“Dolu”nun yaradıcı heyəti cəbhə bölgəsində
Dövlət sifarişi
ilə “Azərbaycanfilm”
kinostudiyasında çəkilişinə
start verilən tammetrajlı
“Dolu” bədii filminin yaradıcı heyəti cəbhə bölgəsinə səfər
edib. Ağdam və Ağcabədidə
əsərin həyatda
qalan prototiplərilə
ilə görüşdükdən
sonra yaradıcı heyət birbaşa təmas xəttində əsgərlərin qonağı
olub. Bu səfərdə
məqsədlərdən biri
də filmin naturadan çəkiləcəyi
yerləri öyrənmək
və müəyyənləşdirməkdi.
Həm müharibə veteranları,
həm də əsgərlər yaradıcı
heyəti çox mehribanlıqla qarşılayıblar
və onlara uğurlar arzulayıblar.
Xatırladaq ki, Aqil Abbasın “Dolu” romanı
Qarabağ savaşına və bu savaşda son damla qanınadək
vuruşan qeyrətli oğullarımıza həsr olunub.
Roman ölkədə böyük maraqla
qarşılanıb, ədəbi hadisəyə çevrilib.
Filmin ssenari müəllifi Aqil Abbas,
quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu
operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı isə
Rafiq Nəsirov, icraçı prodüsseri Nadir Əliyevdi.
Filmin yaradıcı heyətinin bu günlərdə
yenidən cəbhə bölgəsinə səfəri nəzərdə
tutulub.
GÜNEL
525-ci qəzet.-
2011.- 18 yanvar.- S.7.