Misir Mərdanov koreyalı nümayəndələrlə
görüşüb
Dünən təhsil
naziri Misir Mərdanovun Koreyanın Azərbaycandakı səfiri
Li Ji-ha, səfirliyin müşaviri Kim Yonq Soq və Koreya
İnsan Resursları İnkişafı Xidmətinin
layihə meneceri Jeong Jai Munun başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşü
keçirilib. Görüş
zamanı çıxış
edən təhsil naziri Misir Mərdanov
son illər Koreya ilə Azərbaycan arasında yaradılmış
əlaqələrdən və
bu əlaqələrin
hər iki dövlət başçılarının
səmimi münasibətləri
zəminində daha da inkişaf etdirilməsindən söz
açıb. Təhsil
sahəsində də
səmərəli əməkdaşlığın
mövcudluğunu nəzərə
çatdıran nazir onu da vurğulayıb
ki, hazırda
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı” çərçivəsində
Koreya Respublikasının
universitetlərində 25-dən çox azərbaycanlı
gənc təhsil alır. Eyni zamanda M. Mərdanov Koreya dilinin ölkəmizdə öyrənilməsi
istiqamətində iş
aparıldığını da diqqətə çatdırıb. Sonra M.Mərdanov Azərbaycanda
Peşə Tədris Mərkəzinin yaradılması
ilə əlaqədar
görüləcək işlərdən
danışıb və
bu məsələnin
müsbət həll olunacağına ümidvar
olduğunu vurğulayıb.
Səmimi qəbul üçün təhsil
naziri Misir Mərdanova təşəkkür
edən Koreyanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Li Ji-ha öncə ölkələrarası
əlaqələrin inkişafından,
təhsil sahəsindəki
səmərəli əməkdaşlıqdan,
Koreyada Azərbaycana olan maraqdan bəhs
edib və yeni Peşə Tədris Mərkəzinin yaradılmasının bu əlaqələrə müsbət
təsir göstərəcəyini
vurğulayıb. Səfir,
həmçinin Azərbaycanda
Peşə Tədris Mərkəzinin yaradılması
ilə bağlı ölkəmizdə səfərdə
olan nümayəndə
heyətinin bu ayın sonunadək müvafiq istiqamətdə
araşdırmalar aparacağını,
yekun olaraq Təhsil Nazirliyində təqdimatla çıxış
edilməsinin nəzərdə
tutulduğunu açıqlayıb
və aidiyyəti dövlət qurumları nümayəndələrinin bu
təqdimatda iştirak
etməsinin əhəmiyyətini
bildirib. Eyni zamanda Lee Ji-ha Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması işinə
cari ilin iyununda başlamaq niyyətində olduqlarını
nəzərə çatdırıb.
M.Mərdanov Peşə
Tədrisi Mərkəzinin
yaradılması ilə
bağlı nümayəndə
heyətinin fəaliyyətinə
uğurlar arzulayıb
və bu işdə nazirliyin müvafiq şöbəsinin
onlara lazımi köməklik göstərəcəklərini
qeyd edib. Koreya İnsan Resursları İnkişafı
Xidmətinin layihə
meneceri Jeong Jai Mun nəzərdə tutulan layihə və planlaşdırılan
işlər barədə
məlumat verib. Görüşdə qeyd olunan mərkəzin fəaliyyətə başlaması
üçün müvafiq
işlərin həyata
keçirilməsi ilə
bağlı digər məsələlər ətrafında
söhbət aparılıb.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 13 yanvar.- S.2.