Xanəndə Baba Mahmudoğlunun xatirə
gecəsi keçirilib
Yanvarın 26-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın
xalq artisti Baba Mahmudoğlunun anadan olmasının 70 illiyinə
həsr olunmuş xatirə gecəsi keçirilib. APA-nın
məlumatına görə,
respublikanın mədəniyyət
və incəsənət
xadimlərinin iştirak
etdikləri tədbirdə
xanəndənin həyat
və yaradıcılığından
söhbət açılıb.
Tədbirdə çıxış edən Muğam Teatrının direktoru, rejissor Arif Qazıyev
Baba Mahmudoğlunun sənətsevərlərin
xatirində səhnədə
ustalıqla yaratdığı
parlaq və bənzərsiz obrazları,
şaqraq zəngulələri
ilə qaldığını
deyib.
Mərasimdə, həmçinin xanəndənin
xatirəsinə həsr
olunmuş rəngarəng
konsert proqramı təqdim edilib. Xalq artistləri Arif Babayevin, Qəndab Quliyevanın, Səkinə
İsmayılovanın, əməkdar
artistlər Gülüstan
Əliyevanın, Vəsilə
İbrahimovanın, Zeynəb
Behbudovanın, Ədilə
Əflakinin və digərlərinin ifaları
təqdim edilib.
Hüsniyyə
525-ci qəzet.-
2011.- 28 yanvar.- S.7.