ABŞ-daYunus Əmrə” oratoriyasının təqdimatı keçirilib

 

Bakı Musiqi Akademiyasının tələbələri Mustafa Mehmandarov, Elvin Nəcəfov və Narın Musayeva TÜRKSOY-un simfonik orkestrinin tərkibində ABŞ-da “Yunus Əmrə” oratoriyasının təqdimatında iştirak edəcəklər.

TÜRKSOY-un Ankaradakı baş ofisində “Yunus Əmrə” oratoriyasının aprelin 23-də və 25-də Nyu-York və Vaşinqtonda musiqisevərlərə təqdim olunması layihəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Təşkilatın baş katibi Düsen Kaseinov jurnalistlərə bildirmişdir ki, görkəmli türk bəstəkarı və Türkiyədə ilk operanın müəllifi olan Əhməd Adnan Sayqunun 54 il əvvəl bəstələdiyi bu oratoriya türkdilli ölkələrin 80 gənc musiqiçisinin iştirakı ilə TÜRKSOY-un simfonik orkestri tərəfindən yenidən hazırlanmışdır. ABŞ-ın Conatan Qriffit xorunun da müşayiəti ilə keçiriləcək konsert layihəsi “Türk torpaqlarından simfoniya səsləri” adlanır.

Konsertlər Nyu-YorkunLinkoln Center Avey Hall” Vaşinqtonun “Strathmore Music Center” kimi nüfuzlu salonlarında təqdim ediləcək.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 19 aprel.- S.7.