Fariz Bədəlovun xatirəsinə həsr edilmiş filmin təqdimatı keçirilib

 

NizamiKino Mərkəzində 2011-ci il martın 8-də Ağdam rayonu ərazisində erməni işğalçıları tərəfindən qətlə yetirilmiş 9 yaşlı Fariz Bədəlovun xatirəsinə həsr edilmişAna haqqı” filminin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, film Respublika Uşaq Təşkilatının təşəbbüsü ilə ANS televiziyası tərəfindən çəkilib. Filmin ideya müəllifi Respublika Uşaq Təşkilatının rəhbəri, millət vəkili Gülər Əhmədova, müəllifi, rejissorussenari müəllifi Zəminə Əliyevadır. Film Dağlıq Qarabağ münaqişəsi zamanı və atəşkəs dövründə cəbhə xətti bölgələrində ermənilər tərəfindən öldürülən uşaqlardan bəhs edir.

Təqdimat mərasimində millət vəkilləri, ictimai-siyasi xadimlər və qətlə yetirilən Farizin ailə üzvləri iştirak edib. Çıxış edən millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, uşaqların Ermənistanın işğalçı ordusunun snayperləri tərəfindən qətlə yetirilməsi azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın və etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu sübuta yetirir. O, filmin çəkilməsini ermənilərin Azərbaycanda törətdikləri faciələrin dünya ictimaiyyətinə çatdırılması baxımından yüksək səviyyəli kimi dəyərləndirib.

Ana haqqı” filminin rusingilis dillərinə tərcümə olunduğunu açıqlayan G. Əhmədovanın sözlərinə görə, film başqa dillərdə də səsləndiriləcək və dünyanın bir çox ölkələrində nümayişi təşkil ediləcək.

 

 

 525-ci qəzet.- 2012.- 13 aprel.- S.4.