Məhəmməd Əmin Rəsulzadə
Nəşrin redaktorları:prof.
Şamil Vəliyev və elmi
işçi Samir Mirzəyevdir.
Əsərləri
Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin
banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii
publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914)
2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə
dövri mətbuatda dərc olunmuş əsərlərinin III
cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli
ötən şənbə saylarımızda)
Dəmavənd ilə Nevadan iki avaz
Fərmanfərmanın
bezatə türk düşməni və rus-ingilis tərəfdarı
ikən istefa edib də yerinə Sipəhdar təyin
olunması məlumumuzdur. Bu ilk nəzərdə bir az
lüzumsuz və mövsümsüz görülən dəgişmənin
hikmətini keçən məqaləmizdə bir az izah etmək
istəmişdik.
Bu kərə
İrandan alınan xəbərlər bu sualı daha vazeh bir
surətdə izah ediyorlar.
Petroqrad və
Moskva qəzetələrinə Tehrandan gələn teleqraflar
İran nəğməyi siyasətində yeni avaz oxunmağa
başlandığından xəbər veriyor. Bu “avazın” nədən
ibarət olduğunu oxucularımız “İran işləri”
qismində oxuyacaqlardır.
Anlaşılıyor
ki, Fərmanfərma çox da özbaşına degil, “əfkari-ammə”nin
tələbi üzərinə mövqeyini Sipəhdara tərk
etmişdir. Rus səfarətxanəsində bəstdə əgləşmiş
olan nümayişçilər əvvəl “hüquq”
( İranda təqaüdiyyə
(pensiya) olaraq xəzineyi-hökumətdən alınana müqərrərə
“hüquq” adı verilər. – M.Ə.) istəməkdən
başlıyaraq siyasi yeni tələblərə
keçmişlər və ilk əvvəl məmləkətdə
gözlənilən intizamı paydar etməkdən aciz olan Fərmanfərmanın
istefasını tələb etmişlərdir. Sonra da Sipəhdar
iş başına gətirilməli, Məhəmmədəli
şah məxluə tac və təxti qaytarmalıdır ki,
Tehranın köhnə məmurları ilə (bəstə
oturanların məmurindən olduğu “hüquq” tələb
etməklərindən anlaşılmaqdadır) vərşikəst
tacirləri rahət olsunlar.
“Bəst”
İran həyati-siyasiyyəsində mühüm rollar oynamış
bir amildir. Son sənələrin ixtilalı içində rus
səfarəti ilə İngiltərə səfarəti bəstligə
yarayan müəssisələrin ən nüfuzlusunu təşkil
etmişlərdir. İranilər məşrutiyyət tələb
edərkən İngiltərə səfarətinə mütləqiyyət
tərəfdarlığı üçün də rus səfarətinə
iltica etmiş və bir növ “zabastovka”dan ibarət olan bu
üsul ilə arzularına çatmışlardır. Bu kərədə
görünüyor ki, rus ordusunun İrandakı parlaq müzəffəriyyətlərindən
İran “şah prinsləri” istifadə etmək fikrinə
düşmüş və sənələrin paydar elədigi
adətdən istifadə ilə yenə “bəstə”
girmişlərdir.
Bəstə girənlərin
məqsəd və arzuları həqqində hələlik
çox az məlumat vardır. Bunlar kəmali-ciddiyyətlə
rus dostu imişlər. Ruslarla qədimdən bəri bəslənməkdə
olan qonşuluq və məhəbbəti türk və alman
fitnə və fəsadına qurban etmək istəmiyorlarmış.
Bunun
üçün də ilk tələbləri qüvvətli və
bu məqsədə səmimi surətdə xidmət edən
bir hökumət təşkilini istəmək imiş. “Bəstnişinlər”in
bu tələbi qəbula keçmiş. Sipəhdar hökuməti
böylə bir arzunun yetişmiş bir meyvəsidir. Fəqət
bu “hüquq”çular bununla qalmayır. Şahi-sabiq Məhəmmədəli
Mirzənin dəxi istiyorlar ki, tac və təxti özünə
qaytarılsın.
İştə,
Dəmavənddən gələn yeni “avaz”!
Oxucularımızın yadındadır ki, bundan neçə
vəqt əvvəl Bakıdaki iranlılardan bir dəstəsinin
Məhəmmədəli şahı təkrar öz təxtinə
çıxarmaq niyyətilə kəndisinə müraciət
etdikləri həqqində paytaxt qəzetələrində bir
xəbər görülmüşdü. O zaman bu xəbər
verilərkən, bu xüsusda şahi-məxluin rəyi də
elan edilmişdi. Guya şah demişdi ki, o, bu sırada qətiyyən
İrana dönmək, İran təxtini təkrar qəbzəyə
keçirmək niyyətində degildir.
Şahi-məxlu
hər nə qədər İrana getmək niyətində
degilsə də, İrandaki tərəfdarları onun İran
xaricində qalması keyfiyyəti ilə bir növ razı
olamiyorlar. Bəstə oturmaq, zabastovka elan etmək və sair təşəbbüslərdə
bulunmaq vasitələri ilə olsa da, mütləqa kəndisini
İran təxtində görmək istiyorlar.
Son zamanlar
Tehranın vəziyyəti bu kibi niyətlər, xülyalar bəsləməgə
görünüyor ki, olduqca müsaiddir. Bunun böylə
olmasına Məhəmmədəli şahın ən sadiq
yavrularından sabiq hərbiyyə vəziri Əmir
Bahadırın Tehrana gəlmiş olduğudur. Əmir
Bahadır o məşhur Əmir Bahadır cəngdir ki, məşrutiyyət
əleyhinə gördügü İqdamatda Məhəmmədəli
şahın “əcinnə”lərindən biri, həm də
birincisi idi.
Əmir
Bahadır 1909-cu ildə Tehranın məşrutiyyətpərəstlər
tərəfindən alınmasından sonrasının
yaylağı olan Zərkəndə sarayında bəstdə
oturub, sonra inqilab hökuməti tərəfindən İran
xaricinə tərd edilmiş idi. Əmir Bahadır son zamanlara
qədər Vyanada olub restorançılıq ediyordu. 1911-ci
ildə Məhəmmədəli şahın Mazandarana
keçib də orada təkrar bir hərəkəti-irticaiyyə
başladığı zamanlar, hər kəs Əmir
Bahadır cəngində İrana gəlməsinə müntəzir
ikən, Əmir “ağır oturub batman gəlmişdi”. Hətta,
hər kəscə qaba, siyasətdən anlamaz, idrakdan məhrum,
bütün məziyyəti yalnız “Şahnamə”yi əzbər
oxumaqdan ibarət bilinmiş ikən, bu “restorançı vəzir”,
o zaman böyük bir zəkavati-siyasiyyə göstərmiş,
(məşhurdur) şah tərəfindən İrana getmək
üçün kəndisinə vaqe olan təklifə “bu səfərdən
faidə görməzsən” demişdi.
O səfər də
“əldən çıxmış iqtidari qaytarmaq təşəbbüsünü
faidəsiz” görən Əmirin bu dəfə “Məhəmmədəli
şahı istiyoruz zamanında – birdən-birə Tehran
üfüqündə “parlaması” bir az mənidar kibi
görünüyor.
lll
İran mürtəceləri
məmləkətin asayişini mütləq Məhəmmədəli
şah ilə Əmir Bahadırın idarə başına
qonmalarında ararkən, “N.Vremya”nın Menşikovu çarəyi
başqa şeydə buluyor. O diyor ki, iranilər madam ki,
hökumətlərini müstəqil görüyorlar, madam ki,
rus ordusunun İranda qalmasını müvəqqəti
sanıyorlar, o halda İranın ixtişaşdan, alman və
Türkiyə fəsadlarına əqva olmasından əmin
olmamalıdır. Çünki müsəlmanlar ancaq özlərini
təbəə bildikləri zaman qüvvətli bir hökumətə
kəmali-sədaqət və səmimiyyətlə ehtiram edər
və onun əmrlərinə baş əgərlər.
İştə, Nevadən digər bir
“avaz!”
Menşikov ağzı ilə
çağrılan bu avazı özündən dinləyəlim:
“Almaniya ilə Avstriyaya qarşı
müharibə etdigimizdə dövlətimizin həyat və məmat
məsələsindən və slavyanlığın bəqa
və davamından bəhs olunursa, Asiya hökumətləri tərəfindən
(Türkiyə və İran) başımıza
açılan müharibədə də vücudumuzu zəhərliyən
iki müzürr yaranın əməliyyati-cərrahiyyəsindən
bəhs etməmək sadəlövlük olurdu. Qətiyyən
cənub xəttində icra etməkdə olduğumuz
müharibələri son bir müharibə şəklində
istifadə etməli və orada öylə bir şərait
hazırlamalıdır ki, artıq nə İran, nə də
Türkiyə başqa bir nüfuza boyun əgməzlər. Məğlubiyyətdə
onlar kəmali bir təbiiyyət görürlər.
Çoxdan bəri İran ilə elədigimiz məşrut
müharibə yarı vəhşi İran ellərinin
müqavimətinə təsadüf ediyor. Onlar buna müqabil cəzalarını
buluyorlarsa da, yenə əvvəlki kibi özlərini İran
təbəəsi sayırlar. Onlar Rusiyayi degil, İran ilə
Türkiyəni özlərinə sahib bilmələrində dəvam
edib qalıyorlar. Buna görə də lazımdır ki, həm
özümüz inanaq, həm də bütün İran ellərini
inandıraq ki, bizim onların topraqlarına girməmiz məşrut
və müvəqqəti degildir. Onlar birdəfəlik qabaqki
hökumətləri və təbiətlərindən əl
üzməlidirlər.
“Bu əvvəlcə vaqe olan müharibələrdə
də böylə idi. Bu üsul çox faidəli bir
üsuldur. Quran əmr ediyor ki, bir kərə tabe olduğun
hökumətə əvvəlüləmr olduğu
üçün tabei-əvvəl buna görə də
Qafqasiya və Zaqafqasiya tatarları (ki irqcə də, dincə
də xalis türkdirlər), öylə də türkmanlar bu
müharibədə rus orduları ilə yan-yana vuruşan az qəhrəmanlar
çıxarmadılar. Çünki Türkiyə hökuməti
ilə İran hökuməti üsulca dünyanın ən fəna
bir idarəsi olduqlarından kəndiləri həqqində
yaxşı bir xatirə buraxmıyorlar. İştə
onları əski biətlərdən xilas etməli, tazə
bir qüvvətə biət etdirməlidir. Bu da ancaq
Quranın göstərdigi vəchlə, yəni tamamilə kəndimizə
tabe etmək surətilə vaqe ola bilər...”.
Böyük müharibə, böyük təcrübə
bir çox şeylər ögrətdi. Fəqət
görünür ki, Dəmavənd yanındaki “şahpərəstlər”lə
Neva kənarındəki “monarxistlər” hələ heç
bir şeyi ögrənməmişlərdir.
Müflis məmləkətdən həqsiz
surətdə almaqda olduqları “hüquqlar”ı
üçün min dürlü fəsada mühəyya olan
“dövləüsəltənələr” hala əski
“büt”lərinə səcdədən əl çəkmək
istəmədikləri kibi, Suvorin tərdidkərdəsi olan
mühərrirlər də müsəlmanlar həqqində bəslənilən
köhnə və çürük bir nəzəriyyəyə
dayanıb Rusiyayı yanlış və qərəzkar
duyğular ilə zəhərləməgdə dəvam
ediyorlar.
Tehran mürtəceləri bilsinlər bir məmləkətin
ümidi-fəlah və nicati ancaq özünə, milli
qüvvətinə ola bilər, menşikovlar da qulaqlarına
sırğa etsinlər ki, Rusiya müsəlmanları hökumətlərinə
sədaqət göstəriyor və rus ordusu səfərində
qəhrəmanlıqlar ibraz ediyorlarsa, bunu qorxu və qüvvətə
tabiiyyəti-saifəsi ilə degil, vicdanlarının rəva
görməsi üzərinə icra ediyorlar.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 23 fevral 1916, ¹118
Fərmanfərma – hökm edən, hakim
Toxmə – pozğunluq
Təxlu – vəzifədən kənar
edilmiş
Vərşikəst – müflislik, iflas
Qəbzə – pəncə
Mənidar – mənalı, dəyərli
İğva – azdırma, yoldan
çıxarma
Məşrut – şərtli, bir şərtlə
bağlı olan
Əqva – daha qüvvətli, daha möhkəm
Müqərrərə – qərarlaşdırılmış,
qərar verilmiş
Tərdid – tərəddüd, qətiyyətsizlik
Bəst
Tehran şahpərəstləri rus səfarətində
bəstə oturmuşlar da Məhəmmədəli
şahın İrana dönməsini istiyorlar.
Bu münasibətlə “bəst” həqqində
bir neçə sətir:
Bəst farsca bəstən-bağlamaq məsdərindən
bir ənsəmdir.
Bəst yəni, bağlı-bağlıyız.
İrani-bastanidə (yəni, qədim
İranda) atəşgədələr, onların hövlisi
müqəddəs idi. Oraya iman gətirmişlər hər bir
həqiqi, qısıntıdan (təsirdən) saklı (məhfuz)
idilər. Nə kibi bir günahkar olsa da, madam ki
özünü atəşi-müqəddəsə
sığındırmışdır, artıq ona cəza
verilməz.
Bu sığınmaq
özü-özlügündə bir tövbə kibi tələqqi
olunub da bəndənin izdan-tərəfinə gəldiginə
dəlil tutulardı.
Atəşgədələrə
sığınmış olanlar amanda idilər. Onları təqib
edən fərraşların üzünə atəşgədələrin
qapıları bağlanırdı. Onlar “bəst”ə
qalırlardı.
Heç bir vəqə və heç bir
müəssisə yoxdur ki, ehtiyacdan doğulmasın. Bu “bəst”i
doğuran ehtiyac da zəiflərin qüvvətlilərə
qarşı hüquqlarını müdafiə edəcək
bir pənahgah bulamadıqları idi.
İran müsəlmanlıq qəbul edib,
atəşgədələr məqamati-mütərrikə ilə
məscidlərə əvəz olduğdan sonra “bəst” ənənəsi
(tradisyonu) aradan qalxmadı.
Atəşgədələr oynayan rolu pirlər,
məqbərələr, böyük məscidlər ifa etməgə
başladılar.
Hökumətin zülmü, xalqların
hüquqsuzluğu, mollaların tamahkarlığı
artdıqca, ədalət yoxaldıqca “bəst” rövnəq
tapıyordu. Xəlqin ümidgahını o təşkil
ediyordu.
Çünki başqa bir pənah yeri, bir
iman evi yox idi.
Get-gedə zülm idarə pozuqluğuna səbəb
olub da xəlqdə ədalət ümidini tamamilə zail edincə
“bəst”in rövnəqi daha da artıb, “bəst” yerləri
çoxalıyordu. Məqbərələr cüzinə məşhur
üləma ilə “müqəddəslər”in evləri dəxi
daxil oluyordu.
Məlum a, sistemsiz və həddindən
artıq icra olunan zülm ilə idarəsizlik bir hərci-mərc
tovlid edər. Öylə də oldu. Yalnız mollaların,
müqəddəslərin evləri degil, nüfuzlu
ricali-dövlətin evləri də birər-birər “bəst”
hökmünü aldı. Poliscə təqib olunan bir müqəssir
artıq nüfuzlu bir mülkədar və yaxud ricali-dövlətdən
(hökumət-adamlarından) bir etibarlısının evinə
iltica etdimi, artıq ona əl dəgilməz və burası məmləkətdən
xaric bir qitə kibi İran nizam və qaidələrindən
müstəsna (ayrı) tutulurdu.
İran hökuməti xarici dövlətlərlə
münasibətə başlayıbda paytaxt və sair vilayət
mərkəzlərində səfarətxanə və konsulxanələr
təsis edilincə əcnəbi nümayəndələri səfirlər
və konsullar dəxi adi bir mülkədarın, yaramaz bir
hakimin, şarlatan bir “molla”nın faidələndikləri “bəst”
həqqindən özlərini məhrum etmək istəmədilər.
Bu məhrumluğu kəndiləri ilə hökumət mətbuələrinin
xəlq nəzərindəki nüfuzu üçün rəva
görmədilər. İran hökuməti buna etiraz edincə
məmləkətin adəti vəchlə rəftar etməkdə
olduqlarını iddia ilə evlərini “bəst” qərar verməkdən
çəkinmədilər.
Get-gedə İran hökuməti zəif
düşüyor, bu zəf artdıqca əcnəbi səfarətlərinin
nüfuzu çoxlaşıyordu. Bu nüfuz artdıqca səfarətxanələr
də ən əmin bir “bəst” yeri olmağa
başlıyorlardı.
Çünki
çoxlaşdıqlarından və suyi-istemal edildiklərindən
naşı ehtiramlarını saxlamamış olan sair İran
“bəst” lərinin “hüquqi-müslimi” İran hakim və fərraşlarınca
çox kərə “ayaq altında” alındığı
halda, əcnəbi dövlətinin səfarət və ya
konsulxanəsindəki “hüquqi-beynəldüvəl”lə
möhkəmlənmiş olan “bəst”ə qarşı getmə
“nəfəs” belə çəkəmiyordu.
Məşrutiyyət hərəkatı
ortaya gəldikdə səfarətlərin “siyasi bəst”ləri
artıq geniş və tarixi bir hal aldı.
İlk dəfə olaraq 1906-cı ildə
Tehrandakı ingilis səfarəti qapılarını ədalət
tələb edən Tehran əhrarına açdı. Minlərlə
əhali səfarətin geniş hövlisinə dolub həftələrlə
burada qaldılar.
Hökumətə buradan tələbnamələr
göndərib əvvəlcə ədalət məclisi, sonra
da məclisi-milli açılmasını tələb etdilər.
Bu vəqtə qədər “bəst”lər
müdafieyi-hüquq üçün bir növ aman yeri olaraq
intixab olunuyor və oraya bağlanıb da o surətlə “bəla”dan
qurtarılmaq istənilirdi. İndi isə “bəst”lər bir
takım hüquqi-əsası qazanmaq üçün
hökumətə qarşı açılan müharibədə
bir növ səngər hökmünü alıyorlardı.
İngilis səfarətinin bu surətlə
məşrutəçilərə səngər olması bədə
İngiltərə dövlətinin vilayətlərdəki
konsulatularına da bu imtiyazı bəxş eləmiş və
hər tərəfdə ingilis konsulxanələri məşrutəçilər
üçün bir amangah, bir “bəst” hökmünü
almışdı. (Növbəti abzas senzor tərəfindən
çıxarılıb və qəzetdə yer ağ
qalıb. Ş.H.).
Xarici müharibələr və daxili
ixtilal və inqilablarda bir tərəf o biri tərəfi
döyüb də özünə tabe edəməzsə, o
ixtilalın tamamilə müsbət bir nəticə ilə bitəcəyi
qabil degildir. İran hərci-mərcindən doğulub da,
hökumətin zəifi sayəsində böyümüş
olan siyasi “bəst”lər İran partiyalarını belə fəlc
bir halə qoydular, bir tərəf qalib gəlincə ötəkilər
“bəst”ə girdilər. O tərəf faiq gəlincə bərikilər
oturdular. Nəticədə hər iki tərəf qaib-məğlub
tamamilə məlum olmadan – yoruldu.
İngilis və rus səfarətlərindən
sonra xəlqin nümayişkaranə bir surətdə “bəst”lərinə
Türkiyə səfarəti ilə konsulxanələri məzhər
oldu.
Bu da Türkiyədə elanı-məşrutiyyət
edildigi zamanlarda idi ki, o zaman şah məclisi
dağıtmış və istibdad müvəqqətən qələbə
çalımışdır. Bu dəfə artıq 1907-ci ildən
sonra çəkişməyə degil, uyuşmağa qərar
vermiş olan rus və ingilis hökuməti şaha
qarşı “fəna” vəziyyətdə bulunmaq istəmiyorlardı.
Buna görə də məşrutiyyətpərvəran
Osmanlı səfərati-kəbirəsinə
sığınıyor. İstədiklərini, istiyorlardı.
Təbrizdə dəxi Səttarxan ilə Bağır xan
ruslara qarşı “müdafieyi-nəfs” üçün
adamları ilə bərabər Osmanlı şahbəndərliginə
sıxınmışlardı.
Siyasi “bəst”lər bəzən öylə
olur ki, aylarla dəvam ediyor. Pənah gətirmiş olan xəlq
çadırlar qurub oturuyorlar və bu məqsəd
üçün sərf olunan ianələrlə plovlar
bişirilib “bəst”ə gəlib iaşə olunuyor. Plov nə
qədər çox olursa bittəb “bəst”ə oturanlar da o
qədər çox olur. Şübhəsiz ki, ac olaraq kimsə
aylarla bir yerə sıxılıb qalmaz.
Görünüyor ki, Tehran mürtəceləri
yenə “müftə plov” tapmışlar.....
M.Ə.
“Açıq söz”, 26 fevral 1916, ¹121
Bəst – pənah yeri
Bastan – keçmiş
Hövl – qorxu
Dumamızın
son qərarı
Dövlət
degil, şəhər dumamızın
Şəhər duması – axır kinayə
və işarə dairəsindən çıxıb da
sorğu-sual dairəsinə girmiş olan – Bakı
ixtişaşlarından sonra mövqeyini fəna hiss elədi.
Oxucular bilərlər ki, dumanın
fevralın 22-də gizli bir iclası olmuşdu. Yenə bilərlər
ki, bu iclasda Tiflisə Canişin həzrətləri
hüzuruna nümayəndələr göndərib də
Martınov cənablarının Bakıda qalması, Bakı
ixtişaşları səbəbinin aranıb, müqəssirlərinin
axtarılması ilə əhali komitələrinin təşkili
həqqində istidaə etməgə qərar verilmişdi.
Gizli məclisdə bu qərarlar alıncaya
qədər nə danışılmış, nə kibi
etirazlar olunmuş, kim hücum etmiş, kim müdafiədə
qalmış, burası qapalı. Fəqət bu qədər
açıq ki, bir gün sonra fevralın 23-dəki iclasda
qalxan etimad məsələsi ilə yeni intixabat keyfiyyəti o
məclisdə olmamış.
Bu xüsus illəti məclisdə meydanə
qoyulmuşdur.
Buna da səbəb upravanın dumadan etimad
istəməsi olmuşdur.
Qlava demiş ki, uprava əlindən gəldigi
qədər iş görmüş. Sair yerlərdə
bahalıq Bakıdan daha artıqdır. Fəqət şeylər
məhəllində baha olduğu halda, şəhər idarəsi
bundan artıq bir iş görə bilməz. Fəqət
bununla bərabər uprava həqqində qlasnılardan bəzisi
sui-niyyət bəsliyorlar. O halda bu halə bundan artıq təhəmmül
olunamaz. Bunun üçün sizdən etimad istəriz, əksəriyyət
hasil olmazsa, iş başında durmayız demişlər.
Fəqət duma böylə bir rəyə
ehtiyac olmadığını bildirmiş, bu xüsusi rəyə
belə qoydurulamamışdır. Uprava bununla razı olmuş
yerinin istiliginə qənaət etmiş və Bıç cənabları
zənciri boyunlarından çıxarmamışlardır. Fəqət
bu surətlə upravaya etimad bəyan eləmiş duma
özü etimad istsməgə möhtac olduğunu
bildirmiş.
Xəlq bizdən şikayət ediyor.
cəmaət bizə inanmıyor.
Mətbuat diluzunluq ediyor.
Deyə Bakı “məclisi-məbusanı”
şikayətə başlamış: “izzəti-nəfs” hissi
qabarmışdır.
– Biz iş bacarmıyoruz, gəlsinlər
başqaları iş görsünlər...
– Bismillah! Bu meydan, bu da təcrübə!...
– deyə qlasnılar yeni seçkilər təyin olunması
üçün təşəbbüs etməgə qərar
vermişlərdir.
Qoy qapalı məclisdə canişin
hüzuruna getmək üçün seçilən
qlasnılar açıq məclisdə qəbul olunan bu məsələni
Canişin həzrətlərindən iltimas etsinlər.
İş burasındadır ki, bundan doqquz
ay əvvəl şəhər duması intixablarının vəqti
tamam idi. O zaman duma yeni intixab təyini üçün icazə
alıb qlasnılarını şəhər qərardadına
görə təzələməli idi.
Fəqət o zaman hissiyati-vətənpərəstanə
ilə mütəhəyyic olan qlasnılar “vətən və
məmləkətin müdafiəyə lazım müsbət
işlər istədigi böylə bir zaman”da bihudə
seçki qovğaları ilə məşğul olmayı vəqtə
müstəzi görmədilər. “Bizdən
yaxşısı” kim seçiləcək məalına
görə yenidən intixab etmək degil, müharibə tamam
oluncaya təkin intixab etməmək üçün təşəbbüs
etdilər. O zaman vaqe olan təşəbbüsə
yanvarın son günlərində müvafiqət cavabı
alındı.
Fəqət imdi əhval tam başqa bir
şəkil alıyor. Məlumat üstündə
çıxan ixtişaşlardan və “xəlq ilə mətbuat”ın
etimadsızlıq göstərdiklərindən sonra da
qlasnılıqda qalmayı şəhər ataları
şanlarına rəva görmədilər.
Fəqət seçki dəgişilməklə
dumanın mahiyyəti dəgişə biləcəkmi?
Gərək mətbuat, gərək əhali
tərəfindən ibraz olunan ədəmi-etimad bu gün
dumada qlasnılıq yerini tutanların şəxslərinə
qarşımıdır?
İştə məsələ!
Bakı mətbuatına mənsub bir
mühərririn dedigi kibi kəmsavad bir mürəttib tərəfindən
biri-birinə bənzər hürufları yerbəyer etməklə
mənidar bir şeir düzülməz.
Dumanı fəaliyyətsiz, təşəbbüssüz
edən hər şeydən əvvəl onun vücuduni təmin
edən “qərardad”ıdır.
Məzkur qərardada görə duma
seçkilərində xəlqin həqiqi ehtiyacatını
bilən, şəhərin əksəriyyətini təşkil
edən, hətta, qismi-münəvvərini, fikir və
duyğu sahibi olan hissəsini təmsil edən şəxslər
iştirak edə bilmiyorlar. Dumaya seçmək və
seçilmək imtiyazi məhdud birtaqım dövlətlilərin
əlindədir. İstər min dəfə seçkilər dəgişilsin,
qlasnılardakıi az bir dəgişikliklə bərabər
ruh haman ruh, fəaliyyət haman fəçaliyyət olacaq. O
seçkilərdə iştirak edən mümtaz sinfin ruhi, o
zübdə adamların ağırlığı.
Bu duma özü məkulat məsələsinin
doğru bir surətdə həlli üçün əhali təşkilatına
lüzum görüyor. Bu lüzumi dərk ediyor, bu xüsusda
istitadə bulunuyor. Demək ki, duma özü etiraf ediyor ki,
şəhər işləri yoluna düşmək
üçün əlimizdəki qərardadın təyin elədigi
cəmaət qüvvətlərindən başqa bir qüvvət
işə buraxılmalıdır. Bu qüvvət şübhəsiz
ki, demokratiya qüvvətidir.
Dövlət duması sənələrin
hasili və bu müharibə günlərinin təsdiq elədigi
təcrübələrə dayanaraq Dövlət duması
şəhər dumaları qərardadını islah etmək
təşəbbüsündədir. Bu islahat şübhəsiz
ki, şəhər işlərinə yeni bir həyat verə
bilər və bilxassə məkulat xüsusunda bir çox
sühulətlər törədər. Fəqət dumadan
yaxın bir zamanda seçkilər keçiriləcəginə
inanılsa belə, çoxdan bəri lüzumuna böyük
bir ehtiyac görülən bu qanun Dövlət Şurası
ürəfasından tezliklə keçə biləcəgini
kim təmin edər?...
Əsas etibarı ilə bələdiyyə
işlərinin ancaq bələdiyyə
üsuli-intixablarının müvafiq bir yolda islahı ilə
qabil ola biləcəginə qaneiz. Fəqət bununla bərabər
əhali gəldi vəzifəsinə ciddiyyətlə baxar və
istədiklərini qüvvətli bir əfkari-ammə şəklində
nümayiş etlirə bilərsə, bu surətlə az faidə
hasil etməz!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 28 fevral 1916, ¹122
Mütəhəyyic – həyəcan, həvəs
Müqtəzi – lazım, vacib
Müvafiqət – razılıq vermə
Məkulat – yeməli şeylər, ərzaq
Zübdə – seçilmiş hissə
İstida – yalvarıb istəmə
Sühulət – asanlıq, yavaşıq, əlverişlilik
Qurama
Quramaya mövzu arıyordum....
Arkadaşım – dünyanın bu qaynar vəqtində
mövzu üçün məəttəlmi qalırsan?! ...
dedi.
Etirazı ilk baxışda həqli idi.
Uzaqdan baxana dava şirin görünür
– dedim.
Nə var.... İmdi nə yazmaq olmaz ki?,
... ixtarını eşitdim.
Cavab olaraq:
Bakı vaqeələri nə vəqt oldu və
nə vəqt yazıldı?.... Sualını verə bildim.
Yoldaşım fikrə gedib də
dodağının ucuyla tərənnüm etdi.
– Sən bil ....
– Mən dedim, sən bil.
lll
Doğrusu yadıma düşdü.
Qurtuluş iclaslarından daha yaxşı qurama olarmı?
Dil qurama.
Proqram qurama.
Fikir qurama.
Hər şey qurama.
İştə dinləyiniz:
Sədr cənabları heç bir zaman
idarəyə gəlməzlər. Əsl iş
yoldaşdadır. Bu əvvəlindən böylə
quranıb gəlmişdir.
Sədr yoldaşı zəngi basıyor:
Qaspada, zasidaniyanı atkrıvayu.
İdarənin iclasıdır. Başqa
qonaqlar da vardır.
Yoldaş davam ediyor:
Bilirsiniz ki, vapervıx bir kamisya
seçilmişdi. Bu kamisyanın predsedateli tak ili inaçe
işi apara bilmədi.
Kənardan birisi: bir az saf türkcə
olmazmı?
– Qaspada, astavte pajalusta şutit. Ya ne moqu
qovorit po tatarski. Budte seryoznı.
– Nu, vot, qaspada mnoqouvocayme i... onun yerinə
priqlaşat elədik.
Qurtuluş xilasının
danışığını eynilə nəql edərsək
quramamız tam alabəzək olar. Ama qorxuyoruz derlər ki, bu nədir,
qəzetəni tatar dili ilə yazıyorsunuz...
Bəli tatarlara gülüyorduq.
Fəqət tatarlar dörd yüz ildən
ziyadədir ki, rus mühiti ortasına
atılmışdır. Biz imdidən böylə
başlarsaq... çox çəkməz lap
“tatar”laşarıq.
Yoldaşım yazdıqlarımı
oxuyormuş.
– Tatarlaşarıq nə demək? zatən
tatar degilmiyiz?
– Bunu sənə kim dedi?
– Məktəblərimiz həqqində bir
layihəni özünüz basmadınızmı!
Əvət, o da bir növ quramadır ...
yaxud qondarmadır...
Niş
“Açıq söz”, 2 mart 1916, ¹125
(Ardı var)
Şirməmməd
Hüseynov
525-ci qəzet.-
2012.- 7 aprel.- S.26-27.