“Göyçək
Fatma” Gənc Tamaşaçılar Teatrının
səhnəsində
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının kollektivi yeni ilin
ilk premyerasının hazırlıq işlərini başa
çatdırmaq üzrədir. Teatrın mətbuat xidmətindən
verilən məlumata görə, teatr bu dəfə kiçik
yaşlı tamaşaçılarına Azərbaycan xalq
nağılı “Göyçək Fatma”nı təqdim edəcək.
İki hissəli sehrli nağıl janrında hazırlanan
tamaşanın quruluşçu rejissoru teatrın baş
rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı
Mustafa Mustafayev, rejissor və xoreoqrafı Nicat Kazımovdur. Tamaşanın
musiqi tərtibatı Cahangir Zülfüqarova məxsusdur.
Rolları əməkdar artistlər Seyidşah Məmmədov,
Nübar Novruzova, Kubra Dadaşova, Naibə Allahverdiyeva, Qəmər
Məmmədova, Lətifə Əliyeva, aktyorlar Sərvər Əliyev,
Almaz Mustafayeva, Təhminə Məmmədova, Xalidə Əliməmmədova,
Zülfiyyə Alhüseynova, Şəbnəm Hüseynova və
başqaları ifa edirlər. Tamaşanın premyerası
fevralın 6-da gerçəkləşəcək.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 26 yanvar.- S.7.