Səmimiyyətin bədii ifadəsi

 

Xeyli vaxtın söhbətidir. Bir gün həmyerlim və dostum Hacı Bayram Aslanov söhbət əsnasında məndən soruşdu: Ofelya Babayevanın şeirlərini oxumusan? “Adda-budda oxumuşam, küll halında Ofeliya xanımın yaradıcılığına bələd deyiləm” – bildirdim. Yaxşı söz duyumuna malik pedaqoq-ədəbiyyatşunas o zaman fikrini belə tamamladı: “İstərdim ki, tələbə yoldaşımın şeirlərini yaxşıca oxuyasan, sonra bu barədə düşünüb-daşınaq, fikir mübadiləsi aparaq”.

Budur, Ofeliya Babayevanın “Qanun” nəşriyyatında yenicə işıq üzü görən kitabı masamın üstündədir: “Dünya, eşit məni”. Bu seçmə nümunələr ilk misralardan sonuncu misralaracan məni çəkib başqa sehrli bir aləmə apardı. Sadəliyi, adiliyi poetik kəşfə çevirib ən yüksək mərtəbələrə qaldıran, öz söz dünyasının rəngarəng mənzərələrini yaradan, heç bir süni boyadan, bər-bəzəkdən istifadə eləmədən könül rübabını həzin-həzin dilləndirməyi bacaran şairə yaratdıqları ilə həm şəxsi tərcüməyi-halını ortaya qoyur, həm də bölünən, parçalanan, zaman-zaman yadelli hücumlarına məruz qalıb inləyən vətəninin xəritəsini çəkir. Əslində bu tərcümeyi-hallar elə eynidir. Məgər nəhəng söz ustadlarımızın taleyini yurdumuzun taleyindən kənarda təsəvvürə gətirmək mümkundur? Ofeliya xanım “Dünya, eşit məni” deməklə kar-kor olmuş ədalətsiz dünyaya etirazını buya başqa şəkildə bildirir, bir əqidəli söz əhli kimi yaxşı dərk edir ki, dünyanın pambıq basılmış qulaqları heç kəsi eşitmir, lakin həqiqəti demək lazımdır. Fərqi yoxdur, bədii həqiqət şəklində, yaxud nisbətən çılpaq formada.

Bu kitabı oxuyub bitirəndən sonra əgər soruşsaydılar müəllifin yaradıcılığını bir- iki kəlməylə necə səciyyələndirmək olar? Mən fikirləşmədən bu sualın qabağında beşcə kəlmə söz yazardım: səmimiyyətin bədii ovqata yüklənmiş ifadəsi. Həqiqətən bu fikir sözgəlişi deyil, şairə bütün şeirlərində hətta bənd və misralarında, misradaxili ifadələrində səmimidir. Bu səmimiyyətin çoxluğu poetik dünyasına dadduz qatıb, onun artıqlığı qətiyyən yeknəsəklik, primitivlik, ifrat bəsitlik yaratmayıb.

Dünyaya təşrif gətirən hər bir insan nə qədər doğmalarının əhatəsində olsa da, fərd kimi həm də təkdir, tənhadır. Çünki bioloji varlıq kimi qeyri-adi xüsusiyyətlərə malikdir, bu mənada heç kəs heç kəsin təkrarı deyildir. Mövlana Cəlaləddin Rumi də təklikdən darıxırdı. Tənhalıq hürufi İmadəddin Nəsimini də bezdirmişdi, Məhəmməd Füzuni də “dərd əlindən dağa” çıxarmışdı. Ofeliya Babayevanın “Təklik motivləri” adlı lirik-fəlsəfi düşüncələri klassik şairlərimizin söylədiklərinin, qənaətlərinin sanki birbaşa əks-sədasıdır.

 

...Ömrümə yazılan

Tənhalığımın

Bircə anını da

Vermərəm yelə...

Mən tənha olanda

Çiçək oluram.

Bir azca ağlağan,

Bir azca qəmli,

Payız havası tək

Kövrək oluram.

 

Səfərə çıxıram”, “Məni sevənlərə, sevməyənlərə”, “Payız, külək, yarpaqlar”, “Dəniz”, “Gedən yerim olaydı”, “Qəm etmədim”, “Kaş”, “Dünyam”, “Daşam...”,

Ürəyimə toxunma”, “Dünənim, sabahım”, “Qıyma”, “Bu yazıq...”, “Qorxu”, “İstəmirəm”, “Ötən günlərimkimi şeirlər narahat, gərgin axtarışların məhsullarıdır. Bu poetik parçalarda hər şey var: insan sevgisi , uğursuz məhəbbət notları da, Vətən torpağının Məcnunanə vəsfi , təbiət cəmiyyət mənzərələrinin şairanə ifadəsi . Müəllifin hissi-həyəcanı isə həmin nümunələrə dirilik suyu verib, qidalandırıb, oxucu malı edib.

 

Ürəkdir əzəldən alınmaz qalam,

Vətənin köksündə yamacam, yalam.

Doğma dolaylarda arxalı ollam,

Səfərə çıxıram.

 

Bu “səfərtəkcə təbiət gözəlliklərini doyunca seyr edib evinə-eşiyinə qayıtmaq deyil, bal arısı kimi ən zərif sözlərin ətrini çəkib, rayihəsini duyub, misraları ətə-qana gətirməkdir.

 

Gözüm gözünə həsrətdir,

Özüm özünə həsrətdir.

Ürək dözümə həsrətdir,

Kədərim ta soyuyunca .

 

Ofelya xanımın şeirləri ovqat şeirləridir. Məlumdur ki, səmimiyyət olmayan yerdə ovqat, ovqat olmayan yerdə səmimiyyət mümkün deyil. Şifahi xalq ədəbiyyatını gözəl bilən müəllifin əksər poetik misraları elə folklor üstə köklənib, buna görə yaddaqalan axıcılığı ilə seçilir, o saat ürəyə-beynə həkk olunur, sanki dağ çeşməsinin suyudur: saf, təmiz, büllur.

 

Rəssam kimi payız yenə bəzəyib,

Ağacını, yarpağını meşəmin

Yorğan çəkib xəzəllərdən üstünə,

Sığallayır torpağını meşənin.

 

yaxudYağışşeirindəki misralar o qədər təzə-tər, forma əlvanlığı o qədər yerindədir yenidir ki, üçcə bəndlik poetik parça insanın duyğu düşüncələrinə hakim kəsilir, onu ovsunlayır. Bu zaman bir təbiət hadisəsi kimi həqiqətən yağışın yağmasını, ildırımın caxıb göyün guruldamasını, buludların pərən-pərən düşüb göz yaşı axıtmasını, qəzəbli səmanın gah tutulub, gah acılmasını görürsən:

 

Buludlardan qopub gələn yağış,

Yer üzünə, qovuşmağa can atır.

Sən göylərin nəğməsisən, yağ, yağış

Hər xalında neçə-neçə sirr yatır.

 

Buludlar kövrəlibzahirən təbiət şeiri təsiri bağışlayır. Amma burda söhbət göydə dolaşan çən-dumandan, buludlardan getmir. Müəllif dönə-dönə təsdiq eləməyə çalışır ki, insan da bir parça torpaqdır, bir ağacdır, bir qom bənövşə çiçəyidir, onun da varlığını çən-duman sarıya bilər, başında dolaşan buludu sakit can havasını bir andaca poza bilər.

 

Buludlar nədənsə yaman kövrəlib,

Ümman yaranacaq bu göz yaşından.

Dağlar da bu payız mənə bənzəyib,

Dumanlar, tüstülər çıxır başından .

 

Eşqdən canımda pünhan bir mərəz var, ey həkim” – deyə fəryad qoparırdı Şərqin ən nəhəng məhəbbət nəğməkarı Füzuli. Ofelya Babayevanın yeni kitabında toplanan şeirlərinin xeyli qismi “Bu etirafdır, tövbədirbaşlığı altında yer alıb.Yox, daha mən səni sevən deyiləm”, “Arzu”, “Çəkmə məni imtahana”, “Xatırla məni”, “Yadıma düşürsən”, “Eşqim”, “Ürək daş deyil”, “Həsrət”, “Yollar”, “Bağışla”, “Bu həsrət”, “İntizar”, “Bu dünya çiçəkmiş”, “İki rübai”, “Bayatılarkimi bədii nümunələr həm ötən gəncliyin sevgi etirafları etirazlarıdı, həm daşlara cırpılan nakam duyğuların ağrılarıdır. Əlbəttə Ofelya xanıma bədbinlik, düşkünlük, yersiz sızıltı yaddır. O, bəzənDünyanın kələfi gözümdə tordu, indi ümidlərim küll altda qordu” – söyləsə , həzin notlarının ifadəsində mərdi-mərdanədir, kişiyanədir, müraciətində məğrurluğunu, vüqarını saxlayır.

 

Məskən oldu sənə ürək,

Bax, o gündən oldu kövrək.

Bir fikirləş özün görək...

Qoyma dərddən ürək yan,

Çəkmə məni imtahana.

 

Çəkmə məni imtahana”dakı sınaq təsadüfi sınaq deyil, sevgiyə əbədi ilahi inamın təzahürüdür. Bu imtahanömürdə işıqyandırır. Axı, “ilahi əzabi dözənə verir”. O zaman sərinmeh gülləri əyəndə” (“Yadıma düşürsən”) aşiqlərbir azca sərsəm olurlar, sevincə, qüssəyə həmdəm olurlar” (“Sevənlər”). Bir çəmən çiçəyəm, bir çəmən güləmzərifliyi nəcibliyiÜrək daş deyil”də daha kəskin etiraza səbəb olur.

 

Sən idin dünyada dövlətim, malım,

Şöhrətim, izzətim cahi-cəlalım.

Sahilsiz ümmandır indi xəyalım,

Tale mən deyəni nədənsə demir,

Ürək daş deyil, ki, dəmir.

 

Taleyin qismətilə barışmaq, varsa, onunla qane olmaq mübariz ruhlu, üsyankar təbiətli insanlara yad cəhətdir. Çünkihara getsək bu hallar bizi qarşılaşdırar”. (“Tale kimi”) fəlsəfəsi yalnız zəiflərin həyat poetik devizidir.Yollarmüəllifi min cürbəlkə”lərə tuş gətirsə , “bu həsrətqarşısını kəsənintizarxofu ürəyinə şübhə toxumu səpələsə , misralarının gen-bol işığı bütün kölgəliklərə işıq salır. Bu nur, bu ziya, bu gözəçarpan işıq Ofelya Babayevanın ürəyinin işığıdır: səmimi şəkildə eninə-uzununa gözlərin içinə, daxilinə hopub, ta uzaq üfüqlərdə görünür.

 

Həsrətin üşüdər səni qar kimi,

Dönərəm küləyə... sözü var kimi,

Qarşına çıxaram son bahar kimi,

Sonra xatirəndə çiçək olaram...

Nisgilli olaram, kövrək olaram...

Payız gülündən titrək olaram...

 

 

Ağacəfər HƏSƏNLİ

 

525-ci qəzet.- 2012.- 12 aprel.- S.7.