20 yanvar şəhidləri anılıb

 

M.S.Ordubadinin xatirə muzeyində 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tarixə qanlı yanvar kimi daxil olan o müdhiş gecə haqqında geniş məlumat verilib. Yeniyetmə gəncləri vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə təşkil olunan tədbirdə Respublika Gənc Turistlər Diyarşünaslıq Mərkəzinin şagirdləri, Binəqədi rayonu 144 saylı məktəbdə fəaliyyət göstərənƏdəbi-diyarşünaslıq”, “Gənc-ekoloqdərnəyinin üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Şəhidlərə həsr olunan tədbirlərdən biri Ş.Ələkbərova adına mədəniyyət evində gerçəkləşib. Adıçəkilən mədəniyyət evinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuşAzadlığa gedən yolda çıraq oldu şəhidləradlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbirdə Xətai rayonundakı 58 nömrəli otra məktəbin şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 20 yanvar.- S.7.