Ədəbiyyat İnstitutunda 2011-ci ilin ədəbi yekunları müzakirə edilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda 2011-ci ilin ədəbi yekunlarına həsr olunmuş müşavirə keçirilib. APA-nın məlumatına görə, müşavirədə çıxış edən institutun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli bildirib ki, tədbir ölkə prezidentinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində keçirilir: “Azərbaycan hazırda yüksək sürətlə inkişaf edən ölkəyə çevrilib. Ədəbiyyatçıların da borcu bu siyasi, iqtisadi inkişafdan geri qalmamaq, onunla ayaqlaşmaqdır”.

T.Kərimli deyib ki, akademik Ramiz Mehdiyevinİctimaihumanitar elmlər: zaman kontekstində baxış” məqaləsində humanitar sahədə qarşıya bir sıra mühüm vəzifələr qoyulub: “Biz o vəzifələri yerinə yetirməyə çalışırıq. Təəssüf ki, iqtisadisiyasi sahələrlə müqayisədə humanitar sahə ləng inkişaf edir. Azərbaycan klassik ədəbiyyatının çox yüksək ənənələri var. Keçid dövrünün təsirindən biz bu ənənələri layiqincə davam etdirə bilməmişik”.

Müşavirədə daha sonra 2011-ci ildə Azərbaycan poeziyası, nəsri, dramaturgiyası, ədəbi tənqidi, bədii publisistikası və Cənubi Azərbaycanda ədəbi proseslərlə bağlı məruzələr dinlənilib.

 

 

525-ci qəzet.- 2012.- 12 aprel.- S.7.