Tarixi abidələrin bərpası mövzusu Tiflisdə müzakirəyə çıxarılıb

 

Aprelin 17-də Qurucu David adına Tiflis Dövlət Universitetində tarixi abidələrin bərpası mövzusunda beynəlxalq konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi ilə Tiflis Teatr, Musiqi, KinoXoreoqrafiya Muzeyinin təşəbbüsü və Türkiyənin maliyyə dəstəyi ilə keçirilir.

Beynəlxalq konfransı Gürcüstan Tarix Dövlət Muzeyinin direktoru Giorgi Kandelaki açaraq tədbirin Gürcüstanda ilk dəfə keçirildiyiniböyük əhəmiyyət kəsb etdiyini bildirib. O deyib ki, tədbirdə bərpaçı alimlər bərpa mədəniyyətinə dair təcrübə mübadiləsi aparacaq, tarixi abidələrin müasir vəziyyəti və bərpa proseslərinin necə aparılması barədə fikir, mülahizə və rəylər bildiriləcək. Beynəlxalq konfransa Türkiyə, İran, Azərbaycan və Ermənistandan olan bərpaçılar qatılıb. Tədbirin birinci günü Türkiyə, Gürcüstan və digər ölkələrin bərpaçı mütəxəssisləri tarixi abidələrin görüntülərini və bərpa vəziyyətini nümayiş etdiriblər və məruzələrlə çıxış ediblər.

Tədbirdə Azərbaycanı 5 nəfər alim təmsil edir. Bu gün iki Azərbaycan aliminin (Telman Kərimli və Natiq Səfərov) çıxışı nəzərdə tutulub. Tədbirin sonuncu günü konfrans iştirakçıları üçün tarixi abidə və məbədlərin yerləşdiyi Tiflis, eləcə də Msxeta və Uplistsixeyə səyahətlər təşkil olunacaq.

Beynəlxalq konfrans 4 gün davam edəcək.

 

 

525-ci qəzet.- 2012.- 19 aprel.- S.7.