Bakı Slavyan
Universitetində 20 Yanvar
faciəsi anılıb
20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsi
ilə əlaqədar
olaraq Təhsil Nazirinin müvafiq əmri ilə təsdiq edilən tədbirlər planına uyğun olaraq Bakı Slavyan Universitetində geniş tədbirlər planı hazırlanıb. Bu tədbirlər
planı çərçivəsində
universitetin müəllim
və tələbələrinin,
Məktəb-Lisey Kompleksi
şagirdlərinin Şəhidlər
Xiyabanına ziyarəti
təşkil edilmiş,
universitet muzeyində Tələbə Gənclər
Təşkilatı və
Kölgə Kabinetinin
təşkilatçılığı ilə 20 Yanvar hadisələrinə həsr
edilmiş videofilm nümayiş etdirilmiş,
Məktəb-Lisey kompleksində
yanvarın Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusu dərslər keçirlimiş və Gəncliyin Elmi-Mədəni
İctimai Birliyi ilə birgə ədəbi kompozisiya hazırlanmış, “Tələbə
dünyası” qəzetində
20 Yanvar faciəsinə
həsr olunan məqalələr dərc
edilib, dünən universitetin fakültə və şöbələrində,
Məktəb-Lisey Kompleksində
faciə qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, universitet
rektorluğunun 20 Yanvar
faciəsinin iyirmi birinci ildönümünə
həsr olunan geniş iclası keçirilib. İclas 20 Yanvar faciəsi
qurbanlarının xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. BSU-nun rektoru,
professor Kamal Abdullayev çıxış edərək
20 Yanvar hadisələrinin
öz azadlığı
uğrunda mübarizə
aparan Azərbaycan xalqının qəhrəmanlıq
səhifəsi olduğunu
qeyd etdi: “Həmin gün baş verən hadisələr Azərbaycan
tərəfindən bütün
dünyaya göndərilən
SOS işarəsi kimi yadda qaldı. Bu Sovet imperiyasının
süqutu demək idi. Həmin dövrdə bütün vəzifələrindən kənarlaşdırılmış
bir şəxsiyyət,
Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev öz ailə üzvləri, yaxınları
ilə birgə bütün baş verə biləcək təhlükələrə baxmayaraq
Azərbaycanın Rusiyadakı
daimi nümayəndəliyinə
gələrək jurnalistlərlə
görüşmüş, SSRİ adlı imperiyanın riyakar siyasəti haqqında öz kəskin düşüncələrini
dünya ictimaiyyətinə
çatdırmışdı. Bu əsl qəhrəmanlıq
addımı, hər bir azərbaycanlı gənci üçün nümunə dərsi idi. Allah şəhidlərimizə
rəhmət eləsin ”. İclasda çıxış edən
digər müəllim
və tələbələr,
məzun və valideynlər 20 Yanvar həqiqətlərindən danışaraq
bu kimi tarixi
hadisələrin dünya
ictimaiyyətinə çatdırılmasının
vacibliyindən və bu istiqamətdə gənclərin üzərinə
düşən məsuliyyətdən
danışıblar.
S.QARAYEVA
525-ci qəzet.-
2011.- 20 yanvar.- S.2.