Vüqar Səfərli: “Jurnalistlərə evlərin verilməsi ilə bağlı sənədlər 2013-cü ildə qəbul ediləcək”

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli “Mövqe.az” saytının suallarını cavablandırıb.

Vüqar müəlim, jurnalistlər üçün inşa edilən binada tikintinin vəziyyəti nə yerdədir?

Tikinti işləri təsdiq olunmuş qrafikə əsasən aparılır və heç bir yubanma yoxdur. Hazırda binanın 8-ci mərtəbəsində tamamlama işləri gedir. Müqaviləyə uyğun olaraq tam təmirli mənzillərin 2013-cü ilin sentyabrında jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

– Evlərin verilməsi ilə bağlı sənədlərin qəbulu hansı formada və nə vaxt həyata keçiriləcək?

– Jurnalistlərdən sənədlərin qəbulu 2013-cü ildə həyata keçiriləcək. Evlərin verilməsi üçün əvvəlcədən müəyyən kriteriyalar müəyyənləşəcək. Həmin kriteriyalar kütləvi informasiya vasitələrində elan ediləcək. Bu elandan sonra jurnalistlər fərdi şəkildə aidiyyəti üzrə tələb olunan sənədləri toplayaraq Fonda təqdim edəcəklər.

– Hazırda bu barədə Fonda müraciətlər olurmu?

– Bəli, bu barədə jurnalistlərdən, jurnalist təşkilatlarından, hətta aidiyyəti olmayan təşkilatlardan da Fonda müraciətlər edilironlara müvafiq cavablar verilir. Bir daha jurnalistlərin nəzərinə çatdırmaq istərdik ki, hər hansı jurnalist təşkilatının məsələ ilə bağlı məktubla müraciət etməsinə ehtiyac yoxdur. Əvvəl də qeyd etdiyim kimi, jurnalistlər ev almaq üçün sənədləri yalnız fərdi qaydada təqdim edəcəklər.

 

 

525-ci qəzet.- 2012.- 17 aprel.- S.3.