Təhsil Nazirliyində növbəti hesabat iclasları keçirilib

 

Dünən Təhsil Nazirliyində Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi ilə Akkreditasiya şöbəsinin 2010-cu il ərzində görülən işlərə dair hesabat iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov, nazir müavinləri və Təhsil Nazirliyinin mərkəzi aparatının struktur bölmələrinin müdir və əməkdaşları iştirak ediblər.

Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov deyib ki, rəhbəri olduğu şöbə məktəbdənkənar müəssisələrin işinə və təhsil sistemində tərbiyə prosesinin həyata keçirilməsinə rəhbərlik edir və bu iş üçün bilavasitə məsuliyyət daşıyır. Təhsil müəssisələrində bütün kütləvi idman, mədəni, yaradıcı tədbirlərin və ölkə əhəmiyyətli günlərin keçirilməsini təşkil edir. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi Səhiyyə, Daxili İşlər, Fövqəladə Hallar, Gənclər və İdman, Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövət Komitəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuRabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “AzərPoçt” Dövlət müəssisəsi və sair müəssisələrlə əməkdaşlıq edir. Onun sözlərinə görə, şöbə uşaq hüquqlarının təbliği ilə bağlı ölkədə uşaq hüquqlarının təbliği, təmini və müdafiəsini daha da artırmaq məqsədi ilə təhsil müəssisəsində 01-10 noyabr 2010-cu il tarixlərində “Uşaq hüquqları aylığı”, “Mən və hüquqlarım” mövzusunda rəsm müsabiqəsi keçirib, BMT-nin təşəbbüsü ilə hər il 21 sentyabr Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planı”nın 38 və 39-cu bəndlərinə uyğun olaraq təhsil müəssisələrində hüquqi maarifləndirmə, insan hüquqları və sülh mədəniyyətinin təbliği məqsədilə dərslərdən biri sülh mövzusuna həsr edilib. Habelə narkomaniyaya qarşı maarifləndirmə və insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində tədbirlər həyata keçirib: “Artıq 4-cü ildir ki, “Təhsil və karyera” sərgisi keçirilir. Şöbə “İTECA Caspian” şirkəti ilə birlikdə sərginin keçirilməsini yüksək səviyyədə təşkil edir. Prezident 2010-cu ili “Ekologiya ili” elan edib. Ekologiya ilində silsilə tədbirlər həyata keçirilmişdir. Qeyd edim ki, ölkədə 55 ekoloji tərbiyə mərkəzləri fəaliyyət göstərir. Ötən il Bakı şəhəri məktəbliləri arasında Dövlət Neft Şirkəti ilə birlikdə “Ekoerudit” breyn-rinq müsabiqəsi keçirilib. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Təbiət bizim sərvətimizdir” adlı foto və rəsm müsabiqəsi təşkil olunub. Məktəblilərin ekoloji təhsili və tərbiyəsi sahəsində rayon, şəhər ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin, ümumtəhsil məktəblərinin iş təcrübəsinə, keçirilən ekoloji tədbirlərə həsr olunmuş məlumatlar mütəmadi olaraq “Ekoloji tərbiyə” qəzetimizdə dərc olunur. Beynəlxalq biomüxtəliflik günü Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Cənubi Qafqazda biomüxtəlifliyin davamlı idarə olunması proqramı ilə birgə tədbirlər həyata keçirilib, Azərbaycanın şəhər və rayonlarının 12 ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, 100 məktəb və 1500 məktəbli bu tədbirdə iştirak edib”. Şöbə müdiri qeyd edib ki, Təhsil Nazirliyi sistemində 63 texniki yaradıcılıq mərkəzi fəaliyyət göstərir. 4644 qrupda 70000-ə yaxın şagird ilə 2142 pedaqoji işçi məşğul olur. Ötən il “Kiçik yaşlı məktəblilərin əl işlərinə respublika baxış – müsabiqəsi”, Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq festivalı keçirilib. Müsabiqəyə 400 model təqdim olunub: “ İdmanın futbol və şahmat növlərinin daha da inkişaf etdirilməsi üçün cənab İlham Əliyevin sərəncamları ilə Dövlət Proqramları qəbul olunub. Proqramların yerinə yetirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən tədbirlər planları hazırlanmış və bu istiqamətdə gündəlik olaraq iş aparılır. 2010-cu ildə Bakı şəhərində “Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi yaradılıb. Son iki ildə futbolun maddi-texniki bazasının yaxşılaşdırılması, təhsil müəssisələrində yeni meydançaların yaradılması istiqamətində bir sıra işlər görülüb. Cari ildə 20 təhsil müəssisəsində süni örtüklü futbol meydançaları inşa olunub. Bu süni örtükləri AFFA Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq fonunda təmənnasız olaraq təhsil müəssisələrinə hədiyyə edib. İlk dəfə AFFA ilə birgə əsasını Bakı şəhərinin 201 və 239 nömrəli məktəblərinin şagirdləri təşkil edən 15 yaşlı qızlardan ibarət milli yığma komanda yaradılıb. İlk dəfə olaraq 2010-cu ildə “Beynəlxalq idman həyəcanı” layihəsi çərçivəsində Azərbaycanda uşaq futbolunun inkişafına dəstək məqsədilə Böyük Britaniyanın Premyer Liqasının Uşaq Futbol Akademiyası ilə birgə “Uşaq futbolunun inkişafına texniki dəstək-praktik məşğələlər”, “Gənc futbolçuların tədris-məşq prosesinin təşkili və tərbiyə işinin planlaşdırılması” adlı tədris-metodiki vəsaitlər hazırlanıb. Son 30 ildə ilk dəfə nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada bütün şahmat məktəbləri üçün şahmat inventarı, müxtəlif mebel dəstləri, kompüter avadanlıqları, texniki tədris vasitələri, digər zəruri avadanlıqlar və əyani vəsaitlər alınaraq paylanıb. Bu gün respublikamızda 66 şahmat məktəbi fəaliyyət göstərir. Hazırda şahmat məktəbləri üçün ilk dəfə olaraq “Multimediya” şirkəti ilə birgə “şahmat dünyası <file:///D:Rovsane20116Reklam%20Shahmat.avi>” kitabı və elektron tədris vəsaiti hazırlanıb və mart ayında prezentasiyasının keçirilməsi planlaşdırılır”. Bu il görülməsi nəzərdə tutulan işlər haqqında danışan şöbə müdiri vurğulayıb ki, şöbə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər, məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı      kollegiya keçirmək, ümumtəhsil məktəblərində VMA ilə birlikdə uşaq parlamentlərini yaratmaq, məktəbdənkənar təhsil jurnalının ilk nömrəsini buraxmaq, məktəbdənkənar təhsil müəssisələri üçün yeni tədris plan və proqramları hazırlamaq, profillər üzrə məktəbdənkənar təhsil müəssisələrinin maddi və tədris-texniki bazasını təhlil etmək, ehtiyacları müəyyənləşdirmək və buna uyğun olaraq müvafiq proqram layihələri hazırlamağı nəzərdə tutub.

Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib ki, Akkreditasiya şöbəsi Təhsil nazirinin 15 fevral 2010-cu il tarixli əmri ilə “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi” alt komponenti çərçivəsində aparılan islahatlara və “Təhsil haqqında” qanunun 16-cı maddəsinə uyğun olaraq yaradılıb. Şöbəninə sas vəzifələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirir, onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyadan keçməsini, bu nizamnamənin 1.4 bəndində nəzərdə tutulmuş təhsil müəssisələrinin lisenziyalaşdırılmasını təşkil etmək, hər tədris ili üçün təhsil müəssisələrinin akkreditasiyadan keçmə qrafikini hazırlayır və təsdiq olunmaq üçün Nazirliyin rəhbərliyinə təqdim etmək, təhsil müəssisələrinə qrafiklə müəyyən olunmuş akkreditasiyanın keçiriləcəyi vaxt barədə rəsmi məlumat vermək, təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün müvafiq komissiyalar yaradır və onların işini əlaqələndirmək, ayrı-ayrı təhsil müəssisələrindən Nazirliyə daxil olan özünütəhlil hesabatını və digər zəruri sənədləri vaxtında Akkreditasiya komissiyasına təqdim etməkdir. Akkreditasiya komissiyasının normal fəaliyyəti üçün təhsil müəssisəsi ilə birlikdə müvafiq tədbirlər həyata keçirmək, təhsilalanların biliyini qiymətləndirmək üçün müvafiq tədbirlər görmək, təhsil müəssisələrinin akkreditasiyasının nəticələri barədə komissiyanın Nazirliyə təqdim etdiyi arayışı nəzərdən keçirir, ilkin müzakirə aparır, məsələni Akkreditasiya şurasının müzakirəsinə çıxarmaq üçün müvafiq təqdimat hazırlamaq, akkreditasiyanın nəticəsi barədə verilmiş əmrə müvafiq olaraq keyfiyyət sənədi – sertifikat hazırlayır və təsdiqə təqdim etmək, təhsil müəssisələrinin akkreditasiyasının nəticələri barədə sənədlər toplusu (Akkreditasiya işi) hazırlamaqdır. Təhsil müəssisələrinin lisenziyalaşdırılmasını və lisenziyası başa çatmış müəssisələrin yenidən lisenziyalaşdırılmasını təşkil etmək, təhsil müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsindən bir il sonra onların fəaliyyətinin monitorinqini aparmaq, yeni ixtisasların açılması və həyata keçirilməsində mövcud qaydalara əməl olunmasına nəzarət etmək, hər bir təhsil müəssisəsinə lisenziya verilməsi və ya onun təkrar lisenziyalaşdırılması üçün komissiya yaradır və onun işini təşkil etməkdir.      Şöbənin hüquqlarına səlahiyyətinə aid olan məsələlər üzrə hüquqi-normativ sənədləri əldə etmək, Təhsil Nazirliyinin digər struktur bölmələrindən lazımi məlumatları almaq və istifadə etmək, müvafiq nazirlik, komitə və  təşkilatlardan məlumatlar almaq, şöbənin işi ilə bağlı seminarlar, müşavirələr keçirmək, təhsil müəssisələrinin akkreditasiyası, lisenziyalaşdırılması ilə bağlı beynəlxalq təcrübəni öyrənmək, istifadə etmək, səlahiyyətlərinə daxil olan məsələlər üzrə Təhsil Nazirliyini başqa nazirliklərdə, beynəlxalq humanitar və yerli ictimai təşkilatlarda təmsil etməkdir. Onun sözlərinə görə, şöbənin iş planı 5 istiqamət üzrə müəyyənləşdirilmişdir. Bunlar təhsil müəssisələrinin lisenziyalaşdırılması ilə bağlı görüləcək işlər, lisenziya şərtlərinə əməl olunması vəziyyətinin monitorinqi ilə bağlı məsələlər, şöbənin fəaliyyəti üçün zəruri olan sənədlərin hazırlanması, təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi ilə əlaqədar görüləcək təşkilatı işlər, nazirin yanında müzakirə olunacaq məsələlər. Şöbə müdiri bildirib ki, təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi ilə əlaqədar 2010-2011-ci tədris ili üçün təhsil müəssisələrinin akkreditasiyası qrafikinin hazırlanıb, təsdiqə təqdim olunub, akkreditə olunacaq təhsil müəssisələrinə xəbərdarlıq məktubu göndərilib, akkreditasiyanın keçirilməsi qaydalarının izahı ilə bağlı təhsil müəssisələrində treninqlər keçirilib, təhsilalanların biliyinin attestasiyası zamanı istifadə olunacaq test tapşırıqlar hazırlanıb, təhsil müəssisəsində daxili akkreditasiyanın keçirilməsi məqsədilə sonuncu kursda əyani təhsil alanların biliyinin yoxlanması üçün hazırlanmış test suallarının ekspertizası təşkil olunub, təhsil müəssisəsində daxili akkreditasiyanın keçirilməsi prosesi ilə tanışlıq, təhsil müəssisəsinin akkreditasiyasının keçirilməsi üçün Akkreditasiya komissiyasının tərkibi müəyyənləşdirilib, mütəxəssislərin işlədiyi müəssisələrin rəhbərlərindən onların Akkreditasiya komissiyasının tərkibinə daxil edilməsi barədə razılıq alınıb, akkreditasiya komissiyasının yaradılması barədə təqdimatın və əmr layihəsi hazırlanıb, akkreditasiya komissiyasının tərkibinə daxil edilmiş mütəxəssislərin işlədiyi müəssisələrin rəhbərlərinə Nazirliyin müvafiq göndərilməsi və həmin müəssisələrə Komissiyanın tərkibində fəaliyyəti müddətində müvafiq şərait yaradılıb, akkreditasiya komissiyasının işinin əlaqələndirilməsi, onun ilk iclasının keçirilməsi barədə məlumat və bütün zəruri sənədlər Komissiya üzvlərinə çatdırılıb. Təhsil müəssisəsinin rəhbərliyi ilə birlikdə Akkreditasiya komissiyasının normal fəaliyyəti üçün şəraitin yaradılması, təhlil aparılması üçün zəruri olan sənədlərin komissiyaya təqdim edilib, təhsil müəssisəsinin rəhbərliyi ilə birlikdə sonuncu kursda əyani təhsil alanların biliyinin attestasiyası zamanı istifadə olunacaq otaqların imtahanlara hazırlanıb, təhsilalanların biliyinin attestasiyası zamanı nəzarətçilər təlimatlandırılıb, təhsilalanların cavab kartlarının yoxlanması təşkil olunub, komissiyanın yekun arayış hazırlamasına nəzarət edilib, yekun arayışla təhsil müəssisəsinin rəhbərləri tanış edilib, yekun arayışın Akkreditasiya şöbəsində baxılıb Akkreditasiya şurasının müzakirəsinə çıxarılması üçün müvafiq təqdimat hazırlanıb: “Təhsil müəssisələrinin lisenziyalaşdırılması ilə bağlı lisenziya almaq üçün müraciət edən təhsil müəssisələrinin lisenziyalaşdırılması, lisenziya müddəti başa çatmış təhsil müəssisələrinin yenidən lisenziyalaşdırılması qrafikinin hazırlanması, lisenziya almaq üçün hüquqi və fiziki şəxslərin Təhsil Nazirliyinə daxil olmuş ərizə və sənədlərinin qeydiyyatı, onların uçotunun aparılması, lisenziya alınması barədə Təhsil Nazirliyinə daxil olmuş müraciətlərin araşdırılması üçün neytral şəxslərdən ibarət müstəqil ekspert qrupunun tərkibinin müəyyənləşdirilməsi, ekspertlərin cəlb edildiyi müəssisələrin rəhbərlərindən həmin şəxslərin ekspert qrupunun tərkibinə daxil edilməsi barədə razılığın alınması, ekspert qrupunun yaradılması barədə təqdimatın və əmr layihəsinin hazırlanması işi həyata keçirilib. Həmçinin ekspert qrupunun tərkibinə daxil edilmiş şəxslərin işlədiyi müəssisələrin rəhbərlərinə Nazirliyin müvafiq əmrinin göndərilməsi və həmin şəxslərə ekspert qrupunun tərkibində fəaliyyəti müddətində müvafiq şəraitin yaradılması, ekspert qrupunun rəy və təkliflərinə şöbədə baxılması, sənədlərin düzgünlüyünün yoxlanması, zəruri sənədlərin toplanması və Lisenziya komissiyasının üzvlərinə çatdırılması, lisenziyanın verilməsi və imtina edilməsi barədə Komissiyanın qərarlarının, əmr layihələrinin hazırlanması, protokolların tərtibi, lisenziya verilməsi barədə müsbət qərar qəbul edilmiş təhsil müəssisəsinə doldurulub veriləcək xüsusi blankın Nazirliyin Xüsusi şöbəsindən alınması üçün təqdimatın hazırlanması, Təhsil Nazirliyinin əmrinə müvafiq olaraq lisenziya blankının doldurulması, müəssisələrin fəaliyyətinə lisenziya verilməsi barədə qeydiyyatın aparılması, lisenziya verilməsinə imtina edilmiş şəxslərə əsaslandırılmış yazılı məlumatın göndərilməsi işlərini yerinə yetirib. Şöbə müdiri qeyd edib ki, ötən il şöbə ilk olaraq onun Əsasnaməsi, “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları”nın layihəsini və təhsil müəssisələrinin statusunu (tipini və növünü) müəyyənləşdirən meyarları hazırlamış, təsdiqə təqdim etmişdir. Lisenziya komissiyasının tərkibinin layihəsini hazırlanıb, 2010-2011-ci tədris ili üçün təhsil müəssisələrinin akkreditasiyası qrafiki hazırlanmış və akkreditə ediləcək təhsil müəssisələrinə xəbərdarlıq məktubu göndərilmiş, akkreditasiyanın aparılması qaydalarının izahı ilə bağlı təhsil müəssisələrində treninqlər keçirilib, təhsil müəssisəsində daxili akkreditasiyanın keçirilməsi məqsədilə sonuncu kursda təhsilalanların biliyinin attestasiyası zamanı istifadə olunan test tapşırıqlarının hazırlanması, ekspertizadan keçirilməsi təşkil olunub, akkreditasiya komissiyasının tərkibinə daxil edilmiş mütəxəssislərin rəhbərlərinə Nazirliyin müvafiq əmri göndərilmiş və həmin mütəxəssislərə onların Komissiyanın tərkibində fəaliyyəti müddətində müvafiq şərait yaradılmışdır. Təhsil müəssisəsinin rəhbərliyi ilə birlikdə sonuncu kursda əyani təhsil alanların biliyinin attestasiyası zamanı istifadə olunacaq otaqlar imtahana hazırlanıb, bu prosesə cəlb olunan nəzarətçilər təlimatlandırılıb: “Akkreditasiya şöbəsi həmçinin təhsil müəssisələrinin lisenziyalaşdırılmasını həyata keçirir. Təhsil müəssisəsinə xüsusi razılıq (lisenziya) prezidentin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” fərmanı, Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” qərarı, sonrakı illərdə onlara edilmiş dəyişikliklər, əlavələr əsasında verilir. Lisenziya Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin təsis etdiyi bələdiyyə və özəl təhsil müəssisələrinə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin təsis etdiyi təhsil müəssisələrinin fəaliyyəti üçün nəzərdə tutulub. Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya 5 il müddətinə verilir. Akkreditasiya şöbəsi fəaliyyətə başladığı gündən lisenziya ilə bağlı şöbəyə daxil olmuş müraciətləri araşdırmış, müvafiq komissiyalarla müraciət etmiş müəssisələrə baxış keçirərək arayışlar hazırlayıb və Lisenziya komissiyasına təqdim edib”. H.Zərbəliyevin dediyinə görə, şöbə 2011-ci ilə iş planı 5 istiqamət üzrə müəyyənləşdirib. Təhsil müəssisələrinin lisenziyalaşdırılması ilə bağlı görüləcək işlər, lisenziya şərtlərinə əməl olunması vəziyyətinin monitorinqi ilə bağlı məsələlər, şöbənin fəaliyyəti üçün zəruri olan sənədlərin hazırlanması, təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi ilə əlaqədar görüləcək təşkilatı işlər, nazirin yanında müzakirə olunacaq məsələlər.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 13 yanvar.- S.5.