“Tarixə çevrilmiş şəkillər”
tədbir-sərgi baş
tutub
Ötən gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Tarixə çevrilmiş şəkillər” adlı tədbir-sərgi gerçəkləşib. Sərgidə ilk dəfə olaraq şəhidlər Azər Ələkbərov və Ağabəy Novruzbəylinin şəxsi əşyaları nümayiş olunub. Tədbir iştirakçılarına Azərbaycan İstiqlal Muzeyinin fondunda saxlanılan və Tahir Cəfərov, Oqtay Məmmədov, Sənan Ələsgərov və digər fotoqraflara məxsus 50 fotoşəkil sərgilənib. Tədbirdə 20 Yanvar Cəmiyyətinin üzvləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar hadisələrinin canlı şahidləri, Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların və Sərhəd Qoşunlarının Sahil Mühafizəsinin müdavimləri və digər qonaqlar iştirak ediblər.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 19 yanvar.- S.7.