“Müqəddəs
bahar” əsasında hazırlanan yeni tamaşa şəhidlərə
həsr olunub
Heydər Əliyev Sarayında rus bəstəkarı
İqor Stravinskinin “Müqəddəs bahar” baletinin musiqisi əsasında
yeni layihə-tamaşa balet göstərilib. Tamaşa 20 yanvar
şəhidlərinin əziz xatirəsinə həsr olunub. Bədii
rəhbəri və quruluşçu baletmeysteri Rusiyanın
xalq artisti, professoru Edvard Smirnov olan “Müqəddəs bahar”
layihəsi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə hazırlanıb.Tamaşadan əvvəl
çıxış edən xalq artisti Nurəddin Mehdixanlı
Bəxtiyar Vahabzadə, Nəbi Xəzri və Nüsrət Kəsəmənlinin
qanlı 20 yanvara həsr olunan şeirlərini səsləndirib.
Tədbirdə Qara Qarayev və Azər Rzayevin musiqisi,
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin, Azərbaycan Dövlət Rəqs Ansamblının
solistləri çıxış ediblər. Daha sonra 20 Yanvar
faciəsini əks etdirən videomateriallar nümayiş
etdirilib. Videomateriallarda ulu öndər Heydər Əliyevin Azərbaycanın
azadlığı, müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canından keçən
oğul və qızlarımızın xatirəsinə
göstərdiyi böyük diqqət və qayğı əksini
tapıb. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev, mədəniyyət, incəsənət xadimləri,
ölkə teatrlarının rəhbərləri və əməkdaşları
iştirak ediblər.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 25 yanvar.- S.7.