“Azərbaycan xalçaları – Bakı qrupu” təqdim olunub

 

“Azər-İlmə” xalçaçılıq müəssisəsi növbəti nəfis nəşrini oxucuların ixtiyarına verib. “Müəssisədən Lent.az-a verilən məlumata görə, “Azərbaycan xalçaları öz qrupları” ilə silsiləsindən “Azərbaycan xalçaları – Bakı qrupubroşürü işıq üzü görüb.

Nəşrdə Bakı xalçaçılığının səciyyəvi xüsusiyyətləri, inkişaf mərhələləri ətraflı tədqiq olunub. Oxucular bu nəşr əsasında Bakıda toxunan ən nadir xalçalarla, onların özünəməxsus cəhətləri, toxunma texnologiyası, rəng və kompozisiya xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bakı xalçaları həmişə nəfis elementləri, orijinal bədii tərtibatı, zərifliyi və incəliyi ilə seçilib. Burada ilmə sıxlığı 38x38 sm-dən başlayaraq 40x40, 42x42, 38x45, 45x45 sm aralarında olan kiçik ölçülü “Novxanı”, “Suraxanı” və “Fatmayı” xalçaları, eyni zamanda 130x350 sm, 120x300 sm ölçülü nisbətən iriGoradil”, “Fatmayı”, “Xilə-buta”, “Xilə-Əfşan” kompozisiyalı xalçalar da istehsal edilib.

Oxucuların Bakı xalçaçılıq məktəbi haqqında tam təsəvvür əldə etməsi üçün broşürdə “Azər-İlmə”nin kolleksiyasında qorunan nadir xalçaların təsviri də verilib. Azərbaycan, rus, ingilis, ərəb, fransız və alman dillərində çap olunan broşürün beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları, tarixçilər arasında yayılması nəzərdə tutulub. Layihənin rəhbəri professor Vidadi Muradovdur.

 

 

525-ci qəzet.- 2012.- 7 aprel.- S.15.