ORALARDA KİMLƏR VAR: RUS
JURNALİSTİKASININ ƏFSANƏSİ İnna Rudenko –3
Peşəsi,
prinsipləri və siyasi əxlaq haqqında
Bizim nəslin çox gözəl
tanıdığı “Komsomolskaya pravda” qəzetinin İnna
Rudenko adında bir yazarı Ukraynanın uzaq bir guşəsindən
bir qız haqqında unudulmaz bir yazı yazır. Yazı yox,
gözəl və faciəvi bir hekayət yazır. Və mən
həmin qızın ardınca Ukraynanın ən ucqar vilayətindən
olan Mlinovkaya gedirəm və o qızı tapıram.Orada mən
təxminən yarım ay qalıram...Qayıdanda Moskvadan
qayıdıram. İnna Rudenkoya telefon açıram və
yuxarıdakı hekayəti çox hızlı bir surətdə
ona anladıram və yazı üçün təşəkkür
edirəm, o isə : O YAZI ÜÇÜN MƏNƏ YOX, MƏNİM
BAŞ REDAKTORUMA TƏŞƏKKÜR ELƏMƏK
LAZIMDI-deyir.
O zaman üçün bu ifadənin
tamam ayrı bir hökmü vardı.
Çox uzatmayaq.Bu gözəl qələm
sahibi hələ də yaşayır və onunla müsahibəni
oxucuların diqqətinə çatdırıram. “Rusiya” qəzetindən
sərbəst çeviri. Tofiq Abdin
RQ – Birdən aydınlaşdı ki, təbiətdə
heç bir söz azadlığı mövcud deyil.
Çünki əgər əvvəl sovet hakimiyyətinin
senzurası idisə, indi sahibkarlar senzurası var. Daha
yaxşı və ya daha üstün nədi?
Rudenko – Bilirsiniz, sizin bu sualınız
belə bir sual doğurur: intihar üçün hansı yol
yaxşıdı: özünü asmaqmı, yoxsa zəhərləməkmi?
Mən deyə bilmirəm ki, bugünkü məhdudiyyətlər
mənə necə təsir edir. Bu məsələdə
yolumdan çıxmıram.
RQ –Çünki biz
döyülmüş insanlar – bilirik ki, redaksiyanı nə təmin
edir,nə təmin etmir.Yazsaq da keçməyəcək.
Rudenko – Bax,bax. O zaman da doğulmadan
ölən yazılar vardı,belələri indi də olur.
RQ – Bir az da senzura
haqqında. Əlbəttə, yaxşıdı
ki, rəsmi o artıq yoxdur. Amma sizin
fikrinizcə hansısa formada onu yenidən qaytarmaq
lazımdı? Ən azından telekanallarda
baş alıb gedən biabırçılıq bunu göstərir
və bizə bu biabırçılığı yedizdirirlər.
Rudenko- Soruşduğunuz bu məsələ
barədə sosioloqlar xalqa müraciət ediblər.Əhalinin
79 faizi bu fikirdədi ki, senzura qayıtmalıdı. Amma mən
düşünürəm, bu insanlar sadəcə elə
senzuranın olmamasının,KİV-lərin
təbliğatının pozulmasından
quduzlaşmadılar.Qatillər,soyğunçular, manyaklar,
pozğunlar nə bilirlər senzura nədir.Və yaxud onu
tamamilə unudublar.Ümumiyyətlə vəziyyət gəlib
bir dalana dayanıb. Hansısa bir ictimai kontrol
lazımdır. Amma senzura əskisi
halında? Onda o öz əvvəlki vəziyyətinə
qayıdacaq, yenidən əvvəllər
yaşadığımız şeylər baş verəcək.Yox,
əvvəlki kimi senzura olmaz.Ortalıqda
özümüzük,özümüz bu
işlərin öhdəsindən gəlməliyik.Bu sadəlövh
təklifdi, amma başqa yol görmürəm.
RQ – İnna Pavlovna, sizin hay-küy
salmış oçerklərinizin qəhrəmanları bu yeni
dünyada, indiki ortamda özlərini necə hiss edirlər?
Rudenko – 8 Martda Saşa Nemtsov mənə zəng
vurdu, “Borc” oçerkimin qəhrəmanı – əfqan
müharibəsində ayaqlarını itirib
qayıtmış bir oğlan, o biri
döyüşçülər kimi o da tamamilə
unudulmuşdu və elə o vaxt mən yazını yazanda da
onlar tamamilə unudulmuşdular.Həmin yazının
yazılmasından 21 il keçib, biz tez-tez zəngləşirik.
O indi Kostamukşedə yaşayır. Öz
Ukraynasındakı xoşbəxtliyindən vaz keçib,
Kareliyanın soyuqlarına üz tutub. Çünki
onun günündə olan veteran-əfqanlar ora
toplaşmışlar. O da öz “doğmaları”nın
yanına etdi.Keçənlərdə Pılsın Aleksandr
Vasiliyeviç zəng vurdu, “Hərbi-səhra romanı”
qısa hekayəsinin qəhrəmanı. Elə
insanlar var ki, mən onlarla 1962-ci ildən əlaqə
saxlayıram.Artıq o yazılar unudulub.
Mən yenə də təkrar edirəm: məni
insan maraqlandırır.Nə vaxt ki, həmkarlarım deyirdilər
ki, mən Kubaya getmək istəyirəm, mən Şimala getmək
istəyirəm, mən Afrikaya getmək istəyirəm, mən
onları başa düşmürdüm. Mənə
bu ekzotik yerlər yox, mənə insanlar lazımdı,
onların taleləri, onların ehtirasları lazımdı.
Mənim yazdığım insanlar, məni o saat
başa düşürdülər. Aman
Allah, nə intervyülər idi? Mən getdiyim yerdə
onların həyatıyla yaşayırdım – onlarla işə
gedirdim və qonaqlıqlara gedirdim,onların
əzizləriylə tanış olurdum, biz çayı
birlikdə içirdik, teatra gedirdik. Bəlkə, elə
bütün bunlara görə də məni
xatırlayırlar.Onlar gördülər ki, mən səmimiyyətlə,ürəkdən onlarla maraqlanıram, onlar mənim
üçün əziz insanlardı.
RQ – Sonra isə oturub bunları yazmaq
gəlirdi.Bax, o yazı prosesi sizin üçün əzab
idimi, yoxsa asan olurdu hər şey?
Rudenko – Məndə həmişə eyni
fikir olub: bax, bu məsələni mən heç vaxt yaza bilməyəcəm.Mən
o qədər material toplayırdım, bir roman yazmaq olardı.
Amma mən oçerk yazmalıydım.Həm də
bəlli bir mövzusu olan oçerk. Hər zaman da qərib
bir sual yaranırdı: nəyə görə sən bu
yazını yazırsan? Ağ vərəq
arxasında oturanda məni vahimə basırdı. Sonra
da özüm-özümə deyirdim: keçən dəfə
də belə olub axı, ancaq öhdəsindən gəldin. Bu qarabasmadır. İndinin özündə də
belədi.Əvvəllər bir az yüngül idi bunlar,bir az fərqli idi.Bunu da deyim sizə : mən
öz qəhrəmanlarımın həyatı ilə
yaşayırdım,uzun müddət onlarla birlikdə olurdum. Ezamiyyətlərdən bir yığın detallar gətirirdim.
Heç nəyi özümdən uydurmurdum.
Qəsdən.Prinsipial olaraq. Həmkarlarım
deyirdilər: “ Özündən bir
şeylər uydurmadan bədii oçerklər yazmaq olmaz”.Mən
heç nə uydurmurdum. Heç nə. İnan, bu belə idi.
RQ-| Mən inanıram. Və düşünürəm ki, bu nəhəng əmək
tələb edir.
Rudenko- Bəli. Mən Smolenskə getdim,
Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanı,o zamanların ən yaxşı sovxoz direktoru
olan İvanov haqqında yazmağa getdim. Onun əllərinin
ikisi də yoxdu.Cəbhədə itirmişdi. Mən onun haqqında yazmadım. Onun arvadı haqqında yazdım. Baxın,
İvanov əsl kişi idi.Amma arvadı? Mənə
qonşular dedilər: “İvanovu görən kimi o saat başa
düşürük ki, o işə gedir və işdən gəlir.
Şayət paltosunun bütün düymələri
bağlıdırsa deməli idarəyə gedir. Aman Allahım, heç bilirsizmi bütün
ömür boyu bu düymələrin sayı nə qədər
olub? Bu hələ hamısı deyil.
Orada, o kənddə başqa İvanov varmış, onun da əlləri
yoxmuş,amma çox usta bir adam . Öz
kirvələrinin köməkliyi ilə bu İvanov
özünə çox gözəl ev
tikir. Amma tipik piyaniska. Mən ona direketor
İvanov haqqında danışdım və soruşdum:
Axı niyə belə içirsən,nədən
içirsən? O çiyinlərini çəkdi: “ Axı onun çox insan qadını var!”
Bütün bunlardan xəbər tutan Şəhər Partiya Komitəsi : siz nə eləyirsiz, axı belə
olmaz, axı bu mahalda nə qədər qabaqcıl
sağıcılar var, qabaqcıl manqa
başçıları var. Sizsə İvanovun arvadı
haqqında yazırsız. Redaksiyaya qayıdandan sonra çox
götür-qoy elədim: bu ikinci İvanovu xatırlatmaq
olarmı,bəlkə bir az insafsız olar
bu.Baş redaktorun müavininin yanına getdim,ona
danışdım: “ Baxın, bəlkə bu ikinci İvanov məndən
artıqdır.” O başını yazıb makinasından qaldırıb :” At onu getsin.Onsuz da sən onu
özündən uydurmusan”.Mən stola çökdüm. Aman Allahım neçə illərdi birlikdə
işləyirik, bu nə ədalətsiz hökm idi mənim
haqqımda?
RQ – Keçmiş zamanların
nostoljisi sizi incidirmi?
Rudenko – Xeyr. Boris Pankin mənə bir dəfə
dediyi kimi, “ mən nəyə
inanırdımsa,yenə də ona inanıram”. Həmçinin
mən də beləyəm.Əgər sən məndən
kapitalizm və sosializm haqqında soruşursansa, o zaman sosializm
yoxdu,indi də kapitalizm yoxdu.
RQ – Və sona yaxın soruşmaq istəyirəm:
siz peşiman deyilsiz ki, beləcə yaşamısız, sizin
həyatınız illüziyalardan ibarət olub?
Rudenko- Xeyr. Və deyim niyə?Birincisi, elə insanlar var ki,layiq oldu, olmadı
həmişə özü haqqında yüksək fikirdədi
və mən heç vaxt özüm barədə yüksək
fikirdə olmamışam.Mənim anam mühasib olub,atam şərabçılıqda
çalışıb.Ailədə kitab da çox az
olub.Jurnalistin anadangəlmə istedad məsələsinə də
mən inanmıram.Amma uşaqlıqdan qəzetdə işləməyi
arzu edirdim. Arzum həyata keçdi – bu xoşbəxtlikdir.
Moskva Dövlət Universitetindən sonra müxtəlif şəhərlərdə
yeddi il işlədim, o yerlərdə
çox istedadlı qızlar da vardı və oralarda da
qaldılar.Məni “Komsomolskaya” götürdülər.
Yarım əsrdən iki il əksik bu
doğma qəzetdə işləmişəm və keçənlərdə
80 yaşım oldu.Ola bilsin, mən heç bu taleyə layiq də
deyiləm.Məyus olduğum günlər olub. Bəzən
düşünürəm: yazırsan-yazırsan və əbədi
bir heçlik. Kiçik insanlar yenə də əziyyət
içindədir, amma bir alçaq məmur yenə də
meydan oxuyur. Çətin anlarımda,acı
və təhlükəli günlərimdə Brodskinin sözlərini
yada salıram: “ƏSLİNDƏ YAŞAMAQ ÇOX SADƏ
BİR ŞEYDİR. YALNIZ XATIRLAMAQ LAZIMDI Kİ,
DÜNYADA SƏNDƏN YAXŞI İNSANLAR VAR”.
İNNA RUDENKO
KİMDİ
Orta və böyük nəsilin
insanları bu soyadı yaxşı bilirlər.
“Komsomolskaya”da öz,publisistik yazılıranı,məqalələrini
çap etdirirdi və bu yazılar demək olar ki, həmişə
geniş ictimai həyatın hadisəsi olurdu.Onlar hakimiyyətdə
qıcıqlanmaya səbəb olurdu, insanlar arasında
mübahisələr yaradırdı,bu yazılara görə
qətnamələr qəbul edilirdi, onun tənqid etdiyi
bürokratlar həmən işdən azad olunurdu. İnna Rudenko jurnalistikada öz məktəbini
yaratdı.Publisistin istedadı insanlığa, onun
ağrılarına və sevincinə qeyri-adi yanaşma ilə
seçilirdi.Oxucu məktubuna əsasən ezamiyyətə
yola düşərək, soyuq müşahidə ilə həmişə
xeyirin müdafiəsinə qalxırdı, həqiqətlər,
sevgilər onun qələmindən əksik deyildi. Onun şəxsi mövqeyi vardı, o öz peşəsini
sevirdi, ətraf mühitə təsir etmək, onun daha da
saflaşdırmaq mübirizəsi vardı içində həmişə.Baxın,
mən keçmiş vaxtla Rudenko haqqında
danışıram? O indi də hamı həmin qəzetdə
zəhmət çəkir. Hərçənd
və həyat başqalaşdı, qəzetlər dəyişdi.
Yaxın vaxtlarda onun 80 yaşı
oldu. Rusiyanın jurnalistlərinin
İttifaqı İnna Rudenkoya öz ən yüksək
mükafatını təltif etdi, hansı ki, “Rusiya
jurnalistikasının Əfsanəsi” adlanır. Bu formal səbəb idi.Bu fürsətdən istafadə
edib təbriklərlə oldu və diktofonlar ona qarşı
uzadıldı.Ortaya çıxmaq üçün. Rudenko təbrikləri həvəslə qəbul etdi
və müsahibə haqqında təklifə təəccübləndi.
O zaman razı oldu ki, dedik ki,sadəcə
söhbət edəcəyik. Tanış həmkarlar kimi...
Və həmin söhbəti də
biz sizin diqqətinizə çatdırdıq.
Not: Bu sıradan olan
yazılarımızı diqqətlə izləyən
tanınmış yazar və jurnalistikamızın dev qələm
sahiblərindən biri ŞAKİR YAQUBOV dostanə
iradlarını bildirdi:
1.Siz “Rosiyskaya
qazeta”nı “Rus qəzeti” kimi vermisiniz.Qəzet adı tərcümə
olunmaz.
2.Mənə zəng edəndə
dediniz ki,bir neçə yazara müraciət edərək
İnna Rudenko adında yazarı
tanıyırsınızmı deyə soruşmusuz.Nemət
Veysəllidən başqa kimsə onu tanımayıb.Halbuki,o
yazar rəsmi olaraq RUS JURNALİSTİKASININ ƏFSANƏSİ
adına layiq görülən ilk yazardır. Gərək
bunu yazınızın əvvəlində bildirəydiniz.
Şakir müəllimin son iradı
barədə mən özüm qəsdən yazının
sonunda bildirməyi düşünmüşdüm.
Tofiq ABDİN
525-ci qəzet.- 2012.- 21 aprel.- S.23.