Sevinc Nuruqızı: “Uşaq ədəbiyyatı vətənpərvərlik tərbiyəsinin özülü ola bilər”

 

1967-ci ildən Uşaq Kitabı üzrə Beynəlxalq Şuranın tövsiyəsi və qərarı ilə 2 aprel – danimarkalı yazıçı H.K Andersenin anadan olduğu gün bütün dünyada Beynəlxalq Uşaq Kitabı günü kimi qeyd olunur. Hər il Uşaq Kitabı üzrə Beynəlxalq Şuranın bir milli şöbəsi bu möhtəşəm bayramın beynəlxalq fəxri sponsoru olmaq hüququnu əldə edir. Bu hüququ əldə etmiş ölkənin ən məhşur uşaq yazıçısı planetin bütün uşaqlarına müraciət ünvanlayır. Həmin ölkədən olan məhşur rəssam isə Beynəlxalq Uşaq Kitabı gününün plakatını yaradır.

Müsahibimiz uşaq ədəbiyyatının istedadlı nümayəndəsi Sevinc Nuruqızı ilə bu mövzuyla bağlı söhbətləşmişik.

– Əvvəlki zamanlarda uşaq ədəbiyyatına münasibət necə olub və bu gün vəziyyət necədir?

Dünya ədəbiyyatının tarixi ilə maraqlansaq, görərik ki, məhz uşaqlar üçün şair və yazıçılar yalnız 17-ci əsrin sonlarından etibarən yazmağa başlamışlar. Bundan öncə yazılanlar isə yalnız müxtəlif keyfiyyətləri ilə uşaq təsəvvürünə yaxın gələ bilən əsərlər idi. Məsələn, Homerin iki böyük əsərindən uşaqlaraOdisseya”, “İliadadan daha yaxın idi. Uşaqlarda böyük marağa bu qəhrəmanın şəxsiyyəti, onun yaradıcı qabiliyyəti, tanrıların önündə sarsılmazlığı xoş gələ bilərdi. Çoxları bizim eradan əvvəl 6-cı əsrdə yazıb yaratmış Ezopu uşaq ədəbiyyatının işıqlı nümayəndələrindən hesab etsə də, bu müdrik insan öz təmsilləri ilə demək istədiyini uşaqlardan daha çox böyükləri nəzərdə tutub demişdi. Amma Ezopun qəhrəmanlarındakı daxili ironiya, onlardakı xəsislik və xəbislik, özündənrazılıq və axmaqlıq, bu keyfiyyətlərlə mübarizə üsulları uşaqları cəlb etməyə bilməzdi. Orta əsrlərdə yaranmış “Robin Qud” əfsanəsi də eynilə bu keyfiyyətlərinə görə qismən də olsa uşaq əsəri hesab edilə bilərdi. 17-ci əsr isə fransız nağılçısı və filosofu Şarl Perronun bir-birindən maraqlı müəllif nağılları ilə uşaqlara ünvanlanmış ilk yazılı ədəbiyyatın bünövrəsini qoydu. Azərbaycan uşaq ədəbiyyatına da təxminən, eyni mərhələlər üzrə inkişafı xarakterikdir. 12-ci əsrdən başlayaraq klassiklərin yaradıcılığında bəzi uşaq ədəbiyyatı nümunələri nəzərə çarpır. Məsələn, Nizami Gəncəvinin “Sirlər xəzinəsi ”ndən “Zalım padşahqoca ”, “Meyvəsatanla tülkünün nağılı”, “Yaralı uşağın dastanı”, Məhəmməd Fizulinin “Söhbətül əsmar” (yəni “Meyvələrin söhbəti”) bu günün özündə də maraq doğuran uşaq əsərləridir. Bu əsərlərin həm öyrədici, həm də tərbiyəvi əhəmiyyəti danılmazdır. 19-cu əsr uşaq ədəbiyyatı da çox azsaylı ədəbi nümunələr toplusundan ibarətdir. Uşaqlara aid edilə biləcək əsərlər Abbasqulu Ağa Bakıxanov (102 nəsihətdən ibarət “Kitabi nəsihət”), Qasım bəy Zakir, Seyid Əzim Şirvani yaradıcılığı üçün də səciyyəvidir. 20-ci əsrin əvvəlləri isə cəmiyyətin inkişafında ədəbiyyatın və incəsənətin müəyyən mənada uşaqlara yönəlməsi kimi xarakterizə edilə bilər.

Uşaq ədəbiyyatının inkişafına Azərbaycan müstəvisindən nəzər salanda göz önündə hansı mənzərə canlanır? Bu gün Azərbaycan uşaq ədəbiyyatında kimlər var? Onların azlığı həyəcan doğuracaq dərəcəyə çatıbmı?

– 20-ci əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm mərhələ oldu. Ədəbiyyatın digər sahələri ilə müqayisədə bu o qədər də qənaətbəxş hesab edilməsə də ümumilikdə bu inkişafdan danışmamaq haqsızlıq olardı. Məhz bu əsrin əvvəllərindən uşaq ədəbiyyatında bu günə qədər sevilə-sevilə oxunan Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Süleyman Sani Axundov ədəbi nümunələri göründü. Sonralar bu siyahı bir qədər də zənginləşdi. Abdulla Şaiq, Süleyman Rəhimov, Mir Mehdi Seyidzadə, Qılman İlkin, Zeynal Cabbarzadə, Xanımana Əlibəyli, Teymur Elçin, Hikmət Ziya, Tofiq Mahmud, Tofiq Mütəllibov, Əzizə Əhmədova, Məstan Günər və s. qələm sahibləri əvəzedilməz yaradıcılıq nümunələri ilə tanındılar. Bu gün Azərbaycan uşaq ədəbiyyatının İlyas Tapdıq, Zahid Xəlil, Rafiq Yusifoğlu, Qaçay Köçərli, Qəşəm İsabəyli, Ələmdar Quluzadə, Ələkbər Salahzadə, Rəfiqə Məmmədova kimi istedadlı nümayəndələri var.

Amma çox təəssüf ki, bu gün Azərbaycan uşaq ədəbiyyatı ədəbiyyatın ən problemli sahəsidir. Uşaq kitabının çap və tərtibatı səviyyəsi çox aşağıdır. Uşaq ədəbiyyatına gənclər demək olar ki, gəlmirlər. Yuxarıdakı siyahını gənc uşaq yazıçıları hesabına davam etdirmək qeyri-mümkündür. Az-çox bu sahədə qələmini sınayanlara rast gəlinsə də, onların arasında bu adı doğrulda biləcək namızəd çox azdır. Kiminsə adını çəksəm, əvvəlinci və sonuncu olacağından ehtiyat etdiyim üçün bu sırada susmaq məcburiyyətindəyəm. Ümumiyyətlə, bu günün uşağı ilə bu günün yazıçısı arasında əlaqə yavaş-yavaş qırılmaq üzrədir. Yeni qəhrəmanlar yaranmırsa, yeni oxucunun ideallaşdıracağı heç bir bədii qəhrəman olmadığı fikri haqlı olaraq irəli sürülür. Rus mətbuatı 90-cı illərdən üzü bəri “sonuncuuşaq kitabının Qriqori Osterin “Zərərli məsləhətlər”i olduğunu iddia edirsə, onda bizdə “sonuncunormal uşaq kitabının tarixi çox əvvələ gedib çıxa bilər.

Bugünkü uşaq kitab oxuyurmu? Oxumursa, səbəbi nədir?

Mütaliə insan həyatının bir hissəsidir. Özü yemək, yatmaq, qonaq getmək qarşılamaq kimi önəmli bir hissəsi. Mütaliə həyatın hər anında mümkündür vacibdir: körpəlikdə, uşaqlıqda, gənclikdə, qocalıqda. O həyat düşüncə fəallığının da göstəricisidir. Mütaliəsiz professional püxtələşmə, emosional intellektual inkişaf mümkünsüzdür. Bu gün uşaqların (eləcə böyüklərin mütaliəsi vacibdir. Kitabhəyatın hərəkət sürətinin gətirdiyi çətinlikləri yumşalda, yavaşıda izah edə bilər. Bəs onda niyə uşağımıza kitabı sevdirə bilmirik? Çünki özümüz oxumuruq. Bayaq dediyim sürətli həyatın bir-birinə oxşar günlərini necə gəldi başa vururuq. Mütəliənin yaratdığı cənnət həzzini duymağa vaxtımız yoxdur. Halbuki bir valideyn olaraq məsuliyyətimizi daha dərindən hiss etməliyik. Biz uşağımızda oxu mütaliə bacarığı aşılamalıyıq. Unutmaq olmaz ki, uşaqlar elə bir oxucu kateqoriyasına aiddirlər ki, oxu materialı onlara təqdim edilməlidir. Düşünmək doğru deyil ki, uşağın əlində həmişə kitab varsa, deməli onun mütaliə problemi həlli edilib. Əksinə, əgər kitab mütaliə zövqü olmayan valideyn tərəfindən alınıbsa, bu uşağın həm əqli inkişafında qüsurlara, həm psixoloji çətinliklərinə, həm mütaliə zövqünün korlanmasına gətirib çıxardar. Burada uşağın oxu masasına ötürülən məhsulun səviyyəsi böyük əhəmiyyət kəsb edir. Çünki bu gün uşaq əbədiyyatı adı altında külli miqdarda lazımsız ədəbiyyat nəşr edilir. Belə ədəbiyyatın mütaliəsi uşağın mənəvi inkişafını ləngidər, pis halda isə deqradasiyaya səbəb olar.

Vətənpərvərlik tərbiyəsində uşaq ədəbiyyatının rolu barədə deyərdiniz?

– Bu sahədə uşaq ədəbiyyatının rolu çox böyük ola bilər. Əlbəttə bu mövzuda dəyərli əsərlər yaranarsa. Bu gün böyüyən uşaq Vətənin sabahıdır. Uşaqda Vətən anlayışını formalaşdırmaq üçün ən adidən başlanmalıdır. Bapbalaca bir yazı masasından, bu masanın yerləşdiyi otaqdan, bu otağın aid olduğu evdən, bu evin ünvanı hesab edilən yaraşıqlı kənddən v ə s. i. Vətən onun anlamında böyüyə-böyüyə getməlidir. O böyük bir Vətəni qorumaq üçün adicə bir yazı masasını, otağı, evi, kəndi, şəhəri, ölkəni qorumalı olduğunu anlamalıdır. Uşaq ədəbiyyatı uşağa süni vətənpərvərlik nümayiş etdirən yalançı super-qəhrəmanlar deyil, bir quşu, bir ağacı, bir qarışqanı s. i. qorumağı bacaranların nümunələrini verməlidir. Uşaq ədəbiyyatı vətənpərvərlik tərbiyəsinin özülü ola bilər. Yalnız bir haldaəgər onunla bərbəzəkli kitab nəşr etdirən işbazlar deyil, əsl uşaq yazıçısı məşğul olarsa!

 

 

Mina RƏŞİD

 

525-ci qəzet.- 2012.- 3 aprel.- S.7.