Zahid Oruc: “ Məhəlli
partiyaçılıqdan çıxmaq üçün
qeydiyyatla bağlı tələb olunan rəqəm qaldırılmalıdır”
Müsahibimiz
Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə
komitəsinin üzvü, Ana Vətən Partiyasının
(AVP) sədr müavini Zahid Orucdur.
–
Zahid bəy, “ Siyasi partiyalar haqqında ” qanuna dəyişiklikləri
nəzərdə tutan yeni qanun layihəsi yenə də
müxalifətin, xüsusilə, parlamentdən kənar
müxalifətin kəskin etirazı ilə
qarşılandı. Bəs, siz bu sənədi necə dəyərləndirirsiniz,
hərçənd ki, bununla bağlı parlamentin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin
iclasında müəyyən fikirlərinizi bildirmisiniz...
–
Bilirsiniz, bu qanunun dəyişdirilməsini tələb və
təklif edən ən çox elə müxalifət
özü olub. O cümlədən, parlament müxalifəti,
hətta, Pənah Hüseynin təmsil olunduğu dövrdə
məhz “Müsavat” fraksiyası olub, əgər onlara da
fraksiya demək olarsa. İkincisi, Venesiya Komissiyasının bu
məsələ ilə bağlı verdiyi rəylə yəqin
çoxları tanışdır və söyləyim ki, bu,
mənə onların 2009-cu ildə referenduma, Konstitusiya layihəsinə
verdiyi rəyi xatırladır. Estoniyaya, məsələn, digər
Baltikyanı ölkələrə verdiyi rəylərdə
müsbət saydıqlarını Azərbaycan
Konstitusiyasında mənfi qiymətləndirmişdilər.
Bunu da çoxları yaxşı xatırlayır.
Məsələ
nədədir? Xarici vətəndaşlara partiya yaratmaq
hüququnun verilməsi. Çox açıq deyim ki, bu
aşkar şəkildə, – demirəm sakral, demirəm loja,
demirəm mistik qüvvələrin – məxfi mərkəzlərin
Azərbaycanı ələ keçirmələrinə yol
açar. Mən demirəm erməni vətəndaşı gəlib
Azərbaycan dövlətinin mühüm məqamlarına yiyələnə
bilərdilər, hakimiyyət uğrunda mübarizədə
önəmli mövqe qazanardılar, amma faktiki olaraq, bu, Azərbaycanın
ələ keçirilməsinə yol açan bir müddəa
olardı. Bunu axı, necə qəbul edə bilərdik?
Venesiya Komissiyası isə bu müddəanı Azərbaycanın
əleyhinə saxlayıb ki, onu biz niyə qəbul etməmişik...
Bundan
başqa, Azərbaycanda bu gün 50-dən artıq partiya var və
Azərbaycanın siyasi sistemi bu vəziyyətdə işləyir.
Ancaq bu partiyaların hamısı Azərbaycan cəmiyyətində
görünürmü, təqdim olunurmu? Bir fərd bir iddia,
bir fərd bir qovluq partiyası, bir bəyanat bir partiyadır.
Bizdə məhz bu model işləyir. Mən isə belə
hesab edirəm ki, Azərbaycanda məhəlli
partiyaçılıqdan, lokal partiyaçılıqdan,
paytaxt partiyaçılıqdan çıxmaq
üçün yeni qanunda partiyaların qeydiyyatı məsələsinə
mütləq qayıdılmalıydı...
–Sizcə,
qeydiyyat üçün nə qədər imza tələb
olunmalıdır?
– Fikrimcə, 5 min rəqəmi
optimal idi. Heç kimə diskriminasiya yaratmırdı və ölkə üzrə kvota tətbiq etmək olardı ki, məsələn, daha Azərbaycanın bir zonasının partiyası olmasın, ölkə miqyasında o əhatə olunmuş olsun. O cümlədən,
burada bir sıra məsələlər
var ki, düşünürəm,
onlar da çox önəmlidir ki, biz həmin məqamlara qiymət verək. Məsələn,
partiyanın adı ilə bağlı. Bütün digər ölkələrin qanunvericiliyinə
baxmışam, orada partiyanın adı altı sözdən ibarət olmalıdır, yəni, çox olmasın. Bizdə isə çoxlu uzun adlardan ibarət
partiyalar, xarici ölkə adını daşıyan partiyalar yaradıla bilər, bizlərdə bu da mümkündür . Ona görə biz onu qanunla qadağan
edə bilərik.
O cümlədən, burada bir çox məsələlər, qeydiyyata
alınmaq, alınmamaq
kimi məsələlər
var- qeydiyyata alınmamışam, amma fəaliyyət aparıram.
Azərbaycanda bu sistem uzun müddət
işləyib. Bu təxminən
bilirsiniz nəyə oxşayır, iqtisadi bir qurumdur, qeydiyyata
alınmayıb, VÖEN-i
yoxdur, amma məhsul istehsal edir. Yəni, partiya əslində siyasi ideya istehsalçısıdır,
siyasi fikir istehsalçısıdır, mübarizə
qüvvəsidir. Ancaq
mahiyyətcə qeydə
alınmırsa, o, necə
fəaliyyət göstərə
bilər?
Eyni zamanda, bir neçə
seçkilərdə iştirak
etməyən partiyanın
bu statusu itirməsi müddəasının
yeni qanunda yer almasını çox istəyirəm. Azərbaycanda bu gün boykotçuluq bir siyasi mübarizə
ənənəsinə çevrilib.
Partiyanın yaradılışının
doğal prinsipi seçkilərdə iştirakla
konstitusion səlahiyyətlərini
gerçəkləşdirməkdirsə və o, bunu etmirsə, bu necə partiya adına layiq görülə bilər?
Məsələn, “üç seçkidə
iştirak etməmək
bu hüququn itirilməsidir” kimi müddəanın yeni sənəddə olmasını
çox arzulayıram.
Fakt da var. Azərbaycan Xalq Cəbhəsinin praktikası
gözümüzün qabağındaydı.
Partiyanın hüquqi
varisini müəyyənləşdirmək
mümkün olmurdu. Nizamnamə əsasmı götürülsün, Məclis
üzvlərimi, yoxsa digər seçkili orqanlarmı? Bu məsələ
ətrafında gördük
ki, həqiqətən
də ciddi problemlər var. Odur ki, bu məsələ
ilə bağlı müddəaları bura daxil edə bilərik...
– Partiyaların qərargah məsələsi də aktual məsələlərdəndir...
– Mövcud qanunun müvafiq müddəasından
yapışıb hamı
dövlətin üzərinə
belə bir yük qoyur ki, partiyaların qərargahla təminatı
dövlətin vəzifəsidir.
Yüzlərlə partiya
yarana bilər, yüzlərlə ofis sistemləşə bilər.
Halbuki bu partiyanın əsası xalqın ona verdiyi investisiyada və bu vasitə
ilə qazandığı
səsin adekvatında,
onun formatında büdcədən əldə
etdiyi vəsaitdədir
, daha doğrusu, bunda olmalıdır.
– Maliyyələşmə məsələsi
ilə bağlı nə deyərdiniz. Təklif olunan mexanizm sizcə, ədalətlidirmi?
– Bilirsiniz, partiya xalqdan səs alırsa, onun maliyyələşməyinə də səs alır. Biz bunu bu cür qəbul
edirik. İkinci, məsələn, bir kvota seçmək olar. İndi kim müəyyənləşdirəcək
bu 10 faiz, 40 faiz və 50 faiz ümumilikdə dövlət büdcəsində
ayrıca, təxminən
nə qədər məbləğ edir? 20
min, 30 min, 50 min? Ölkənin büdcə imkanlarından
asılı olmasın
deyə, bunu bəlkə də ümumi daxili məhsul kvotasına bağlamaq olar. Yaxud, hansısa bir kriteriyaya bağlamaq – yəni,
minimum əmək haqqının
formatında bir model seçmək olar ki, partiyalar nə büdcədən çox götürsünlər,
nə də necə deyərlər, bunlara sadəcə, formal maliyyələşmə olmasın.
KAMİL
525-ci qəzet.-
2012.- 19 aprel.- S.5.