Azərbaycanda ilk muzey elektron kataloqu və elektron kitabxana Tovuzda yaradılır
Tovuz rayon icra hakimiyyətinin
təşəbbüsü ilə rayondakı Heydər Əliyev
Muzeyinin kitabxanasında respublikada ilk muzey elektron kataloqu
hazırlanır və elektron kitabxana təşkil edilir. Mədəniyyət
və Turizm Nazirliyindən verilən məlumata görə,
hazırda elektron bazada 4 məlumat bazası formalaşıb. Bu
sırada muzey kitabları, rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin kitabları və 2 elektron kartoteka bazası da
var. Sistem avtomatlaşdırılmış rejimdə
tapılan sənədləri müəllif, sərlövhə,
nəşr ili və sənəd növünə görə
qruplaşdırır. Elektron kataloqun Tovuz rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin bazasında isə dövlət
başçısının “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” sərəncamı ilə nəşr
edilmiş və kitabxanalara hədiyyə edilmiş kitablar yerləşdirilir.
Bu elektron bazada kitabları 3-5 açar sözə görə
axtarış imkanı yaradılıb. “Elektron kartoteka – 2010”
bazasında isə Azərbaycan prezidenti tərəfindən
2010-cu ildə imzalanmış bütün sərəncamlar
öz əksini tapıb. Bununla yanaşı, Tovuz
rayonundakı Heydər Əliyev Muzeyinin kitabxanasında elektron
kitabxana da yaradılıb”.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 26 yanvar.- S.7.