Türkiyədə
azərbaycanlı musiqiçinin yubiley konserti olub
Türkiyənin Bursa şəhərində azərbaycanlı
bəstəkar və pianoçu İlyas Mirzəyevin
yaradıcılığının 30 illiyi qeyd olunub. Əməkdar
incəsənət xadimi Fəxrəddin Kərimovun
dirijorluğu ilə Bursa Dövlət Simfonik Orkestrinin
İlyas Mirzəyevin yubileyinə həsr olunan konsertində məşhur
“İpək Yolu” musiqi kompozisiyasının müəllifləri
və “Üç qitə, bir dəniz” layihəsinin
iştirakçıları Ercan İrmak, Sinem İrmak, Mehri Əsədullayeva,
Mahmud Turan, Göksel Baktadir solist kimi iştirak ediblər. Azərbaycanlı
yubilyar pianoçunun ifası da salondakı dinləyicilərin
alqışları ilə qarşılanıb.
GÜNEL
525-ci qəzet.- 2012.- 18 aprel.- S.7.