Mahnı Teatrında “Hollandiya-Azərbaycan musiqili görüşü”

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Hollandiya və Azərbaycan bəstəkarlarının kamera musiqisindən ibarət “Hollandiya-Azərbaycan musiqili görüşü” adlı konsert təqdim olunmuşdur. Konsert Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 20-ci ildönümünə həsr edilib.

Konsert başlamazdan əvvəl Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Arjen Peter Uijterlide çıxış edib. O, Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin uğurla inkişaf etməsini və bu əlaqələri daha da genişləndirməyin vacibliyini vurğulayıb.

Arjen Peter Uijterlide bu konsertin təşkil edilməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Səfir qeyd edib ki, Niderlandda on ildə bir dəfə möhtəşəm incəsənət sərgisi keçirilir. Builki sərgidə Azərbaycan da iştirak edəcək.

Konsertdə hollandiyalı pianoçu Sara Krombak, Azərbaycan musiqiçiləri – violonçel çalan Aleksey Mitlıx, skripkaçı Ceyla Seyidova və digər sənətçilərin ifasında tanınmış Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Niyazinin, həmçinin hollandiyalı bəstəkar Henrietta Bosmansın əsərləri səslənib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 6 aprel.- S.7.