əmlaklarının, əsas vəsaitlərinin balansa götürülməsi, balansdan silinməsi, digər əmlak məsələləri ilə bağlı sənədlər hazırlamaq, nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq vəziyyəti, mövcud problemlərlə bağlı məlumatları toplamaq, müəssisələrdə yeni maliyyələşmə mexanizmlərinin tətbiqi ilə ilə bağlı təkliflər hazırlamaqdır. Şöbə müdirinin dediyinə görə, ötən il şöbə tərəfindən nazirliyin tabeliyində olan təhsil müəssisələrinin maliyyələşdirilməsi istiqamətində ciddi işlər görülüb. 2010-cu il ərzində ümumilikdə 255 müəssisə, idarə və təşkilatın hər ay üzrə birbaşa maliyyələşdirilməsi təmin edilib. Nazirliyin, həmçinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin mərkəzi aparatlarının saxlanılması xərclərinin hər ay üzrə maliyyələşdirilməsi təmin olunub. Nazirliyin tabeliyində olan 160 təhsil müəssisəsi üzrə büdcədənkənar vəsaitlərin icma, fərdi xərclər smetaları hazırlanıb, Dövlət Proqramlarının, bir sıra xüsusi əhəmiyyətli tədbirlərin və təhsil sahəsində digər xidmətlərin maliyyələşdirilməsi həyata keçirilib, əsaslı vəsait qoyuluşu üzrə təhsil müəssisələrinin təmiri, tikintisi ilə əlaqədar ayrılan vəsaitlərin maliyyələşdirilməsi təmin edilib, 2010-cu il ərzində maliyyələşdirmə işləri ilə əlaqədar şöbədə 3919 məxaric cədvəli, 2660 xərclər smetası, kredit açılışına dair 63 sifariş, bu məqsədlə Maliyyə Nazirliyinə 80 məktub hazırlanıb. 2011-ci və sonrakı 3 il üçün büdcə və büdcədənkənar vəsaitlərin proqnoz layihələrinin hazırlanması ilə əlaqədar tabelikdə olan təşkilatların hər birinə 4 forma üzrə 12 səhifəlik məlumatlar əlavə olunmaqla rəsmi məktublar göndərilib, bununla əlaqədar daxil olan məlumatlar təhlil olunub, ümumiləşdirilib və Maliyyə Nazirliyinə 450 səhifədən ibarət büdcə layihələri, təsdiqedici sənədlər təqdim edilib: “2011-ci və sonrakı 3 il üçün icrası nəzərdə tutulan dövlət proqramları, həmçinin xüsusi əhəmiyyətli tədbirlər üzrə vəsaitlərin proqnozlaşdırılması ilə bağlı aidiyyəti şöbələrdən daxil olan təkliflər ümumiləşdirilib, əsaslandırılıb təsdiqedici sənədlərlə Maliyyə Nazirliyinə təqdim olunub, nazirliyin Texniki peşə təhsili şöbəsi ilə birlikdə 2010-2011-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə dövlət hesabına və ödənişli əsaslarla şagird qəbulu proqnozunun layihəsi hazırlanıb, Nazirlər Kabinetinə təqdim olunub, ali və orta ixtisas təhsili şöbəsi ilə birlikdə 2010-2011-ci tədris ilinə Nazirliyin tabeliyində olan ali məktəblərə, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının proqnozları barədə təkliflər hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib. Dövlət proqraqmlarının, xüsusi əhəmiyyətli tədbirlərin və digər mərkəzləşmiş vəsaitlərdən maliyyələşən digər tədbirlərin icrası ilə əlaqədar konkret sərəncamlara əsasən köçürmələrin aparılması, bu əməliyyatların mühasibat uçotu, debitor, kreditor borclarının uçotu təmin edilib, müvafiq xərc smetalarının icrası ilə əlaqədar rublük, illik hesabatlar hazırlanıb. Ümumilikdə il ərzində şöbədə vəsaitlərin ödənişləri ilə bağlı 122 Xəzinəarası köçürmə sərəncamı, 342 “Malların alış sənədi”, 403 “Sifariş” sənədi və 1980 ödəniş tapşırığı hazırlanıb. “Mühasibat Uçotu haqqında” qanuna əsasən 2010-cu ildə büdcə müəssisələrində Milli Mühasibat Uçotu Standartlarının tətbiqinə başlanılıb, yeni standartların tətbiqi ilə əlaqədar il ərzində Respublika Maliyyə Nazirliyi ilə əməkdaşlıq edilib, şöbənin 5 əməkdaşı həmin Nazirlik tərəfindən Peşəkar Mühasiblər Məktəbində təşkil olunan 3 aylıq kurslarda nəzəri və praktiki biliklərə yiyələniblər. Əldə edilən bilik, bacarıqlara əsasən tabelikdə olan təşkilatların baş mühasiblərinə yeni mühasibat uçotu standartlarının tətbiqi ilə bağlı metodiki, əməli köməkliklər göstərilib, tabe təşkilatlardan yeni milli mühasibat uçotu standartlarına əsasən 5 hesabat forması üzrə mühasibat hesabatları qəbul edilib, yoxlanıb və icmallaşdırılaraq Maliyyə Nazirliyinə təqdim olunub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə xarici olkələrdə təhsil alan tələbələrin təhsil xərclərinin ödənilməsi məqsədilə il ərzində Nazirliyin Beynəlxalq Əlaqələr şöbəsi ilə birlikdə Dövlət Neft Fondu ilə sıx əməkdaşlıq edilmiş və müvafiq vəsaitlərin ayrılması ilə bağlı təsdiqedici sənədlər əlavə olunmaqla 53 sifariş məktubu Fonda göndərilib. İl ərzində Dövlət Neft Fondundan ayrılan vəsaitlər hesabına 24 ölkənin ali məktəblərində təhsil alan 578 tələbənin təhsil, yaşayış, yol və digər xərclərinin ödənilməsi ilə bağlı beynəlxalq köçürmələr edilib, bu vəsaitlərin hər bir tələbə üzrə mühasibat uçotu aparılmış və hesabatlar hazırlanıb. Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən təhsil müəssisələri tərəfindən təqdim edilən ştat cədvəllərinin qüvvədə olan normativ sənədlərə uyğunluğu yoxlanılıb, bununla bağlı təhsil müəssisələrinə metodiki və praktiki köməkliklər göstərilib. Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar Nazirliyin aparatı, Ali və orta ixtisas təhsili şöbəsi, Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə Əlaqələndirmə Qrupu ilə birlikdə bir sıra tədbirlər görülmüş, Respublika Maliyyə və İqtisadi İnkişaf Nazirliklərinin müvafiq əməkdaşları ilə birlikdə müzakirələr aparılıb, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı normativ sənədlər hazırlanıb”. Şöbə müdiri vurğulayıb ki, bu il şöbə tərəfindən büdcə göstəricilərinin tabelikdə olan aidiyyəti təşkilatlara çatdırılması, 2011-ci ilə proqnozlaşdırılan büdcə xərclərinin vaxtında, səmərəli istifadə edilməsinin təmin edilməsi, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı yaranan problemlərin aradan qaldırılması ilə bağlı təkliflərin və bir sıra proqramların, xərclərin 2011-c ilin büdcəsində nəzərə alınmasını təmin etmək məqsədilə yenidən Maliyyə Nazirliyinə təkliflərin hazırlanması nəzərdə tutulub. Habelə Milli Mühasibat Standartlarına keçidlə bağlı tədbirlərin görülməsi, ümumi təhsil, orta ixtisas təhsili pillələrində adambaşına maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı təkliflərin hazırlanması, məktəb şəbəkələrinin rasionallaşdırılması ilə bağlı təkliflərin hazırlanması, əsas fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulan digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 12 yanvar.- S.5.