Kommunal xidmət sahəsi ilə bağlı səlahiyyətlər bələdiyyələrə verilməlidir

 

PARLAMENTİN REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN SƏDRİ ARİF RƏHİMZADƏ: “BÖYÜKŞƏHƏR BƏLƏDİYYƏLƏRİNƏ NƏ İCTİMAİYYƏT, NƏ BƏLƏDİYYƏLƏRİN ÖZLƏRİ HAZIRDIR, NƏ DƏ BU BARƏDƏ KİFAYƏT QƏDƏR TƏCRÜBƏ VAR”

 

Arif müəllim, gələn həftə parlamentin növbəti yaz sessiyası öz işinə başlayır. Regional məsələlər komitəsi bu sessiyaya hansı qanun layihələri ilə gedir? 

Əvvəla qeyd edim ki, Regional məsələlər komitəsinin 2011-ci il yaz sessiyası üçün qanunvericilik işləri planına 4 qanun layihəsi daxil edilib. Bunlar daBələdiyyələrin əraziləri torpaqları haqqındaqanuna əlavə edilmişAzərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr dəyişikliklər edilməsi haqqındaBələdiyyələrin hesabatları haqqındaqanun layihələridir. Eyni zamada, qanunvericilik işləri planımıza bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi daxil edilib ki, bu məruzənin komitəmizdə dinlənildikdən sonra, onun mart ayında parlamentin plenar iclasına çıxarılması nəzərdə tutulur. 

Bəs, “Bələdiyyələrin hesabatları haqqındaqanun layihəsinin hazırlanması hansı zərurətdən yarandı? 

Bu zərurət 2009-cu ilin mart ayında referendum yolu ilə ölkə Konstitusiyasına edilmiş dəyişikliklərdən yaranır. Yəni, bu sənədin hazırlanması Konstitusiyaya edilən düzəlişlərlə əlaqədardır. Hazırda qanun layihəsi üzərində işlər gedir. Biz çalışacağıq ki, bu sessiya ərzində onu plenar iclasa çıxarmasaq da, ən azı komitəmiz səviyyəsində müzakirə edək. 

Arif müəllim, komitənizin yaz sessiyası ilə bağlı ilk iclasında qeyd etdiniz ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrlə bağlı qanunvericiliyə mühüm bir dəyişiklik edilməsi təklifi ilə çıxış edib... 

Tamamilə, doğrudur. Bildiyiniz kimi, audit xidməti tərəfindən bələdiyyələrdə mütəmadi yoxlamalar aparılır. bir çox zaman da bələdiyyələr onlara pul verirlər ki, müəyyən işləri özləri həll etsinlər. Bu isə əslində düzgün deyil. Bu, haradasa qeyri-obyektivliyə müəyyən söz-söhbətlərin yaranmasına dəlalət edir, gətirib çıxarır. Ona görə sözügedən mərkəzin rəhbəri Mehdi Səlimzadə mənimlə görüşündə, eləcə , komitəmizin iclasında belə bir təkliflə çıxış etdi ki, həmin pul audit xidmətinə bələdiyyələr tərəfindən deyil, dövlət büdcəsi hesabına ödənilsin, verilsin. Daha doğrusu, bu məsələdə səlahiyyət Ədliyyə Nazirliyinin müvafiq qurumuna verilsin. Biz belə hesab edirik ki, bu çox vaxtında yerində olan bir təklifdir. 

Yeri gəlmişkən, yaxın zamanlarda bələdiyyələrə növbəti əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutan qanun layihəsinin müzakirələrə çıxarılması gözlənilirmi, mümkündürmü? 

Bilirsiniz, bələdiyyələrə indiyənə qədər kifayət qədər səlahiyyətlər verilib. Bir çox rayonlarda bələdiyyələrə qanunla müəyyən edilmiş səlahiyyətlər həqiqətən verilib. Ancaq çox təəssüflər olsun ki, bir çox yerlərdə bələdiyyələr onlara verilən səlahiyyətlərdən istifadə edə bilmirlər. Mən hesab edirəm ki, bələdiyyələr ilk növbədə onlara verilən səlahiyyətləri tam realizə etməlidirlər. Məhz ondan sonra görsək ki, onların hərəkət, inkişaf etmək üçün qarşılarında sədd durur, onda onlara əlavə səlahiyyətlər verilə bilər verilməlidir. Məsələn, bizdə belə hallara da rast gəlmək olur ki, gəlib bələdiyyəyə deyirlər ki, zibil niyə buradan yığışdırılmır. Həqiqətən zibilin, digər məşiət tullantılarının yığılması səlahiyyəti gərək bələdiyyələrə verilsin. Bələdiyyələr bu işi görə bilər, özü daha yaxşı səviyyədə. Çünki, onlar insanlarla birbaşa təmasda olan yerli özünüidarəetmə qurumlarıdır. 

Necə hesab edirsiniz, gələcəkdə kommunal xidmət sektoru ilə bağlı səlahiyyətlərin bələdiyyələrə verilməsi mümkündürmü? 

Mən hesab edirəm ki, bu səlahiyyətlər bələdiyyələrə verilməlidir. Burada heç bir problem ola bilməz. 

Məqamı düşmüşkən, tez-tez böyükşəhər bələdiyyələrinin, konkret olaraq, Bakı Böyükşəhər Bələdiyyəsinin yaradılması təklifləri irəli sürülür... 

Bu, çox mürəkkəb bir məsələdir. İndiyənə qədər rayon bələdiyyələri yaradılıb, eyni zamanda, qəsəbə bələdiyyələri formalaşdırılıb. Bakının özündə 40-dan çox bələdiyyə var ki, bunlardan da 7-si rayon bələdiyyəsidir. Ancaq bütövlükdə bu məsələyə biz hər cəhətdən hazır deyilik. Buna ictimaiyyət hazır deyil, bələdiyyələrin özləri hazır deyil, bu barədə kifayət qədər təcrübə var. Ona görə mən belə hesab edirəm ki, bu məsələ bir müddətdən sonra gündəmə gələ həllini tapa bilər.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 29 yanvar.- S.9.