“Şəhidlər
ölməz! Vətən
bölünməz!”
Gənc Tamaşaçılar Teatrında Yanvarın 18-i Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik zalında “Şəhidlər ölməz! Vətən bölünməz!” adlı tədbir gerçəkləşəcək. Bu barədə teatrın mətbuat xidmətindən verilən məlumatda deyilir. Teatrın, Dünya Azərbaycanlıları Konqresinin və “Bura Vətəndir” Məclisinin birgə layihəsi əsasında keçiriləcək tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsinə həsr edilib. Tədbir rəsmi və bədii hissədən ibarət olacaq. Rəsmi hissədən sonra yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdiriləcək.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 15
yanvar.- S.17.