Ziya Bünyadovun
90 illiyilə bağlı Dillər Universitetində konfrans keçirilib
Dünən
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın
görkəmli tarixçisi və şərqşünas
alimi, ictimai xadim, tarix elmləri doktoru, akademik Ziya Bünyadovun
90 illik yubileyinə həsr olunan elmi-praktiki konfrans
keçirilib. Konfransda çıxış edən rektor, millət
vəkili Səməd Seyidov bildirib ki, Z.Bünyadov Azərbaycan
xalqının mübarizlik, ziyalılıq nümunəsidir.
O, Z.Bünyadovun zəngin və çoxşaxəli
yaradıcılığı sayəsində ölkədə
tarix elmi yeni mərhələyə yüksəldiyini diqqətə
çatdırıb. S.Seyidov qəhrəmanların təbliği
ilə yanaşı, fəaliyyətlərinin də təbliğə
ehtiyacı olduğunu vurğulayıb: “Millətin qəhrəmanının
tarixdə saxlamaq üçün, təkcə onun
haqqqında danışmabq deyil, gördüyü işləri,
fəaliyyəti və yaradıcılığını da təbliğ
etmək və qorumaq lazımdır”. ADU-nun Azərbaycan tarixi
kafedrasının müdiri, dosent Xanməmməd İbrahimov
“Z. Bünyadovun həyat və yaradıcılığı”
mövzusunda məruzə ilə çıxış edib.
“Akademik Z. Bünyadovun elmi fəaliyyəti haqqında” məruzə
ilə ilə çıxış edən Azərbaycan tarixi
muzeyinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı
görkəmli alimin ilk aspirantı olduğunu bildirib. “Sovet
İttifaqı Qəhrəmanı Ziya Bünyadovun
döyüş yolu” mövzusundan isə AMEA-nın
A.A.Bakıxanov adına Tarix İnstitunun elmi işlər
üzrə direktor müavini, tarix üzrə fəlsəfə
doktoru Cəbi Bəhramov bəhs edib. Sonra Z.Bünyadovun həyat
yoldaşı Tahirə Bünyadova çıxış edərək
həyat yoldaşı ilə bağlı olan xatirələrindən,
keçdiyi həyat yolundan danışıb. Sonda
Z.Bünyadovun həyat və fəaliyyətindən bəhs edən
slayd nümayiş olunub.
S.QARAYEVA
525-ci qəzet.- 2012.- 20 aprel.- S.3.