“Euronews” telekanalının rəhbərləri
Əbülfəs Qarayevlə
görüşüblər
Dünyanın ən nüfuzlu telekanallarından
olan “Euronews”un
rəhbərləri – kanalın
Müşahidə Şurasının
sədri Pyer Luici Malezani və baş icraçı direktoru Filip Kayla Bakıda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyində qonaqlarla görüş keçirilib.
Adıçəkilən nazirliyin
mətbuat xidmətindən
verilən məlumata görə, nazir Əbülfəs Qarayevin
“Euronews” telekanalının
Müşahidə Şurasının
sədri Pyer Luici Malezani və telekanalın baş icraçı direktoru Filip Kayla ilə görüşündə
telekanalın 2011-ci ilin
aprel ayında Bakıda keçiriləcək
Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun tərəfdaşı qismində
çıxış etməsi,
tədbirin telekanal vasitəsilə yayımlanması
və təbliğinə
dair müzakirələr
aparılıb. Telekanalın baş icraçı direktoru Filip Kayla bu məsələlərə
dair müsbət rəy bildirib. Qeyd
olunub ki, “Euronews” telekanalına Dünya Mədəniyyətlərarası
Dialoq Forumu ilə bağlı “Tərəfdaşlıq təklifləri”
göndərilib və hazırda həmin təkliflərin həyata
keçirilməsi imkanları araşdırılır.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 15 yanvar.- S.17.