“XX əsrin ən dəhşətli faciəsi” adlı ədəbi-bədii kompozisiya
nümayiş olunacaq
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin Mədəniyyət
Evlərinin Bədii Rəhbərlər Şurası
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Binəqədi
Mərkəzi Mədəniyyət
Evində “XX əsrin ən dəhşətli faciəsi” adlı ədəbi-bədii kompozisiya
təqdim olunacaq.
Bu barədə adıçəkilən idarədən
verilən məlumatda
deyilir. Tədbirdə xalqımızın azadlıq mübarizəsinin
qəhramanlıq səhifəsi
olan 20 Yanvar şahidlərinin xatirələri
yada salınacaq,
İ.Əbilov adına
Mədəniyyət Mərkəzinin
“Vurğun” poeziya teatrının və Binəqədi Mərkəzi
Mədəniyyət Evinin
poeziya dərnəyinin
ifasında kompozisiyalar
səsləndiriləcək.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 19 yanvar.- S.7.